B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə25/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   21   22   23   24   25   26   27   28   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Qazların fiziki xüsusiyyətləri.
Qazın sıxlığı (ρq) aşağıdakı kimi hesablanır:
ρq =M/Vm = M/24,05
burada, Vm standart şəraitdə 1 mol qazın həcmidir.
Ümumiyyətlə, qazların sıxlığı (ρq) - 0,73-1,0 kq/m3 hüdudlarında dəyişir.
Qazların sıxlığı təzyiq və temperaturdan əhəmiyyətli dərəcədə asılıdır. Bəzi hallarda havaya görə qazın nisbi sıxlığından istifadə olunur, yəni eyni temperatur və təzyiq şəraitində götürülmüş qazın sıxlığının havanın sıxlığına nisbəti qəbul olunur:
ρq.h = ρqh
əgər ρq və ρh standart şəraitdə müəyyən olunursa, onda ρh =1,293 kq/m3 və ρq.hq /1,293 (M.M. Ivanova və b., 1985).
Qazın hərəkətini təsvir edən qaz parametrləri arasındakı analitik asılılıq hal tənliyi adlanır. Təbii qazların bir çox fiziki xüsusiyyətlərini müəyyən etmək üçün onların hal tənliklərindən istifadə olunur. Bu parametrlərə təzyiq, həcm və temperatur daxildir.
Yüksək təzyiq və temperatur şəraitində ideal qazların halı Mendeleyev–Klapeyron tənliyi ilə müəyyən olunur:
pVi =NRT
burada, p – təzyiq, Vi – ideal qazın həcmi, N – qazın miqdarı, kmol, R – universal qaz sabiti, T- temperatur.
Molekullar arası qarşılıqlı əlaqə qüvvələrinin gücünə ideal qaz deyilir. Real karbohidrogen qazları ideal qaz qanunlarına tabe olmur. Odur ki, real qazlar üçün Mendeleyev–Klapeyron tənliyi aşağıdakı formada yazılır:
pV=ZNRT
burada, Z – real qazların sıxılma əmsalıdır.
Real qazların sıxılma əmsalı (Z) eyni termobarik şəraitlərdə (yəni eyni təzyiq və temperaturda) real qazların həcminin (V) ideal qazların həcminə (Vi) nisbətinə bərabərdir:
Z=V/ Vi
Qazların sıxılma əmsalının qiyməti laydan götürülmüş qaz nümunələri əsasında laboratoriyada müəyyən olunur. Belə tədqiqatlar olmadıqda isə sıxılma əmsalının qiyməti Braun qrafikinə əsasən tapılır. Qrafikdən istifadə etmək üçün gətirilmiş psevdokritik təzyiq və psevdokritik temperaturu bilmək lazımdır.
Kondensat.
Təzyiqin azalması nəticəsində qazdan ayrılan karbohidrogenlərin maye fazasına kondensat deyilir. Lay şəraitində kondensat adətən bütünlükdə qazda həll olmuş halda olur. Qaz-kondensat yataqlarının vacib xüsusiyyətlərindən biri də kondensat-qaz amilidir ki, bu da 1 m3 qaza düşən 1 sm3 kondensatın miqdarını göstərir.
Təcrübədə qaz-kondensat amilindən də istifadə olunur ki, bu da 1 m3 qazdan 1m3 kondensatın çıxarılmasının miqdarını göstərir. Qaz-kondensat amilinin qiyməti müxtəlif yataqlar üçün 1500-dən 25000 m3/m3 hüdüdlarında dəyişir.
Sabit kondensat pentan və daha yüksək (C5 və ondan yuxarı) maye karbohidrogenlərdən təşkil olunmuşdur. Onu xam kondensatdan qazsızlaşma yolu ilə alırlar. Kondensat komponentlərinin qaynama temperaturu əsasən 40-2000C hüdüdundadır. Onun molekulyar kütləsi 90-160-dır. Standart şəraitdə sabit kondensatın sıxlığı 0,60-0,82 q/sm3 hüdudlarında dəyişir.
Kondensatın miqdarına görə qaz-kondensat yataqları - zəif (150 sm3/m3 qədər), orta (150-300 sm3/m3 ), yüksək (300-600 sm3/m3 ) və çox yüksək (600 sm3/m3 -dan çox) növlərə bölünür.
Qaz-kondensat yataqlarının ümumi səciyyəsində kondensasiyanın başlanğıc təzyiqinin müəyyən olunmasının çox böyük əhəmiyyəti vardır. Əgər qaz-kondensat yataqlarının işlənilməsi zamanı onların lay təzyiqinin saxlanılması üsulları tətbiq olunmursa, o halda bir müddət keçdikdən sonra, lay təzyiqi başlanğıc kondensasiya təzyiqindən az qiymətinə çatır. Onda layda kondensatın ayrılması başlayır ki, buna da retroqrad hadisəsi deyilir. Bu o deməkdir ki, qazlardan maye fraksiyasının ayrılması bilavasitə quyu gövdəsində deyil, layda baş verir və nəticədə kondensatın süxur məsamələrində hopmasına gətirir. Belə təzahürlər əslində bu kondensatın dönməz itkisinə səbəb olur. Qaz–kondensat yataqlarının işlənilməsində retroqrad hadisəsinə qarşı tədbirlər planı əsaslandırılır ki, bu da həmin yatağın lay təzyiqinin düşmə tempinin azalmasına gətirməlidir. Bu tədbirlər sırasında ən əlverişlisi yataqdan hasil edilən qazın yenidən laya vurulmasıdır. Qeyd olunan tədbirə sayklinq prosesi deyilir.
Lay suları.
Neft və qaz yataqlarında neftlə birlikdə su yığımları da mövcuddur. Belə sulara ayrı-ayrı laylarda və yaxud neftli-qazlı layların tərkibində rast gəlinir. Buna görə də hər hansı bir neft yatağının səmərəli işlənilməsini təmin etmək üçün, həmin yatağın ayrı-ayrı laylarındakı suların xüsusiyyətlərini bilmək lazımdır.
Neft yataqlarında sular, tutduqları vəziyyətə görə lay sularına və kənar sulara ayrılır.
Lay sularına neftli horizontlarda neftlə birlikdə rast gəlinir. Onlar kontur və yaxud yan, daban, aralıq və texniki sulara (laya süni olaraq vurulmuş) bölünür.
Kontur və yaxud yan suları layın aşağı hissəsində yerləşir və lay işlənildikcə onun yuxarı hissələrinə tərəf (strukturun tağına doğru) hərəkət edərək nefti quyunun dibinə sıxışdırır.
Neftin (qazın) su ilə birləşmə səthinə su-neft (qaz-su) kontaktı deyilir.
Neftin (qazın) su ilə təmasının daxili hüdudu sululuq konturu adlanır. Layın yatım istiqaməti üzrə həmin konturdan aşağıda neft və su, qalxma istiqaməti üzrə isə ancaq neft yatır.
Neftlə (qazla) suyun xarici hüduduna neftlilik (qazlılıq) konturu deyilir. Həmin konturdan yatım istiqaməti üzrə aşağıda su yatır. Bu iki kontakt arasındakı zolaq su-neft (qaz-su) kontaktı zona və ya konturətrafı zonası adlanır. Bu zonada yerləşən quyular, adətən, su ilə birlikdə neft (qaz) verib, tezliklə sulaşır.
Kontur sulardan fərqli olaraq daban suları layın bütün sahəsi boyu yerləşir. Buna görə də, layın hər yerində neft və ya qazdan aşağıda bu sulara rast gəlinir.
Əsas neftli (qazlı) horizontun kiçik təbəqələrindəki sular aralıq sular adlanır. Bu təbəqələr ya xalis sulu, ya da böyük olmayan neftlilik konturuna malik olur.
Son illər neft, qaz və qaz-kondensat yataqlarında kondensasiya suları adlanan az minerallaşmış suların mövcudluğu da müəyyən edilmişdir. Sular buxar halında bəzən kollektorların məsamələrini doldurur, bəzən isə sıxılmış karbohidrogen qazlarında həll olmuş halda rast gəlinir. Istismar zamanı lay təzyiqi azaldığından, bu sular maye fazasına keçərək qismən kollektorların məsamələrini doldurur, bəzi hallarda isə qaz-kondensat ilə birlikdə hasil edilir. Qaz-kondensat ehtiyatları hesablanarkən belə sular nəzərə alınmalıdır, çünki onlar qaz-kondensat yataqlarında rast gələn flüidin müəyyən hissəsini təşkil edə bilər.
Neftli-qazlı horizontlara görə yad olan sular – kənar sular adlanır. Kənar sular üst, alt və qarışıq sulardan ibarət olur. Neftli laydan yuxarıda yerləşən sular – üst sular, aşağıda yerləşən sular isə alt sular adlanır. Tektonik pozulmalar vasitəsi ilə neftli laya daxil olan sulara tektonik sular deyilir. Bir neçə neftli horizontların suları bir quyuya daxil olarsa, onlara qarışıq sular deyilir. Qarışıq sular çox hallarda boruarxası boşluqda istismar olunan layın suları ilə kənar suların qarışması nəticəsində yaranır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin