B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə26/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   22   23   24   25   26   27   28   29   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Suların kimyəvi tərkibi. Suları öyrənmək üçün əsas üsullardan biri onların tərkibinin kimyəvi analizidir. Adətən, lay suları ilə təmas edən süxurların tərkibindəki mineral maddələrə, həmin sularda həll olmuş şəkildə rast gəlir. Sularda həll olmuş mineral maddələrin miqdarı və tərkibi geniş hüdudda dəyişir.
Neft yataqlarının sularının tərkibində ən çox natrium ionları, az miqdarda isə qələvi-torpaq elementləri vardır. Daha sonra xloridlər (Cl ionları), karbonatlar (CO3 ionları), bikarbonatlar (HCO3 ionları), həll olmuş qazlardan isə karbon qazı (CO2), metan (CH4 ), hidrogen-sulfid (H2S) rast gəlinir.
Bəzən neft yataqlarının sularında qiymətli yod, brom və bora təsadüf olunur. Neft yataqlarının sularındakı duzlar, adətən, müsbət və mənfi elektrik yüklü olurlar. Buna görə də suların kimyəvi tərkibini bir litr və ya 100q suya görə qramla, yaxud milliqramlarla ion formasında ifadə edilməsi qəbul edilmişdir.
Adətən, neft və qaz yataqlarının sularında aşağıdakı komponentlər iştirak edir:
həll olmuş duz ionları – anionlardan OH - , Cl - , SO4-2 , CO3- 2, HCO3- ;
kationlardan isə H+, K+ , Na+ , NH4+ , Mg+2 , Ca+2 , Fe+2 , Mn+2;
mikroelementlər – Br- , J- , B+3, Sr+2;
kolloidlər – SiO2 , Fe2O3 , Al2O3 ;
qazlar – CO2, H2S, CH4 , H2, N2 ;
üzvi maddələr – naften turşusu və onun duzları.
Tədqiqatlar göstərir ki, eyni lay daxilində suların kimyəvi tərkibi sabit qalmır. Süxurlarda suların fasiləsiz hərəkəti zamanı onların bir-birinə təması nəticəsində suların tərkibləri və xassələri dəyişir.
Suların kimyəvi tərkiblərinə görə bir sıra təsnifatları vardır. Bunlardan Palmer və Sulin təsnifatları əsas yer tutur. Qeyd etmək lazımdır ki, bütün kimyəvi təsnifatlar ionların faiz ekvivalent çəki qiymətinə əsaslanır.
Palmer təsnifatı. Bu təsnifatın əsasını Na+ + K+ və Cl-, SO4-2 ionlarının bir-birinə olan nisbətinə görə siniflərə bölünməsi (5 sinif) qanunu təşkil edir. Həmin nisbətdən asılı olaraq sularda bu və ya digər duzluluq (S), yaxud qələvilik (A) iştirak edir.
Əgər (Na+ + K+ ) a ilə, (Cl- + SO4-2) b ilə, (Ca+2 +Mg+2) isə c ilə işarə edilərsə, aşağıdakı siniflər ayrıla bilər:
I sinif - b olduqda suda S1, A1 və A2 ;
II sinif - b=a olduqda suda S1 , A2 ;
III sinif - a olduqda suda S1 , S2 , A2;
IV sinif - b=a+c olduqda suda S1 , S2 , A3;
V sinif - b>a+c olduqda suda S1 , S2 , S3 .
Qeyd etmək lazımdır ki, Palmer təsnifatına görə suların mənşəyini müəyyən etmək mümkün olmur. Odur ki, bu məsələni aydınlaşdırmaq üçün Sulin təsnifatından istifadə edilir.
Sulin təsnifatı. Sulin suların mənşəyini aydınlaşdırmaq üçün üç genetik (mənşə) əmsal təklif edir:
rNa+/rCl- , rNa+ - rCl-/rSO4-2, rCl- - rNa+/rMg+2 .
Bu əmsallara görə suların tiplərinin təyin edilməsi aşağıdakı cədvəldə göstərilmişdir.
Suların təsnifatı (Sulina görə).
Cədvəl II.7.

sıra №-si

Sulinə görə suyun tipi

rNa+ /rCl-

rNa+ - rCl-/rSO4-2

rCl- - rNa+/rMg+2

1

natrium-sulfat suları

>1

<1

<0

2

natrium-karbonat suları

>1

>1

<0

3

kalsium-xlorid suları

<1

<0

>1

4

maqnezium-xlorid suları

<1

<0

≤1

Qeyd: r - analizin ekvivalent şəkildə hesablandığını göstərir.

Cədvəldə birinci iki tip sular kontinental mənşəli, dördüncü tip sular dəniz mənşəli sulara aiddir. Üçüncü tip sular isə istər kontinental, istərsə də dəniz mənşəli suların dərinliklər şəraitində metamorfizləşməsini göstərir.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin