B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


İşlənilmə prosesinin qiymətləndirilməsində Şuxartın nəzarət xəritələrinin tətbiqi



Yüklə 10,22 Mb.
səhifə56/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   52   53   54   55   56   57   58   59   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

İşlənilmə prosesinin qiymətləndirilməsində Şuxartın nəzarət xəritələrinin tətbiqi
Məlum olduğu kimi yataqlara qazılan quyulardan fluid hasilatı həmin yataqların statik vəziyyətini pozaraq dinamik sistemə çevirir. Bu sistemin parametrləri sabit qalmadığından sistemin özünün də inkişafı müxtəlif cür gedə bilər. Neft yataqları dinamik sistem olmaqla işlənilmə parametrlərinin dəyişməsindən asılı olaraq neftçıxarma dinamikasını ən müxtəlif formalarına gətirib çıxarır. Odur ki, neft yataqları işlənilməyə verilən andan onun sonunadək dinamik sistem kimi tədqiq olunmalıdır. Burada neft hasilatının dinamikası ilə yanaşı bu dinamikanı formalaşdıran lay parametrlərinin də zaman çərçivəsində dəyişmələri də tədqiq olunmalıdır. Belə tədqiqatlar neft yataqlarının hasilat dinamikasının tənzimlənilməsinə imkan verir. Bu tələbatı təmin etmək üçün dinamik üsulların imkanlarından geniş istifadə edilməlidir.
Neft yataqlarının işlənilmə prosesini qiymətləndirmək üçün statistikada Şuxart tərəfindən təklif olunmuş “nəzarət xəritələrinin” imkanlarından istifadə edilməsi məqsədəuyğundur.
Nəzərdə tutulur ki, yataq istismara verildikdən sonra onun illik neft hasilatı müəyyən dəyişmələrlə səciyyələnir. Dəyişmələrin xarakteri isə yatağı səciyyələndirən təbii-geoloji və texnoloji parametrlərin rolundan asılıdır. Odur ki, işlənilmə prosesinin effektivliyini artırmaq üçün yataq parametrlərinin hər birinin qiymətlərinin optimallaşdırılmasına nail olmaq lazımdır.
Yataq parametrlərinin optimallaşdırılması dedikdə, həmin parametrlərin optimal işlənilmə prosesini təmin edən sərhəd qiymətlərinin təyin olunması nəzərdə tutulur. Qeyd edilən tənzimləmə sərhədlərinin təyin edilməsinin riyazi qoyuluşu Şuxart tərəfindən əsaslandırılmışdır. Onun təklif etdiyi modeldə öyrənilən dinamik sistemlərin optimal səviyyələri (alt və üst tənzimlənmə sərhədləri) müvafiq dəqiqlik ilə aşkar edilir. Əgər müşahidə qiymətləri həmin sərhədlər hüdudunda olarsa proses statistik idarə olunan hesab olunur. Prosesin bu sərhədlərdən kənara (alt və üst) çıxdığı zamanlarda isə onun optimallığı pozulur.
Qeyd etmək lazımdır ki, nəzarət xəritələri üsulu prosesin effektivliyi haqqında məlumatı bilavasitə onun inkişafı (dinamikası) zamanı verir, tənzimləmə zonasından çıxma vaxtını və səbəblərini müəyyən etməyə kömək edir. Şuxart nəzarət xəritələrinin tərtibi zamanı alt və üst tənzimləmə sərhədləri aşağıdakı kimi tapılır:
; .
burada, Xalt və Xüst – müvafiq olaraq alt və üst tənzimləmə sərhədləri;
– dinamikası müşahidə olunan parametrin orta qiyməti;
– parametrin amplitudlarının orta qiyməti;
d – əmsaldır və qiyməti xüsusi cədvəldən götürülür və 1,128 bərabərdir.
Neft yataqlarının hasilat dinamikasının qiymətləndirilməsində də bu üsulun tətbiqi əsaslandırılmışdır (B.Ə.Bağırov,2002). Burada illik neft hasilatın dinamikasının optimallıq dərəcəsini müəyyən etmək üçün aşağıdakı mülahizələrə istinad edilmişdir. Yataq istismara veriləndən sonra onun hasilatı müxtəlif dəyişmələrə (əvvəlcə artmağa, sonralar isə müxtəlif intensivliklə azalmağa) məruz qalır. O da məlumdur ki, hasilatın dəyişməsinə müxtəlif amillər öz təsirini göstərir.
Odur ki, neftçıxarma prosesini qiymətləndirmək üçün onun dəyişən göstəricilərinin illər üzrə variasiya hüdudlarının müəyyən edilməsi məsələsi qarşıya çıxır. Nəzərə almaq lazımdır ki, bu hüdudların yuxarı (maksimum) və aşağı (minimum) sərhədlərinin qiyməti lay parametrlərinin illər üzrə inkişafının xarakteri haqqında əsaslandırılmış fikir söyləməyə imkan verir. Belə ki, bu qiymətlərdən kənara çıxan bütün hallar prosesin optimallığının pozulmasını sübut edir: əgər müşahidə qiymətləri verilən hüdudlarda qeyd olunursa, bu halda neftçıxarma prosesi optimal sayılır. Həmin qiymətlər bu hüdudlardan kənara çıxırsa, onda prosesin optimal olmadığı sübut olunur.
Qeyd etmək lazımdır ki, neft yataqlarının işlənilmə prosesinin zaman sırasında qiymətləndirilməsi yalnız neft hasilatının yatağın potensial imkanları çərçivəsində optimallığı haqqında mülahizələrlə bitmir. Burada yataq hasilatının optimal zonadan çıxma səbəblərinin müəyyən edilməsi və belə halda müvafiq qərarlar qəbul edilməsi ön plana çıxır. Odur ki, burada neft hasilatı ilə yanaşı bəzi parametrlərin də (su hasilatı, istismar quyuların sayı və bir quyuya düşən neft hasilatı və s.) əyriləri təhlil olunmalıdır.
Şuxartın nəzarət xəritələri ilə dinamik proseslərin qiymətləndirilməsi haqqında ətraflı məlumatlarla bu dərsliyin “Əlavələr”ində tanış olmaq olar.
Indi isə Şuxartın nəzarət xəritələrindən istifadə etməklə hipotetik yatağın timsalında neftçıxarma prosesinin tədqiqinə baxaq.
Yataq 1957-ci ildə iki istismar quyusu ilə işlənilməyə verilmişdir. Qısa bir vaxtdan sonra onun illik hasilatı 338 min ton səviyyəsinə çatmışdır (1963 il) . Sonra hasilat düşküsü müşahidə olunaraq illik hasilat 8 min ton səviyyəsinə çatmışdır (1988-cı il). Bu dövrdən sonra illik neft hasilatı 2001-ci ilə qədər 10-20 min ton intervalında dəyişmişdir. Yalnız 2009-cu ildə illik neft hasilatı yüksələrək 71 min ton səviyyəsinə çatmışdır. Dinamik prosesi qiymətləndirmək üçün nəzarət xəritələrini yataqdan çıxarılan illik su hasilatı, istismar quyularının sayı, laya vurulan suyun illər üzrə miqdarı və vurucu quyuların sayı üzrə müvafiq nəzarət xəritələri qurulmuşdur (bu göstəricilər üçün dəyişmələrin orta qiyməti, üst və alt tənzimlənmə sərhədləri də qeyd olunmuşdur, (şək.III.23.). Göründüyü kimi bu yatağın işlənilmə prosesinin uzun bir dövründə illik neft hasilatı optimal sərhədlərdən kənara çıxmışdır (1961-1974 illərdə üst sərhəddən yuxarıda, 1979-2001 illərdə isə alt sərhəddən aşağıda). 2001-ci ildən sonra illik neft hasilatı yenidən tənzimlənmə zonasına qayıtmış və hazırda da bu mövqedə yerləşir. Göründüyü kimi hipotetik yatağın dinamik prosesi mürəkkəb formada inkişaf etmişdir. Bu formanın yaranma səbəblərini araşdırarkən məlum olmuşdur ki, illik neft hasilatının miqdarı istismar quyularının sayından əsaslı surətdə asılıdır. Hətta işlənilmənin son dövründə quyuların sayının 4-8-ə çatması belə illik neft hasilatının kəskin artmasına imkan vermişdir.
Onu da qeyd etmək lazımdır ki, son dövrdə neftçıxarma dinamikasına yataqdan illik su hasilatının artımı da müəyyən təsir etmişdir. Maraqlıdır ki, bu yataqda xeyli sayda (10-21 quyu) vurucu quyularla tətbiq olunan suvurma prosesi işlənilmə prosesinə musbət təsir göstərməmişdir (şək. III.23).

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin