Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili. Yuxarıda qeyd edildiyi kimi, müxtəlif enerji mənbəyinə malik olan yataqların işlənilməsində lay parametrlərinin rolu özünü müxtəlif cür büruzə verir. Onların müqayisəli təhlili yeni istismara verilən yataqlarda işlənilmə prosesinin elementlərini əvvəlcədən proqnozlaşdırmağa imkan verir.
Laylarıneffektivqalınlığı. Bu parametr hər iki rejimli yataqlarda modellərin strukturunda əhəmiyyətli amil kimi iştirak edir. Lakin onun neftverməyə təsiri müxtəlif rejimlərdə müxtəlif cür özünü göstərir. Neftdə həll olmuş qaz rejimində yataqların effektiv qalınlığının artması onların neftverməsinə müsbət təsir göstərirsə, qarışıq rejimli yataqlarda isə əksinə - quyuda süzgəcin həddən artıq artırılması onların işlənilməsinin son göstəricisinə mənfi təsir göstərir. Bu texnoloji xüsusiyyətləri aşağıdakı kimi interpretasiya etmək olar: neftdə həll olmuş qaz rejimli yataqlarda ilkin süzgəc intervalından quyuya neftin hərəkətini təmin edən qazın həcmi azaldıqca quyuya axan mayenin həcmi də azalır. Hasilatı saxlamaq məqsədilə süzgəcin intervalının artırılması hasilatın artımına gətirir. Belə ki, bu halda kəsilişdə yerləşən yeni laylar işlənilməyə cəlb olunur. Qarışıq rejimli yataqlarda isə süzgəcin artırılması çox vaxt quyu gövdəsində qum tıxacının əmələ gəlməsinə gətirir ki, bu da quyuların normal istismar prosesini pozur.
Kollektorsüxurlarınməsaməliyi. Bu göstərici yalnız neftdə həll olmuş qaz rejimli yataqlar üçün alınmış modeldə (müsbət təsirli parametr kimi) iştirak edir.
Kollektorsüxurlarınkeçiriciliyi. Bu göstərici lay rejimlərindən asılı olmayaraq, neftin məsaməli mühitdə hərəkətinə müsbət təsir edən amildir. Hər iki rejimli yataqların neftvermə modelində bu parametr müsbət yüklü olmaqla, əhəmiyyətlilik dərəcəsi müxtəlifdir.
Kollektorsüxurlarınqumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik, məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.