B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə8/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   4   5   6   7   8   9   10   11   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

I.5.2. Geoloji-riyazi üsullar
Yuxarıda yataqların geoloji quruluşun müxtəlif məsələlərinin öyrənilməsində ehtimallılıq prinsipi ilə yanaşmanın əsas götürülməsinin vacibliyi qeyd edilmişdir. Bu səbəbdən də istər ayrı-ayrı quyu məlumatlarının və istərsə də işlənilmədə olan yataqların göstəricilərindən maksimum etibarlı nəticələr əldə edilməsi üçün müvafiq riyazi üsullardan istifadə edilməlidir.
Parametrlərin paylanılma xarakteri (normal, loqarifmik-normal və s.) və onların statistik qiymətləndirilməsi; dispersiya, korrelyasiya, reqressiya, diskriminant analizləri, xəritəalma metodları (trend analizi, splayn–funksiyası, krayqinq analizi və s.); layların neftverməsinin qiymətləndirilməsi üçün riyazi modellər; iki və daha çox geoloji obyektlərin müqayisəli analizi (Stüdent, Fişer, Bartlet və s. meyarları) qeyd etmək lazımdır. Neft-mədən geologiyasında tətbiq edilən riyazi-statistika və ehtimal nəzəriyyəsinin üsullarının sayı çox, imkanları isə müxtəlifdir. Dərsliyin sonunda onların qısa səciyyəsi “Əlavələr”də verilir.


I.6 Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri.
Məlumdur ki, Azərbaycan ən qədim neftçıxarma ölkələrindən biridir. Ölkənin geosiyasi vəziyyəti və dünyada enerji daşıyıcılarına artmaqda olan tələbat burada quru ərazisində və sonralar dəniz akvatoriyasında xeyli sayda yataqların kəşf edilərək istismarına təkan vermişdir (şək. I.1).

Şəkil I.2 Azərbaycanın quru ərazisi və dəniz akvatoriyası yataqlarının
neft hasilatının dinamikası
Kəşf edilmiş 67 mədəndən hazırda 54-də (o cümlədən quruda 37, dənizdə 17) karbohidrogenlərin hasilatı davam etdirilməkdədir. Burada hasil edilən neftin həcmi (illər üzrə) şək. I.2-də verilmişdir.
Göründüyü kimi, 130 ili əhatə edən hasilat əyrilərinin dinamikası kəskin dəyişmələrlə səciyyələnir. Dünya neftçıxarma regionları üçün xarakterik olmayan belə vəziyyətin əmələgəlmə səbəbləri ölkəmizdə və onun ətrafında baş verən kəskin ictimai-siyasi problemlərlə əlaqədardır. Belə ki, 1870-ci ildən başlayaraq otuz il ərzində Abşeronda yerləşən Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibi-Heybət və s. neft mədənlərinin işlənilməyə cəlb edilməsi ilə əlaqədar ölkə üzrə hasilat tədricən artaraq 11,0 milyon ton səviyyəsinə çatmışdır. Sonralar XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən kəskin siyasi böhran Azərbaycanda neft hasilatının iyirmi ildən də artıq bir dövrdə qeyri-sabit vəziyyətə düşməsinə gətirib çıxarmışdır. 1920-ci ildən sonra siyasi sabitlik təmin olunduqca illik neft hasilatı da kəskin artaraq 2,5 milyon tondan 23,5 milyon tona çatmışdır. Bu dövrdə Abşeronda bir sıra yeni yataqlar işlənilməyə verilmiş, obyektlərdə tədqiqatlar aparılmış və texnoloji proseslər təkmilləşdirilmişdir. II Dünya Müharibəsi illərində (1941-1945) hasilat yenidən 11,0 milyon tona qədər aşağı düşmüşdür.
Sonralar illik neft hasilatı yenidən yüksələrək 1964-cü ildə 21,4 milyon tona çatmışdır. Qeyd etmək lazımdır ki, bu dövrdə ölkəmizdə dəniz yataqları da (o cümlədən, Neft Daşları) işlənilməyə cəlb edilmişdir. Son otuz ildə neft hasilatının sistematik enməsinin səbəbi isə yataqlarda ehtiyatların tükənməsi ilə izah edilə bilməz: müşahidə edilən vəziyyət Sovet İttifaqında yeni neftli-qazlı regionların intensiv işə salınması və onlardan maya dəyəri xeyli aşağı olan külli miqdarda neftin hasilatı ilə əlaqədardır. Həmin­ dövrdə Azərbaycana diqqət zəifləmiş, burada geoloji-kəşfiyyat və iş­lənilməyə sərf olunan maliyyə vəsaiti kəskin azalmışdır. Təsadüfi deyil ki, artıq 1993-cü ildə respublika üzrə illik neft hasilatı 10,0 ­milyon ton səviyyəsinə çatmışdır. Son on ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) maddi-tex­ni­ki təminatının məhdudluğu şəraitində hasilatın enmə tempinin zəiflədilməsinə nail olmuşdur (Günəşli-Çıraq-Azəri yatağının məlumatları burada gətirilmir).
Ümumiyyətlə, respublika yataqlarından bu günədək cəmi 1,4 milyard ton neft hasil edilmişdir ki, bunun da 945 milyon tonu quru ərazisinin, 455 milyon tonu isə dəniz akvatoriyasının hesabına olmuşdur (B.Ə.Bağırov, 2003) .
Respublikanın neft yataqlarını xalq təsərrüfatı baxımından qiymətləndirmək üçün hər şeydən əvvəl işlənilmə obyektlərində kəşf olunmuş (A+B+C1 kateqoriyalı) ehtiyatların qiymətlərinə istinad etmək lazımdır (şək. I.3, cədv.I.1.).

Şəkil I.3. Azərbaycan mədənlərində neft ehtiyatının paylanması.
AZƏRBAYCAN MƏDƏNLƏRİNDƏ (ARDNŞ ÜZRƏ)

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin