B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Neft-qaz mədən GEOLOGİYASI ELMİ haqqında



Yüklə 10,22 Mb.
səhifə4/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   2   3   4   5   6   7   8   9   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Neft-qaz mədən GEOLOGİYASI ELMİ haqqında

ÜMUMİ məlumatlar.
I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti.
Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatının inkişafında önəmli rol oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları əsasında aparılır.
Neft-qaz mədən geologiyası yataqlarda mövcud olan neft, qaz və kondensat ehtiyatlarının rasional mənimsənilməsini təmin edən elm sahəsidir.
Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm yataqların formasının və daxili quruluşunun aşkar edilməsini, onların çöküntü kompleksinin litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsini və yatma şəraitini, ehtiyatların hesablanmasını və onların realizə imkanlarını öyrənir. Məhz bu məlumatlara istinad edərək yataqların işlənilmə proseslərini tənzimli aparılma yolları əsaslandırılır.
Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək üçün məlumatlar fasiləsiz əldə edilməli, tədqiqat nəticələri isə yataqların işlənilməsinin geoloji əsaslarında əks olunmalıdır.
Yataqların işlənilməsinin müxtəlif dövrlərini əhatə edən geoloji məlumatların müqayisəli analizi tətbiq olunan prosesin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə laylara müxtəlif təsir üsulları (suvurma, fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termik və s.) tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftin quyudibi zonaya axımını sürətləndirir. Lakin bu üsulların, eləcə də proqressiv qazıma üsulu sayılan horizontal (üfüqi) quyuların istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari geoloji-texnoloji şəraitini etibarlı təyin etmək üçün ənənəvi üsullarla yanaşı riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin