B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə24/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   20   21   22   23   24   25   26   27   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Neftin fiziki xüsusiyyətləri.
Neftin sıxlığı - əsas xüsusiyyətlərindən biri hesab olunur və tərkibindəki qarışıqlardan asılı olaraq 0,750-1,0 q/sm3 arasında dəyişir. Bununla belə qeyd etmək lazımdır ki, təbiətdə sıxlığı 0,750 q/sm3 -dan az və 1,0-dən çox olan neftlərə də rast gəlinir. Məsələn, Azərbaycanda Suraxanı yatağından alınan ağ neftin sıxlığı 0,710 q/sm3, İranda və Kaliforniyada çıxarılan ağır neftin isə bu göstəricisi uyğun olaraq 1,016 və 1,010 q/sm3 təşkil edir. Ümumiyyətlə, xüsusi çəkisinə görə neftlər iki kateqoriyaya bölünür: yüngül (xüsusi çəkisi - 0,900 q/sm3 qədər) və ağır ( 0,900 q/sm3- dan yüksək) neftlər.
Neftin özlülüyü – lay şəraitində onun hərəkətetmə dərəcəsini göstərir. Odur ki, yataqların işlənilmə prosesində özlülüyün həm sahəvi və həm də dərinliklərdə paylanmasına xüsusi diqqət yetirilir.
Neftin özlülüyü onun sıxlığından asılıdır: yüngül neftlərin özlülüyü az və ya əksinə.
Neftin özlülüyü millipaskal saniyə (mPa∙s) ilə ölçülür. Bu göstəricinin qiymətinə görə neftlər aşağıdakı kimi qruplaşdırılır: cuzi özlülü ≤1 mPa∙s; az özlülü -1-5 mPa∙s; özlülü – 5-25 mPa∙s və yüksək özlülü  25 mPa∙s.
Təcrübədə adətən nisbi özlülüyü təyin edirlər. Bunun üçün kapilyardan axan eyni həcmli neft ilə suyun axma müddətləri viskozimetr adlanan cihazda tutuşdurulur. Qeyd edək ki, bu məqsədlə ən çox Enqler viskozimetrindən istifadə edilir.
Neftlərin özlülüyü onların kimyəvi tərkibindən və yatım şəraitindən asılı olaraq böyük hüdüdlarda dəyişir. Neftin molekulyar çəkisi artdıqca onun özlülüyü də artır, temperatur artdıqca - özlülüyü azalır. Özlülüyə əks olan kəmiyyət axıcılıq adlanır.
Neftin rəngi və flüoressensiyası. Neftlər şəffaf rəngdən tutmuş tünd qara-qəhvəyi rəngə kimi dəyişir. Adi şəraitdə neftin müxtəlif rənglərdə görsənməsinə onun flüoressensiyası deyilir. Təbiətdə rast gələn neftlərin rəngi, onların tərkibində olan asfalt və qətranların miqdarından asılıdır: bu maddələrin miqdarı artdıqca neftin rəngi tündləşir.
Neftin səthi gərilməsi - mayenin öz səthini böyütməsinə göstərdiyi müqavimət qüvvəsinə deyilir. Səthi gərilmə qüvvəsi təzyiqin artması ilə düz, temperaturun artması ilə tərs mütənasibdir.
Neftin buxarlanması və qaynama temperaturu. Neftin buxarlanması onun səthində əmələ gələn buxarın olması ilə ifadə olunur. Neftin tərkibindən asılı olaraq qaynama temperaturu müxtəlif olur. Neftin qaynama temperaturu yüngül neftlərdə aşağı, ağır neftlərdə isə yüksək olur.
Neftin alışma və alovlanma temperaturu. Alışma temperaturu elə temperatura deyilir ki, bu halda neftin buxarı ilə hava qarışığına od yaxınlaşdırdıqda buxar alışır.
Əgər yanma buxarla yanaşı mayedə də gedərsə, onda buna alışma və bu hala uyğun olan temperatura isə alışma temperaturu deyilir. Benzinin alışma temperaturu 20-250C, sürtgü yağlarında isə bu temperatur 3000C və daha yüksək olur.
Neftin istilik tutumu – 1q nefti 10C qızdırmaq üçün sərf olunan istiliyin miqdarına deyilir. Neftin istilik tutumu ilə sıxlığı arasında tərs mütənasib asılılıq mövcuddur.
Neftin xüsusi yanma istiliyi – 1 kq neftin yandırıldıqda verdiyi istiliyə deyilir. Neftin xüsusi yanma istiliyi onun sıxlığı ilə tərs mütənasib olub 10000-11250 kkal arasında dəyişir. Məsələn, sıxlığı 0,793 q/sm3 olan Suraxanı neftinin yanma istilik qabiliyyəti 10916 kkal, sıxlığı 0,923 q/sm3 olan Binəqədi neftinin isə 10430 kkal təşkil edır (M.M. Ivanova və b., 1985).
Neftin elektrikkeçirmə qabiliyyəti. Neftlər dielektrik xüsusiyyətinə malik olduğuna görə elektrik cərəyanını keçirmir. Məhz onun bu xüsusiyyətindən istifadə olunaraq geofiziki tədqiqat üsullarında süxurların müqavimətinin ölçülməsi üsulu yaradılmışdır.
Neftin həllolma və həlletmə qabilliyyəti. Neft həm həlledici və həm də həllolma qabiliyyətinə malikdir. Belə ki, o benzin, xloroform, benzol, efir və s. kimi həlledicilərdə yaxşı həll olunduğu kimi, özü də qazları, yodu, kükürdü, kauçuku, qətranı və başqa bitki, heyvan yağlarını özündə həll edir.
Lay qazları
Kimyəvi tərkibi. Təbii karbohidrogen qazlarının ümumi kimyəvi düsturu CnH2n+2 kimi ifadə olunur. Qazların əsas komponenti metandır (CH4). Təbii qazlarda onun miqdarı bəzən 98%-ə çatır. Qazların tərkibinə metanla birlikdə digər ağır karbohidrogen qazları da daxildir. Bundan əlavə, qazların tərkibində N, CO2 , H2S, He və Ar kimi komponentlər də iştirak edir.
Təbii qazlar aşağıdakı qruplara bölünür:
1. qaz yataqlarının qazları - tərkibində ağır karbohidrogenlər olmur və onlar “quru qazlar” adlanır.
2. səmt qazları - neftlə bərabər çıxarılan qazlardır. Onlar neftdə həllolmuş vəziyyətdə, yaxud neft yataqlarının tağ hissəsində sərbəst formada toplanırlar. Bu qazların tərkibində təmiz qaz, propan-butan fraksiyaları iştirak edir.
3. qaz-kondensat yataqlarının qazları – tərkibi quru qaz və maye karbohidrogen (kondensat) qarışığından təşkil olunur. Karbohidrogenlərin miqdarından asılı olaraq lay qazları benzinli, liqroinli, kerosinli və bəzən daha ağır fraksiyalara ayrılır.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin