B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Fərdi yataqlarda geoloji müxtəliflik



Yüklə 10,22 Mb.
səhifə20/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   16   17   18   19   20   21   22   23   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Fərdi yataqlarda geoloji müxtəliflik.
Fərdi yataq dedikdə işlənilmə məqsədi ilə ayrılmış geoloji-istismar obyekti nəzərdə tutulur. Belə geoloji cisimlərdə parametrlərin müxtəliflik dərəcəsinin təyini burada işlənilmə prosesini düzgün aparmağa imkan verir.
Aşağıda konkret neftli strukturda müxtəliflik məsələsinin həlli yolları verilmişdir. Misal olaraq makro-müxtəliflikdən məhsuldar layın bölünməsi, mikro-müxtəliflikdən isə lay neftlərinin özlülüyünün dəyişmə xarakteri verilmişdir (cədv.II.2, şək.II.20).
Layın bölünməsi və neftin özlülüyünün quyular üzrə
paylanılması və statistik göstəriciləri
Cədvəl II.2.

Quyuların nömrəsi

Koordinatlar

Layın bölünməsi

Neftin özlülüyü,
mPa·s

X

Y

1

10.0

10.8

3

25

4

6.8

5.5

8

27

2

9.6

15.5

7

26

3

11.5

7.5

14

25

6

13.9

12.2

9

28

5

15.3

11.0

8

26

7

16.3

16.0

10

28

8

18.6

16.0

13

27

9

20,7

15,8

14

28

n=9














































V1 = 38

V2 = 5


Şəkil II.20. Geoloji müxtəliflik parametrlərinin paylanma xəritələri.
(a-layın bölünməsi; b – lay neftinin özlülüyü)
Göründüyü kimi, bu lay braxiantiklinal formadadır. Burada 9 quyu qazılmış və hər iki parametrin ölçüləri əldə edilmişdir.
Ilkin öyrənilmələrə görə layın bölünməsi neftin özlülüyünə nisbətən daha dəyişgəndir. Belə ki, hərgah quyuların kəsilişində bu göstəricinin qiyməti strukturun tağ hissəsində 3-dürsə (quyu №1), qanadlara doğru artır: şimalda 7 (quyu № 2), cənubda - 9 (quyu №6), uzaq periklinallarda isə hətta 14-ə çatır (quyu №3 və №9).
Neftlərin laboratoriya analizi burada dəyişmələrin daha kiçik miqyaslarda getdiyini göstərir (25-28 mPa·s).
Beləliklə, eyni bir layda lay parametrlərinin dəyişmələrinin müxtəliflik dərəcələri qeyd olunur. Bu da statistik göstəricilərin qiymətləri ilə təsdiqlənir (cədv.II.2): hərgah layın bölünməsində kəskinlik qeyd olunursa (variasiya əmsalının qiyməti V= 38%), neftin özlülüyünün sahəvi paylanılmasında isə müxtəliflik dərəcəsi kiçik miqyasda baş vermişdir (V= 5).
Fundamental riyazi statistikaya görə (Е.С.Вентцель, 1988; В.Е.Гмурман, 1972). variasiya əmsalının qiyməti V>33% olduqda baxılan cəmlərdə kəskin müxtəliflik mövcuddur. Bizim göstərdiyimiz misala nəzər yetirsək, deyə bilərik ki, baxılan layda bölünmə müxtəlifliyi əhəmiyyətlidir və bu fakta mütləq diqqət yetirilməlidir. Məsələn, işlənilmə prosesində suvurmanı əsaslandırarkən konturarxası variantının effektli olacağı hər tərəfli tədqiq olunmalıdır. Belə ki, qanad və xüsusilə periklinal hissələrdə bölünmə dərəcəsinin yüksəkliyi şəraitində yatağın kontur arxasına vurulan suyun, onun mərkəz hissələrinə eyni dərəcədə təsiri müşahidə olunmur.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin