KLASTER ANALİZİ. Müəyyən sayda obyektlərin iyerarxik klassifikasiyası (təsnifatı) üçün klaster analizindən istifadə etmək məqsədə uyğundur.
Üsul oxşarlıq əmsalının tapılmasına əsaslanır ki, bu da geoloji-mədən tədqiqatlarında özünün tətbiqini aşağıdakı formalarda göstərir.
Korrelyasiya əmsalı- oxşarlığın daha çox istifadə edilən göstəricisi olub obyektlər və ya parametrlər arasında müqayisə aparmaq üçün istifadə olunur.
Standartlaşdırılmış n ölçülü evklid məsafəsi - əgər hər birinin n ölçüsü olan m obyekt götürsək, bu zaman məlumatlar m∙n ölçülü matris şəklini alar. Hər cüt obyekt arasında oxşarlıq ölçüsünü müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur
burada, Xik-i-ci obyektin k-ci kəmiyyətinin qiymətidir; Xjk-j-ci obyektdə k-ci kəmiyyətinin qiymətidir.
Məsafə əmsalının qiymətinin d=0 bərabərliyi tamamilə oxşarlığı, artması d>0 isə, müxtəlifliyini göstərir. Klaster analiz vasitəsi ilə oxşarlıq əmsalının müəyyən edilmiş qiymətində obyektləri optimal qruplaşdırmak mümkündür. Nəticə dendroqramlar şəkilində verilir ki, bu da cüt-cüt qruplaşdırma, sadə qruplaşdırma, orta gətirilmiş cüt-cüt qruplaşdırma variantları özündə əks etdirə bilər.
FAKTOR ANALİZİ.Faktor analizinin mahiyyəti müəyyən sayda öyrənilən obyektlər çoxluğunu bilavasitə və yaxud dolayı yolla ölçülmüş əlamətlərinin daha az sayda maksimal informasiyaya malik kəmiyyətlərə cevirməkdən ibarətdir. Bu tip kəmiyyətlər özlərini əsas əlamətlərin hər hansı funksiyası şəkilində göstərir və faktor adlanır. Faktor analiz əlamətlər sisteminin təhlilində tədqiqatçının adekvat instrumentidir. O mürəkkəbliklərin məntiqi strukturunu acmağa, qarşılıqlı əlaqəli, qarşılıqlı əvəz olunanları asılı olmayanlardan, əhəmiyyətliləri əhəmiyyətsiz əlamətlərdən ayırır, bu və ya digər əlamət sistemlərinin secilməsini əsaslandırır, onlarm informativliyini qiymətləndirir, baxılan mürəkkəb əlamətlər sisteminin əlaqəliliyini hipotezlərlə yoxlamara imkan verir.
Faktor analizinin alqoritmi böyük sayda bir-biri ilə mürəkkəb qarşılıqlı əlaqədə olan müxtəlif xüsusiyyətli göstəricilərindən müəyyən olunmuş sayda asılı olmayan faktorlara keçməyə imkan verir. Bu baş komponent üsulunun (BKÜ) köməyi ilə aparılır ki, hansıki faktor analizin müxtəlif keyfiyyətləri kimi baxılır. BKÜ aşağıdakı şəkildədir:
burada Zj-axtarılan faktorlar (komponentlər);
wij - j-ci faktorda i-ci kəmiyyətin əks olunan yüküdür, əmsalıdır;
m - kəmiyyətlərin sayı;
r - faktorlarm sayı (komponent)