B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİ (SNŞ) bioloji neyronun riyazi analoqu olmaqla, insan beynində gedən proseslərin riyazi modelləşdirilməsinə əsaslanır və çox mürəkkəb məsələlərin həllində istifadə edilir.
Neyronun riyazi təhlili belədir: çoxlaylı şəbəkədə hər bir neyron özündən əvvəlki laydakı neyronlardan siqnalları ( , ,.., ) qəbul edir. Giriş siqnalı uyğun çəki əmsalına ( , , .., ) vurulur və cəmlənir:
Neyronun çıxış siqnalı (Y) aktivləşmə funksiyası vasitəsi ilə aktivləşir.
Bu məqsədlə əsasən aşağıdakı funksiyalardan istifadə edilir:
Xətti funksiya
Axırıncı üç funksiyası mürəkkəb məsələlərin həllinə imkan verən çoxlaylı şəbəkələrin qurulmasında istifadə edilir.
SNŞ-in tətbiqi ilə məsələ həllinin riyazi şərhi aşağıdakı kimidir:
Öyrətmə cütləri (X, Y) müəyyənləşdirilir;
a) əgər xəta qənaətbəxş deyilsə çəki əmsallarına qradiyent optimallaşdırma və ya digər öyrətmə üsulları ilə düzəlişlər verilir və 3-5 ardıcıllığı təkrar edilir.
b) əks halda öyrətmə başa çatmış hesab edilir.
SNŞ-in əsas cəlbedici xüsusiyyəti giriş və çıxış siqnalları arasındakı gizli-mürəkkəb asılılıqları tapmaqla emprik xətanın minumuma endirilməsidir ki, bu da neyron şəbəkələr vasitəsi ilə öyrətmə adlanır. Şəbəkənin öyrədilməsi üçün əsasən xətaların geriyə yayılması alqoritmindən və qradyentlər üsulundan geniş istifadə olunur.
Qeyd edək ki, SNŞ-in tətbiqi ilə təsnifat (klassifikasiya, klasterizasiya) aproksimasiya, proqnozlaşdırma və s. məsələlər həll edilə bilər.