Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini "yalançı Pifaqor sistemi" elan etmişdi.