201
SEYİDOV QABİL
SALEH OĞLU
17 may 1929-cu ildə Bərdə rayonunun
Lənbəran kəndində anadan olmuşdur.
Bərdə şəhər 1 saylı orta məktəbi bitirmiş,
1948-ci ildə ADU-ya daxil olmuş, 1952-ci
ildə universitetin Məntiq və Psixologiya
şöbəsi izrə tam kursu bitirmişdir. Elə hə-
min il Ağdam Müəllimlər İnstitutuna baş
müəllim təyin olunmuş, 1954-cü ildə ins-
titut H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Nuxa (indiki
Şəki) filialına köçürülmüşdür. Elə həmin ildən orada baş müəllim vəzifə-
sində çalışmışdır. Az müddətdən sonra filialın ləğv edilməsi ilə əlaqədar
o, Gəncə Dövlət Pedaqoji İnstitutunda məntiq və fəlsəfə ixtisası üzrə baş
müəllim vəzifəsində işləmişdir.
Azərbaycan Ali Təhsil Nazirliyinin göndərişi ilə 1959-cu ildə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsi-
nin bir illik aspirantı olmuş və 1961-ci ildə “Dil və bstrakt təfəkkür” möv-
zusunda namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizə-
di alimlik dərəcəsi almışdır. Sonra o, Moskvadan əvvəlki iş yerinə qayı-
daraq, fəlsəfə ixtisası üzrə əvvəlcə baş müəllim, sonra isə dosent vəzifə-
sində işləmişdir. 1965-ci ilin sentyabr ayında Respublika Təhsil Nazirli-
yinin göndərişi ilə M.V.Lomonosov adına MDU-nun əmri ilə həmin uni-
versitetin fəlsəfə fakültəsinin dialektik materializm kafedrasında baş elmi
işçi vəzifəsinə təyin olunmuş və 1967-ci ilin dekabrında dissertasiya mü-
dafiə edərək 38 yaşında fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
1968-ci ilin yanvar ayında Moskvadan əvvəlki iş yerinə qayıdaraq, əv-
vəlcə fəlsəfə kafedrasının müdiri, eyni zamanda tarix fakültəsinin dekanı,
1972-ci ildən 1976-cı ilə qədər H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji
İnstitutunun rektoru vəzifəsidə işləmişdir. O, 1970-ci ildə Ümumdünya fi-
losoflarının Berlin konqresinin, 1979-cu ildə Bolqariyanın Varma şəhə-
rində Ümumdünya filosoflarının XX konqresinin iştirakçısı olmuş, hər iki
konqresin bölmə yığıncağında çıxış etmişdir.
Professor Q.S.Seyidov “İdrak nəzəriyyəsi və müasir elm” mövzu-
sunda geniş həcmli monografiyanı və “Məntiq” adlı dərsliyi yazmışdır.
Q.S.Seyidovun yerli və mərkəzi mətbuat orqanlarında 100-dən
çox əsəri dərc olunmuşdur.