197
Xalqımızın maarifçi ziyalılar dəstəsinə mənsub olan Orucov
qardaşları M.Ə.Rəsulzadə, M.Ə.Sabir, N.Nərimanov, D.Bünyadzadə,
P.Axundov, Ü.Hacıbəyov və başqa görkəmli şəxslərlə dostluq və yaxınlıq
edirdilər. N.Nərimanov A.Orucovun ailəsinin səhhətini himayə edən ev
həkimi olmuşdur.
Mətbuat tariximizdə parlaq səhifə açan maarifpərvər ziyalılardan
olan Orucov qardaşlarının həyat və fəaliyyətləri acınacaqlı və faciəli son-
luqla başa çatmışdır. Abuzər Orucovun nəvəsi Ofelya xanım Əliyeva de-
yir ki, babam repressiya qurbanı olmuş, sürgündən qayıtmamışdır. Son-
ralar bir çoxları kimi ona da bəraət vermişdilər. Lakin onun qəbri belə və-
təndə yoxdur.
Dostları ilə paylaş: