BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə6/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   2   3   4   5   6   7   8   9   ...   542
          Harun (Hurum) adlanırdı bu yurd hər yerdə, 

          İndisə adına deyirlər Bərdə. 

 

Maraqlıdır ki, Nizami Gəncəvidən başqa heç kim Bərdənin “Ha-



run” adlandırıldığını qeyd etmir. Bununla belə, o da çox maraqlıdır ki, 

XVIII  əsrdə  tərtib olunmuş “Gəncə-Qarabağ  əyalətinin müfəssəl dəftə-

ri”ndə Bərdə nahiyəsinin kəndləri sırasında “Harun” adlı kəndin adı çəki-

lir. Həmin kəndin Tərtər çayının kənarında yerləşdiyi, eyni zamanda ora-

da yaşayış olmadığı bildirilir.  

Demək olar ki, qaynaqlarda, Yaqut əl-Həməvinin qeydləri istisna 

olmaqla, “Bərdə” toponiminin mənşəyi və mənası haqqında məlumat ve-

rilmir. 


Adının sonuncu deyiliş  və yazılış formasını, qismən dəyişməklə, 

son dövrlərədək saxlayan “Bərdə”nin etimologiyası haqqında fikirlərə ke-

çən əsrin axırlarında və son dövrlərdə müraciət edilmişdir. Həmin tədqi-

qatçıların fikirlərini ardıcıllıqla təqdim etməklə onlara öz münasibətimizi 

də bildirək. İ.Şopen (1894-cü il) “Bərdə” sözünün mənasını yunan dilində 

axtarır. Q.Osipov, qəribə də olsa, “Bərdə” sözünün mənasının erməni di-

lində “qovaqlı yer” mənası verdiyini yazır. V. Sısoyev əl-Həməviyə əsas-

lanaraq “Bərdə”ni “qul yeri – qul saxlanan yer” hesab edir. Qrum – Qrci-

malo Orta Asiyada, Sakistan vilayətində “Bərdə” adlı şəhərin mövcudlu-

ğunu və Bərdə şəhərinin adının da onunla bağlı olduğunu qeyd edir. Y.Pa-

xomov gürcü mənbələrində olan rəvayətlərə və erməni dilində şərhlərə öz 

münasibətini bildirərək “Bərdə” toponimini Qafqaz dillərində axtarma-

maq qərarına gəlir, yəni “Bərdə” toponiminin Qafqazda yaşayan xalqlara 



 

15

deyil, başqa xalqa mənsub olduğunu qeyd edir. M.S.Ordubadi ərəb mən-

bələrinə  əsaslanaraq “Bərdə” toponimi haqqında “dustaqların saxlandığı 

həbsxana”, “dustaq düşərgəsi” fikrinə tərəfdar çıxır. Q.Melikişvili Bərdə 

ilə e.ə. VIII əsrdə Mannada olan “Parda” arasında əlaqə olduğunu göstə-

rir. M.Minorski şəhərin adının “palan” mənası verdiyini hesab edir, lakin 

bunu heç cür şərh etmir. A.Məmmədov Bərdə şəhərinin adını Firuz, Pe-

roz, Barda, Partav və Bərdə kimi qeyd edir. R.Yüzbaşov “Bərdə” toponi-

mini tayfa adı kimi qəbul edir. T.Səlimov “Bərdə”nin farsdilli söz olub, 

“qız  şəhəri” mənası verdiyini yazır. N.Nəbiyev isə V.Sısoyevin fikri ilə 

razılaşdığını bildirir. A.Axundov göstərir ki, Bərdə türk mənşəli “berdi” 

sözündən olub, “qab,piyalə,kuzə” mənasını verən toponimdir. E.Əzizova 

görə, Bərdə “Berdi” sözü olub, “ensiz çay, qol, tel” mənasındadır. Q.Qey-

bullayev “Bərdə” toponiminin Urmiya gölü sahilindəki Parda şəhərinin 

adı ilə əlaqədar olduğunu qeyd edir. T.Rəsuloğlu (Əliyev) “Bərdə” adının 

Əhəməni hökmdarı Kirin oğlanlarından birinin adı ilə – Bisütun qayala-

rında yazılmış “Bardiya” ilə əlaqədar olduğunu bildirir.  

Qeyd etmək lazımdır ki, son dövrlərdə yaşayış  məskəni adlarını 

tayfa adları ilə izah etməyə maraq artmışdır. Bu, ilk növbədə bir vaxtlar 

müəyyən təsirlərə, tarixi təhriflərə məruz qalmış həqiqətlərin bərpası kimi 

qəbul edilir. Bu, çox təqdirəlayiq haldır. Lakin unutmaq olmaz ki, heç bir 

elmi mülahizə tarixi həqiqətləri kölgədə qoymamalıdır. Faktsız, elmi 

cəhətdən əsaslandırılmamış, tələsik fikirlər söyləməkdənsə, susmaq daha 

dürüstdür. 

Qaynaqlarda və tədqiqat əsərlərində sakların e.ə. VIII–VII əsrlərdə 

Azərbaycana gəlməsi və Kür–Araz ovalığında yerləşməsi barədə məlumat 

verilir. Bildirilir ki, saklar indiki Bərdə şəhərindən Qafqaz dağlarına qədər 

böyük bir ərazini tutmuşdular. Həmin sak tayfaları içərisində “bərdor” ad-

lı tayfanın mövcud olduğundan bəhs edilir. Bərdənin adına və onun eti-

mologiyasına bu nöqteyi-nəzərdən yanaşmalar da vardır. Ə.Haqverdiyev 

Bərdənin adının eradan əvvəl Cənubi Qafqaza gəlmiş saklar içərisindəki 

bərdorların adından götürüldüyünü yazır.  

Məhərrəm Bayar göstərir ki, “saklar (albanlar, sakasenlər, gögə-

rənlər, taoklar, phasianlar, pakturlar və konduklar) türkmən uluslarından-

dır”. 

M.Bayara görə, sak (iskit) türklərinə assuriyalılar “aşkuzan\işku-



za”, yəhudilər Tövratda “aşkenaz”, yunanlar “skcuthe”, farslar “saki”, 

hindlilər “sakya” deyirdilər”. 

A.Zəki Vəlidi Toğan apardığı araşdırmalarda G.Nemet, Qutşmidt, 

O.Franke, N.Aristov, Edvard, Meyer, Mortmann kimi görkəmli türkoloq-

ların sakların türk olduğunu qəbul etdiklərini bildirir. 

Herodotun yazdığına görə, Qaqunun oğlu Parati Anadolunu, Fə-

ləstini, Suriyanl almış və e.ə. 634-cü ildə Misirə hücum etmişdi. Strabona 



 

16

görə, Qaqu və Gögün (Assuriya mənbələrində Lu kimi də adı çəkilir) rəh-

bərliyi ilə saklar Arandan cənuba yenərək Xram suyu və yuxarı Kür boy-

larını da tutmuşdular. 

Saklar Xəzər dənizinin  şimalından keçərək Qafqazı almışdılar. 

İndiki Qarabağ bölgəsində binələyən sak (iskit) kraliçası Tomris e.ə. 529-cu 

ildə Xəzər dənizinin cənubunda İran hökmdarı Kuruşu məğlubiyyətə uğ-

ratmışdı. 

Bərdə  şəhərinin tarixi ədəbiyyatda məlum olan adları  və  qədim 

dövrdə adlandırıldığı gümanları nəzərdə tutaraq apardığımız araşdırmalar 

müəyyən nəticələr çıxarmağa imkan verir. Belə ki, e.ə. VIII əsrdə Zikertu 

vilayətinin indiki Mianə-Ərdəbil bölgəsində yerləşdiyi bildirilir və vilayə-

tin paytaxt şəhərinin Parda (bu ad sonrakı Bərdə şəhərinin adı ilə səsləşir) 

olduğu qeyd edilir. Göstərilir ki, İşquz vilayəti Marağa ətrafı torpaqlarda 

yerləşirdi. Ondan quzeyə doğru Urmu gölünün gündoğan tərəfində Subi 

və Bari adlanan daha iki qonşu vilayət vardı; yaxşı möhkəmləndirilmiş 

Tarui və Tarmakisa (indiki Təbriz) adlı  zəngin qalalar Bari vilayətində 

idilər. Onun gündoğan səmtində indiki Qarabağ bölgəsində Puluadı vila-

yətinin paytaxtı Libliuni şəhəri (hazırki Varsağan inzibati mərkəzi yaxın-

lığında) yerləşirdi. Tarixi mənbələrə  əsaslanan  ədəbiyyatda göstərilir ki, 

“I Rusa ilə savaşı tezləşdirmək üçün Sarqon Zikertuya yollandı. O, Man-

nada Urartupərəst müxalifət ocaqlarını dağıtmaq istəyirdi. O, İştaraura 

çayını keçib Parda şəhərində oturan Metatti üzərinə gəldi. Çünki, sonuncu 

öz hərbi qüvvələrini kömək üçün I Rusanın sərəncamına göndərmişdi”. 

Manna hökmdarı ilə müqavilə üzrə Assur çarı Urartudan alıb Assuriyaya 

qatdığı iyirmi iki qalanı, üstəlik bərkidilmiş Uşkaya və Parda şəhərlərini 

Mannaya qaytarmalı oldu. E.ə. 674-cü ildə Manna hökmdarı Ahşeri 

“mannalıların ölkəsindəki vilayətdə” gəlib məskunlaşan iskitlərlə Assuri-

yaya qarşı ittifaqa girdi. Bu ittifaqa midiyalılar da qoşuldu. Öz yürüşləri 

ilə Ön Asiyanı qorxu içində saxlayan iskitlər ilə müqavilə bağladı. Hasa-

raddon o ittifaqı pozmağa maraq göstərdi. Təxminən 672-ci ildə “işqus 

(iskit) ölkəsinin çarı” Partatua ilə yaxınlaşıb danışığa başladı. Herodota 

görə, skif-sakların bir başçısının adı Prototiy (Assur mənbələrində Parta-

tua) idi. Partatua adını  qədim fars dilindəki tava “güc”, “qüvvət” (“tab” 

sözü də buradandır) sözü ilə bağlayır və onun “Avesta” dilindəki Partava 

– “döyüş”, “vuruşma” sözü ilə əlaqələndirirlər.  

M.N.Poqrebova yazır: “Hesab edirlər ki, Partatua (Partatua da “İş-

quzlar ölkəsinin çarı” adlandırılır) Prototiy formasında Herodotda skif ça-

rı Madyanın atası kimi xatırlanır”. 

İqrar Əliyev “Midiya tarixi”ndə Bardiya haqqında ətraflı məlumat 

verir. Həmin Bardiyanın Bərdə ilə nə dərəcədə əlaqəsi olmasını müəyyən-

ləşdirməyə də maraq yaranır.  

Məmmədtağı Zöhtabi “İran türklərinin  əski tarixi”ndə Qaumat-



 

17

Bardiya-Zöhhak haqqında  şərhlər verir, Bardiyanın (Qaumata) qiyamın-

dan xüsusi bəhs edir. 

Bunlardan əlavə, tarixi ədəbiyyatda Makedoniyalı İsgəndərin Şər-

qə doğru yürüşləri ilə bağlı  bəzi maraqlı faktlar da öz əksini tapır. Bar-

yaks adlı birisi makedoniyalıların hakimiyyətinə qarşı üsyan qaldırıb özü-

nü Parsa və Madanın çarı elan edir. Atropat öz gücü ilə Baryaksın üsyanı-

nı yatırır. Üsyançını  əsir edib, makedoniyalılara verirlər. Baryaks Pasar-

qadda qətlə yetirilir. 

Görünür Nizaminin “İsgəndərnamə” poemasındakı  Bərdə hökm-

darı (Nüşabə) surəti də İsgəndərin müasiri olmuş Alban çarı haqqında an-

tik müəlliflərin verdikləri məlumatlara söykənir. 

Skiflərin  Şimali Azərbaycan  ərazisində yayılması yeni tədqiqat-

larda çox mühüm yer tutur. Burada skif mədəniyyətinin izlərinin tarixi-

arxeoloji öyrənilməsi indiyə  qədər qaranlıq qalan problemlərin həllinə 

imkan verir. 

Skiflər haqqında qiymətli tədqiqatlardan biri olan Azər Həsənovun 

“Çar skiflər” adlı monoqrafiyasında qeyd edilir ki, “Skiflərin adı ən ilkin 

olaraq Assuriya çarı Asarxaddonun yazılarında (e.ə. VII əsrin 70-ci illəri) 

çəkilir”. Burada Assuriyaya qarşı mübarizə aparan skiflərin çarlarından 

birinin adı Partatua olduğu bildirilir, Asarxaddonun diplomatiyaya əl ata-

raq qızını Partatuaya ərə verməklə skiflərlə ittifaq bağlamasından bəhs 

edilir. 

Tarixən bir tayfa ittifaqının da şəhər yaratmaq imkanı olduğundan 

onlar “tayfa şəhərləri” hesab edilmiş, tayfanın və ya tayfa başçılarının bi-

rinin adı ilə adlandırılmışlar. Bərdə şəhərinin adı onun siyasi-inzibati hə-

yatında baş verən dəyişikliklərlə əlaqədar olaraq dəyişmiş, eləcə də başqa 

xalqların dilindəki sözlərə uyğun  şəkildə fonetik cəhətdən müxtəlif  şə-

kildə ifadə edilmiş, sonuncu şəklini – Bərdə – saxlamışdır. Belə ki, bu ad 

e.ə. VII əsrdən tarixə məlum olan Partatuadan götürülmüş, sonrakı dövr-

lərdə Partav, Bərdaa və nəhayət Bərdə şəklinə düşmüşdür. 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin