BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə14/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   10   11   12   13   14   15   16   17   ...   542
 

 

Respublika prezidentliyinə namizəd Heydər Əliyevin 

Bərdə seçiciləri ilə görüşü 

 

 

Oktyabr ayının 8-də ölkə prezidentliyinə namizəd Heydər Əliyevlə 

Bərdə rayonunda seçicilərin görüşü keçirilmişdir. Bu görüşdə  həmçinin 

Ağcabədi, Laçın, Kəlbəcər və Tərtər rayonunun çoxsaylı seçiciləri də işti-

rak etmişlər. 

Görüş  Bərdənin zəfər tağı deyilən giriş qapısı yanında təntənəli 

qarşılanma mərasimi ilə başlanmışdır. Buraya yuxarıda qeyd edilən ra-



 

29

yonlardan 5 min nəfərdən çox seçici gəlmişdir. Bərdə rayonunun mədə-

niyyət işçiləri, yuxarı sinif şagirdləri, ziyalılar, ağsaqqallar, əmək qabaq-

cılları, təsərrüfat rəhbərləri də çox hörmətli namizədi qarşılamağa çıxmış-

dılar. 

Tədbirin bütün detallarına Rayon İcra Hakimiyyətinin başçısı El-

man Allahverdiyev cənabları  şəxsən başçılıq edirdi. Burada böyük qələ-

bəlik, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Xalq öz namizədini böyük 

təntənə ilə qarşılayırdı. Elə bu qarşılanma mərasiminin özü rayon seçicilə-

rinin, ümumiyyətlə Qarabağ bölgəsi əhalisinin yekdilliklə kimi prezident 

seçəcəyindən xəbər verirdi.  

Budur, maşın karvanı Bərdənin giriş qapısına yaxınlaşır. Əhalinin 

“Heydər-xalq” səsləri, alqışları ətrafa yayılır. Prezidentliyə namizədə gül 

dəstələri təqdim olunur. Məktəblilər onun şəninə şeirlər, mahnılar söylə-

yirlər. Ulu sazın, qara zurnanın səsi asimana bülənd olur. H.Əliyev cənab-

larının ayaqları altında ona dərin hörmət əlaməti olaraq çoxsaylı qurbanlar 

kəsilir. Namizəd ictimaiyyət nümayəndələrini böyük minnətdarlıqla sa-

lamlayıb, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı  cənab E.Allahverdi-

yevlə, Ağcabədi, Laçın, Kəlbəcər, Tərtər və başqa rayonların rəhbərləri, 

sıravi əmək adamları ilə görüşüb rayon mərkəzinə yola düşür.  

...Rayon mədəniyyət sarayının qarşısında bu vaxta qədər görünmə-

miş bir izdiham hökm sürür. Burada Bərdənin və ətraf rayonların çoxmin-

li əhalisi Heydər Əliyev cənablarını hərarətlə qarşılayırlar. Yığıncağı Bər-

də şəhər 6 saylı orta məktəbin direktoru Nizami Quliyev açaraq prezident-

liyə namizədin həyat yolundan, onun platformasından müəyyən məqam-

ları seçicilərə çatdırır. Sürəkli alqışlar uzun müddət səngimək bilmir.  

Heydər  Əliyev cənabları mikrafona yaxınlaşıb seçicilərə öz ürək 

sözlərini, onların etimadını doğrultmaq üçün var qüvvəsini sərf edəcəyini, 

Bərdə və onun əhalisi haqqında arzularını bildirir.  

Çıxış edənlər 11 oktyabrda xalqın ən ləyaqətli övladına səs verə-

cəklərini H. Əliyev cənablarına çatdırırlar.  

Respublika prezidentliyinə namizəd N saylı hərbi korpusda da se-

çicilər, əsgərlər və zabitlər qarşısında çıxış edib onlarla səmimi görüşdük-

dən sonra “Qızıl Ay” çadır şəhərciyinə gedir. Köçkünlər burada onu bö-

yük istiqanlılıq, hərarət və mehribanlıqla qarşılayıb, ayaqları altında qur-

banlar kəsirlər. Yalnız Heydər Əliyevə səs verəcəklərini dönə-dönə bildi-

rirlər. H.Əliyev cənabları isə çadır şəhərciyi əhalisinə söz verir ki, onların 

öz doğma ocaqlarına qayıtması üçün var qüvvəsini sərf edəcəkdir.  

Görüş başa çatır. Bu görüşdən alınan təəssürat isə hələ uzun müd-

dət rayon əhalisini tərk etməyəcəkdir. 

 

“Bərdə” qəzeti,  



10 oktyabr 1998-ci il


 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin