zəl bəhrə vermiş, tarlalarda bol məhsul yetişmişdir. Artıq bir neçə gündür
qələrinə 19 min ton “ağ qızıl” göndərilmişdir. Tarlalarda gedən işin bu
də əsl bayram təntənəsinə çevrilmişdir.
25
– Bu günkü fəallar yığıncağının əsas məqsədi indiyədək görülmüş
işlərə yekun vurmaq və gələcək vəzifələri müəyyənləşdirməkdən ibarətdir.
Bərdə pambıqçıları ildən-ilə məhsuldarlığı artırır və yüksək nəticə-
lərə nail olurlar. Keçən il olduğu kimi bu il də rayonun kənd əməkçiləri
tarlalarda bol pambıq yetişdirmişlər. Elə buna görə də biz bu yığıncağa
toplaşmışıq ki, pambıqçıların işinə bir daha nəzər yetirək. Çünki Bərdə
pambıqçılarının əldə etdiyi nailiyyətlər bütün respublikamıza yüksək təsir
göstərir. Buna görə də heç də təsadüfi deyildir ki, bu gün pambıqçılıq ra-
yonlarının zona müşavirəsini də Bərdədə keçiririk.
H.Ə.Əliyev yubiley ilində respublikamızda gedən işlərdən danışa-
raq göstərdi ki, indi hər yerdə Böyük Oktyabrın 60 illik yubileyinə əmək
töhfələri hazırlanır. Sənaye işçiləri 8 aylıq planı hələ avqustun 26-da yeri-
nə yetirmişlər. Sənaye istehsalının artım səviyyəsi indi 9 faiz təşkil edir.
Bu, ölkədə ən yüksək göstəricidir. Kənd təsərrüfatı sahəsində qəbul olun-
muş öhdəliklər də layiqincə yerinə yetirilir.
Bütün bunlarla yanaşı, deməliyik ki, respublikamızda kənd təsər-
rüfatının başlıca və ən əsas sahəsi pambıqçılıqdır. Son illərdə respublika-
mızda pambıqçılığın inkişaf etdirilməsi üçün geniş perspektivlər açılmış-
dır. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, keçən il 532 min ton
pambıq istehsal olunmuşdur. Halbuki, bir neçə il bundan əvvəl belə rə-
qəm haqqında heç düşünmək olmazdı. Bu il də pambıqçılarımız yaxşı iş-
ləmiş, tarlalarda bol məhsul yetişdirmişlər. İndiyədək tədarük məntəqələ-
rinə 30 min ton pambıq təhvil verilmişdir. İndi qarşıda duran başlıca vəzi-
fə yetişdirilmiş bol məhsulu qısa müddətdə və itkisiz yığıb dövlətə təhvil
verməkdən ibarətdir. Bərdə rayonunda və respublikamızın bütün rayon-
larında yetişdirilmiş məhsula əsasən deyə bilərik ki, bu il keçənilkindən
artıq pambıq istehsal edə biləcəyik.
Dostları ilə paylaş: