BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə17/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   13   14   15   16   17   18   19   20   ...   542
 

3 Mart, 2009 



 

 

 



BƏRDƏ  ŞƏHƏRİNDƏ  AKADEMİK  ZƏRİFƏ  ƏLİYEVA   

ADINA  ORTA  MƏKTƏBİN  AÇILIŞ  MƏRASİMİ 

 

Sentyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Bərdə şəhə-

rində görkəmli oftalmoloq alim, akademik Zərifə  Əliyevanın adını daşı-

yan orta məktəbin təntənəli açılış mərasiminə yola düşdü.  

Bərdəlilər yol boyu dövlətimizin başçısını  hərarətlə salamlayır, 

Prezidentə hörmət və ehtiramlarını ifadə edirdilər.  

Yeni tikilmiş yaraşıqlı məktəbin ətrafına və həyətinə Bərdənin on 

minlərlə sakini, o cümlədən müəllim və şagirdlər toplaşmışdı. Onların əl-

lərində respublikamızın dövlət bayraqları, ümummilli liderimiz Heydər 

Əliyevin, Prezident İlham  Əliyevin portretləri, ölkə  rəhbərinin siyasətini 




 

49

dəstəkləyən  şüarlar yazılmış transparantlar vardı. Mərasimə toplaşanlar 

Prezident İlham Əliyevi hərarətli alqışarla qarşıladılar.  

Yeni istifadəyə verilən məktəb binasının önündə akademik Zərifə 

Əliyevanın heykəli ucaldılmışdır. Heykəlin müəllifi Azərbaycanın xalq 

rəssamı akademik Ömər Eldarovdur. Prezident İlham  Əliyev heykəlin 

üzərindən ağ örtüyü götürdü və abidənin önünə gül dəstəsi qoydu.  

Mərasimi giriş sözü ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı 

Elman Allahverdiyev açdı.  

Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimində nitq söylədi.  

Rəsmi hissədən sonra Prezident İlham  Əliyev akademik Zərifə 

Əliyevanın adını daşıyan orta məktəbin açılışını bildirən lenti kəsdi.  

Sonra Prezident İlham Əliyev məktəbin sinif otaqları, kitabxanası, 

laboratoriyası, idman salonu, bufet-yeməkxanası ilə yaxından tanış oldu. 

Dövlətimizin başçısına məktəb haqqında ətraflı məlumat verildi. Bildirildi 

ki, akademik Zərifə Əliyeva adına Bərdə şəhər orta məktəbinin təməli bu 

ilin yanvarında qoyulmuş və tikinti səkkiz ay ərzində başa çatdırılmışdır. 

1000 şagird üçün nəzərdə tutulmuş məktəb binasının sahəsi 5200 kvadrat-

metr, ərazisi 1,8 hektardır. Burada 32 sinif otağı, 576 kvadratmetrlik id-

man salonu vardır. Gözəl memarlıq üslubuna malik dördmərtəbəli mək-

təbin zirzəmi hissəsində laboratoriyalar, əmək təlimi və digər müvafiq 

otaqlar yerləşir. Kompyuter, linqafon kabinetləri, kabinet tipli fənn otaq-

ları müasir avadanlıqla və  əyani vasitələrlə  təmin olunmuşdur. Tikinti 

müddətində hər gün obyektdə 150-200 adam çalışmış, onların orta aylıq 

əmək haqqı 450-500 min manat təşkil etmişdir. Məktəbdə 45 yeni iş yeri 

açılmışdır. Müəllim və şagird kollektivi şəhər məktəblərinin hesabına for-

malaşdırılmışdır.  

 

Bakı, 13.09.2004, 



 AzərTAc 

 

 



 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin