30
31
32
33
34
AZƏRBAYCAN RЕSPUBLIKASININ
PRЕZIDЕNTI ILHAM ƏLIYЕV
BƏRDƏDƏ
35
Bərdə Azərbaycanın dilbər
guşəsidir. Hər bir azərbaycanlı üçün
dоğma yеrdir, dоğma məkandır.
***
Bərdənin Azərbaycanda xüsusi
yеri vardır.
İlham Əliyеv
36
BƏRDƏDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN
AÇILIŞ MƏRASİMİ
Azərbaycanın baş naziri İlham Əliyev mərasimdə
iştirak etmişdir
Oktyabrın 7-də Bərdə şəhərində Olimpiya idman kompleksinin
təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Tikintisi başa çatdırılmış Bərdə Olimpiya İdman Kompleksinin
qarşısında toplaşmış on minlərlə insan Baş nazir İlham Əliyevi böyük
səmimiyyətlə və hərarətlə qarşıladılar. Onların əllərində respublikamızın
dövlət bayraqları, Prezident Heydər Əliyevin və Baş nazir İlham Əliyevin
portretləri və transparantlar var idi.
Mərasimi giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Elman
Allahverdiyev açdı.
AZƏRBAYCANIN BAŞ NAZİRİ
İLHAM ƏLİYEVİN ÇIXIŞI
“Əziz bərdəlilər! Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olim-
piya idman kompleksinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edi-
rəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad edilə-
cək və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən sizə söz verirəm
ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleks-
ləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımı-
zın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindi-
rir. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər bey-
nəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə təmsil
edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan
idmançılarımız Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki,
Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır. Azərbay-
canın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək
səviyyədə qura biliblər. İdmançılarımız bütün beynəlxalq yarışlarda işti-
rak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın mil-
li bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük müka-
fat məhz bunlardır. Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə id-
mançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma təəssüflər olsun,
37
elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kim-
dir? Bizim müxalifət. Nəyə görə? Çünki onlar hesab edirlər ki, bir halda
ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr
əlavə siyasi kapital verəcəkdir.
Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda
idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə
böhtanlar atırlar. Bu, bir daha göstərir ki, onların maraqları Azərbaycan
xalqının maraqları ilə üst-üstə düşmür.
Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim
məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək.
Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki,
bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait
yaradılmalıdır və biz bu şəraiti yaradırıq. Bu gün burada açılan, bütün
müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təs-
diqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun.
Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələ-
rində məşğul olsunlar. Bu, onları fiziki cəhətdən, eyni zamanda, mənəvi
cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul
olmaq kütləvi xarakter alacaqdır. Bu, artıq baş verir. Azərbaycanın müx-
təlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə veri-
libdir. Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri
də Qarabağ torpağında tikilsin. Mən çox xoşbəxtəm ki, biz bunu etmişik
və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.
Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün
doğma yerdir, doğma məkandır. Bərdə çox inkişaf edib, gözəlləşir, abad-
laşır. Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə, 1970-ci illər-
də də, ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş,
bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və Bərdə camaatına daim diqqət
göstərmişdir. Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bər-
dəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı
inkişaf etdirəcəyik.
Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istə-
yirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin
salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərir-
lər. Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların
özlərinin də imkanları məhduddur. Amma o qaçqınlara və məcburi köç-
künlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bun-
dan sonra da belə olacaqdır.
Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki,
Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz torpaqlarını itirmiş in-
sanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər
görülür. Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məs-
38
kunlaşmış insanlar üçün möhtərəm cənab Prezidentin fərmanları ilə yeni
qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışın-
da iştirak etdim. 2600 ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl
orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş
evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır.
Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz
bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir
evlər tikək. Mən sizə söz verirəm ki, bu, belə də olacaqdır. Bir dənə də
çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkün-
lər yeni, müasir evlərə köçürüləcəklər.
Bütün bu tədbirləri görmək üçün əlbəttə ki, Azərbaycanda gərək
iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçiri-
lən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cə-
hətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaran-
mışdır. Bu, ona görə baş verir ki, Azərbaycanda islahatlar keçirilir. Aqrar
islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsər-
rüfatı ilə məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu, nə qədər bö-
yük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirilir və
on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın
iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iq-
tisadiyyatını özəl sektor daha fəal formalaşdırır. Ümumi daxili məhsulun
75 faizi özəl sektorun payına düşür. Bu, çox gözəl nəticədir və Azərbay-
canda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əmək-
daşlıq edən dünyanın aparıcı maliyyə qurumları da bunu qiymətləndirir,
təsdiq edirlər.
Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir.
Bunun nəticəsində Azərbaycanın nefti dünya bazarlarına çatdırılır. Neft
kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri - Bakı-Tbilisi - Cey-
han kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşal-
lah, yaxın gələcəkdə onun açılışında iştirak edəcəyik. Bu, bizə imkan ve-
rəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.
Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu, o
məqsədlə yaradılıb ki, neftdən əldə olunan gəlirlər bir yerdə, şəffaf şəkil-
də saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz
belə də edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə məhz Neft
Fondunun vəsaiti hesabına tikilibdir. Burada, Bərdədə, Ağdamda, işğal-
dan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün
yeni qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur,
Heydər Əliyevin neft strategiyası, budur, Heydər Əliyevin neft strategiya-
sının təntənəsi!
Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının bö-
yük əksəriyyətinin dəstəyinə arxalanıbdır. Eyni zamanda, xatırlatmaq istə-
39
yirəm ki, bu məsələlər 1994, 1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məc-
lisdə müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan,
böhrana salan, sonra qorxaqcasına qaçıb gizlənən müxalifət tərəfindən
çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır, – o vaxt da Milli
Məclisin deputatı idim, – "Şahdəniz" layihəsi orada müzakirə olunanda,
indi sizdən əbəs yerə səs istəyən Etibar Məmmədov hətta öz dəstəsi ilə
Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bi-
lirdi, Azərbaycanda vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən
İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda Heydər Əliyevin
planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün
olacaqsa, onda əlbəttə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu
gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət də, – bax-
mayaraq ki, bu sahədə çox da böyük biliyə malik deyillər, amma o qədər
də ağılsız deyillər, – bilirdi ki, bu tədbirlər Azərbaycana yaxın gələcəkdə
böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm,
bir daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə
istəmir – biri Ermənistan, biri də Azərbaycan müxalifəti.
Ermənistan ona görə istəmir ki, başa düşür – bu layihələr həyata
keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli
dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki,
Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün bey-
nəlxalq hüquq normalarına əsaslanaraq həll edək.
Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün
nəzərdə tutulan məsələlər öz həllini taparsa, Azərbaycan xalqı daha yaxşı,
daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç
onların üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin
maraqları üst-üstə düşür. Amma qoy onlar özlərini yormasınlar. Azərbay-
can qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər Əliyevin
siyasətini dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqı-
mızla birlikdə bu siyasəti davam etdirəcəyəm.
Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu
ilə həll etmək istəyirik. Bu məqsədlə danışıqlar aparılır. Düzdür, hələlik
danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək funk-
siyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki,
çox zəif fəaliyyət göstərir və onun fəaliyyəti bizi qane etmir. Bütün bunla-
ra baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar pro-
sesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nə-
hayət, Ermənistanı məcbur edəcək ki, o, işğal olunan torpaqlardan çəkil-
sin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilat-
larda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var.
Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün, ədalətli mövqe nü-
mayiş etdirmişdir. Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan nümayəndə
40
heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki, Avropa
Şurasının deputatları qəbul olunan sənədlərdə Ermənistanı işğalçı dövlət
kimi tanıyıblar. Biz hesab edirik ki,bütün bunlar gələcək danışıqlar pro-
sesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən əminəm ki, biz
məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma, mən dəfələrlə de-
mişəm və bir daha burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tü-
kənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar, sadəcə olaraq, for-
mal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının
tam haqqı var ki, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.
Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf
bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu
quruculuğuna daha böyük diqqət göstərək.
Azərbaycanın sosial problemlərini də uğurla həll edək. İnsanların
həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Prezidentin
son sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədə-
niyyət işçilərinin maaşları, pensiyalar artırılıb və bu proses bundan sonra
da davam edəcəkdir.
Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik
enerjisi və qaz təminatı yaxşılaşır. Düzdür, bütün rayon əhalisinə qazın
verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük
sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz bilə-
siniz ki, bu məqsədlər üçün Azərbaycan dövləti Rusiyadan alınan qazın
haqqının ödənilməsinə hər il 200 milyon dollardan çox vəsait xərcləyir.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə bö-
yük diqqət yetirilir və bundan sonra da yetiriləcəkdir. Mən böyük məmnu-
niyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar
Bərdə şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar
salınıbdır, yeni məktəblər tikilibdir. İnsanlara qayğı çox artıbdır. Bu, se-
vindirici haldır və mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da
artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalq-
dır. Azərbaycan xalqı, o cümlədən Bərdə camaatı daim Heydər Əliyevin si-
yasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.
Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qa-
rabağ torpağında gözəl Olimpiya kompleksi açılır. Milli Olimpiya Komi-
təsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən
inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlam-
lıqlarını möhkəmləndirəcəklər. Amma bütün bu görülən işlərlə yanaşı,
istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada
gözəl bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edə-
cəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri tikməyə başlayanda üzgüçü-
lük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə dur-
mur, daim inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə ya-
41
naşı, hovuzlar da tikilmişdir. Ona görə mən buraya gələrkən dedim ki, bir
halda o biri rayonlarda bu hovuzlar tikilir, Bərdədə də mütləq tikilməlidir
və tikiləcəkdir.
Mənə verilən məlumata görə, son vaxtlar rayonlarda, kəndlərdə
yeni məktəblər tikilibdir. Çox sevindirici haldır ki, buna diqqət göstərilir.
Mən də öz tərəfimdən sizə demək istəyirəm ki, ən müasir standartlara ca-
vab verən, ən müasir avadanlıqla təchiz edilən, 800 şagird yeri olan bir
yeni məktəb də burada tikiləcəkdir. Bu da bizim sizə hədiyyəmizdir.
Mən qeyd etdim ki, bərdəlilər Heydər Əliyevə daim böyük hör-
mətlə, məhəbbətlə yanaşmışlar. Ona çox gözəl münasibət göstərmişlər və
indi də göstərirlər. Onun siyasətini daim, 1970-1980-ci illərdə də dəstək-
ləyiblər, son on ildə də dəstəkləyirlər. Təəssüflər olsun ki, Heydər Əliyev
səhhətində yaranmış problemlərlə bağlı seçkilərdə iştirak edə bilməyəcək-
dir. Bu seçkilərdə mən iştirak edəcəyəm. Mən əminəm ki, bərdəlilər hə-
mişə olduğu kimi, Heydər Əliyev siyasətinə səs verəcəkdir.
Əziz bərdəlilər! Əziz bacılar və qardaşlar!
Mənə göstərdiyiniz çox hərarətli, xoş, səmimi münasibətinizə görə
sizin hamınıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Sizə söz ve-
rirəm ki, həmişə sizinlə birlikdə olacaq, problemlərinizlə daim məşğul
olacağam. Biz sizinlə birlikdə Azərbaycanı iqtisadi, siyasi cəhətdən inki-
şaf etdirəcək, dövlət müstəqilliyimizi möhkəmləndirəcəyik.
Azərbaycan xalqı Heydər Əliyevin siyasətinə sadiqdir. Bu siyasət
yaşayacaqdır. Azərbaycan yaşayacaqdır. Heydər Əliyev yaşayacaqdır və
daim yaşayacaqdır. Sağ olun”.
Respublika hökumətinin başçısına yaxınlaşan sakinlər ona bir da-
ha təşəkkürlərini bildirdilər, eyni zamanda, xahişləri ilə bağlı ərizə və
məktublar təqdim etdilər.
Baş nazir İlham Əliyev onlara bildirdi ki, narahat olmasınlar, ona
verilən ərizə və məktublara diqqətlə baxacaq və müraciətlər müsbət həlli-
ni tapacaqdır.
Sonra Baş nazir İlham Əliyev Olimpiya idman kompleksinin açılı-
şını bildirən qırmızı lenti kəsdi və kompleksin salonları, məşq otaqları ilə
yaxından tanış oldu. Baş nazir kompleksin ən müasir tələblər səviyyəsin-
də tikilib istifadəyə verilməsindən məmnunluğunu bildirdi. Axırda incəsə-
nət ustalarının və idmançıların çıxışları oldu. Mərasimdə Gənclər, İdman
və Turizm naziri Əbülfəs Qarayev, Prezidentin İcra Aparatının şöbə mü-
dirləri Yusif Hümbətov və Əli Həsənov, Milli Məclisin deputatları və di-
gər rəsmi şəxslər iştirak edirdilər.
Bakı, 08.10.2003,
AzərTAc
|