BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə23/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   19   20   21   22   23   24   25   26   ...   542
 

BƏRDƏ  TÜRBƏSİ 

 

Bərdə şəhərində yerləşən bu tarixi memarlıq abidəsini hicri-qəməri 

təqvimi ilə 1322-ci ildə memar Əhməd ibn əl-Hafiz Naxçıvani tikib. 

Türbə dövrünün görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirmək üçün 

tikilən bürcvari türbələr qrupuna daxildir. Hündürlüyü 12,5 metr olan 

Bərdə türbəsi silindrik gövdədən və konusşəkilli günbəzdən ibarətdir. 

Abidənin oturacağı daşdan hörülmüş kürsü formasındadır. Türbənin çox-

rəngli kəsmə mozaikadan quraşdırılıb, zəngin ornamentlə  bəzədilmiş iki 

baş tağı onun sadə və aydın kompozisiyasını dolğunlaşdırır. Abidənin bü-

tün səthi üzərinə firuzə rəngli kaşı çəkilib və kərpiclə naxışlanıb. Bu cür 

orijinal hörgünün kərpic naxışlarında “Allah” sözü mütənasib surətdə tək-

rarlanır. Bərdə türbəsi bürcvari Azərbaycan türbələri üçün xarakterik olan 

yeraltı və yerüstü hissələrə bölünür. Yeraltı hissə türbənin dəfn üçün ay-

rılmış sərdabəsi, yerüstü hissə isə xatirə abidəsi olub, monumental xarak-

ter daşıyır. 

Abidənin müvafiq kitabəsi uçulub dağıldığından onun kimin şərə-

finə tikildiyi məlum deyil. Lakin onun Elxanilər sülaləsindən bir nəfər 

üçün tikildiyi ehtimal olunur. 

Türbənin yaxınlığında “Axsadan-Baba” adı ilə tanınan bir məqbə-

rə də var. 

Abidəyə camaat arasında “Nüşabə qalası” da deyirlər. Formaca 

dəyirmi olan bu abidə başdan-başa bişmiş kərpiclə işlənib. 




 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin