BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə21/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   17   18   19   20   21   22   23   24   ...   542
54


 

55


 

56


 

57

 



 

58

 

 

 

 



 

 

 

 

 

 

 

BƏRDƏNİN  QƏDİM  

MЕMARLIQ  ABİDƏLƏRİ 

 

 

 

 

 

 




 

59

 

BƏRDƏ  ŞƏHƏR  İMAMZADƏSİ 

 

XII  əsrdə tanınmış tacirlərdən  İbrahim adlı bir şəxs görür ki, ca-

maat bir qəbrin başına dolanır. Soruşur ki, nə üçün bu məzara belə mü-

qəddəs yanaşırsınız?  

Deyirlər ki, bu məzar müqəddəs imam balası  Şahzadə  İsmayılın 

qəbri-şərifidir. 

Həmin tacir İbrahim bu sözü eşitdikdən sonra qəbrin üstünü çay-

laq daşından gümbəz halına salaraq məqbərə tikdirmişdir. O vaxtdan da 

bu türbə-ziyarətgahın adı “İbrahim məscidi” kimi tarixə düşmüşdür.  

Əslində ziyarətgahdakı qəbir imam Cəfəri Sadiq ə.s.-ın qız nəvəsi 

Şahzadə  İsmayılın qəbridir. VIII–IX əsrlərdə yaşamış  Şahzadə  İsmayıl 

düşmənlərinin əlindən qaçaraq Bərdəyə pənah gətirmiş və burada rəhmətə 

getmişdir. 

1868-ci ildə İmamzadə memar Kərbalayı Səfi xan Qarabaği tərə-

findən yenidən bərpa edilmişdir. 

O, 1788-ci ildə Şuşada anadan olmuş, 1910-cu ildə – 122 yaşında 

vəfat etmişdir. 

Kərbalayı Səfi xan Qarabaği 1864-cü ildə Gövhər ağa məscidini

1868-ci ildə isə Ağdam məscidini tikdirmişdir. 

1861-ci ildə Bərdəyə gələn B.Dornun nəzərini çox qəribə bir məs-

cid cəlb edir. Sonralar o yazırdı: 

“Orada həm də tarixi bilinməyən qədim İbrahim İmamzadəsi var-

dır. Binanın cari təmiri sahibinə 3000 rubl gümüş pula başa gəlib”. 

İmamzadədə mehrabın olmaması onu göstərir ki, əvvəllər burada 

məqbərə olmuşdur. İstedadlı usta məzar üstündə məscid tikərək bütöv bir 

memarlıq ansamblı yarada bilmiş, 4 minarədən ibarət yaraşıqlı, mütənasib 

formada məscid inşa etmişdir. 

“1886-cı il üçün Qafqaz təqvimi”ndə belə bir xəbər getmişdi: 

“Yelizavetpol quberniyası, Cavanşir qəzasının Bərdə  şəhərindəki 

İmamzadənin (Pirin) üstündə 1868-ci ildə məscid tikildi”. 

Tikintidə kərpiclə daşın növbələşməsindən bacarıqla istifadə olun-

muşdur.  

Sovet hakimiyyəti illərinin təzyiqlərinə baxmayaraq minlərlə insan 

İmamzadəyə axışar və oranı ziyarət edərdilər. 

Son illər İmamzadə Mədəniyyət Nazirliyi tərəfindən təmir edilmiş

xeyirxah insan Əli Babayev isə öz şəxsi vəsaiti hesabına  İmamzadədə 

qurban kəsmək, zəvvarların dincəlməsi üçün otaqlar tikdirmiş, burada 

zəvvarlara hər cür şərait yaradılmışdır.  

 

Həsənoğlu H. 

“Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, 

seyidləri, övliyaları” II hissə. B: Nasir, 2005 



 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin