BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə29/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   25   26   27   28   29   30   31   32   ...   542
 O işçün öz kəmərim bağladım deyə Allah. 

 

(Şeirin fars dilindən tərcüməsi 



 A.Nuriyevindir) 

  

 



Bəzi qaynaqların verdiyi məlumata görə Bəhmən Mirzə Azərbay-

cana hökmdar təyin edilmişdir ki, bu da hicri tarixinin 1257-ci ilinə (mila-

di 1841) təsadüf edir. Mənbələrə görə o bu vəzifədə çox qalmamışdır. Bu 

vəzifəyə onun digər qardaşı Nəsirəddin Mirzə təyin edilmişdir. Məlumat-

lara görə vəziyyəti belə görən gənc Bəhmən Tehranda yaşayan böyük qar-

daşı  Məhəmməd  şahın yanına getmiş  və o da kiçik qardaşını böyük se-

vinclə qarşılamışdır. Bu zaman Azərbaycan hökmdarlığını yenicə  qəbul 

edən Nəsirəddin Mirzəyə xəbər verdilər ki, guya Bəhmən böyük qardaş-

ları Məhəmmədlə onu taxtdan salacaqlar. Taxt-tacın əldən gedəcəyindən 

qorxan Nəsirəddin Mirzə Bəhmənin gözünün çıxarılmasına əmr verir. Və-

ziyyətin müşkül olduğunu görən Bəhmən Mirzə yayınaraq rus səfarətxa-

nasına girir və ondan sığınacaq istəyir. Səfir öz növbəsində onu çox yaxşı 

qəbul edir və Bəhmənə Rusiya ərazisində yaşamağa icazə verir. Miladi ta-

rixinin 1848-ci il mayın 12-də  Lənkəran gəmisiylə Bakıya gəlir. Mayın 

15-də Bakıdan  Şamaxıya gəlir. O bu şəhərlərə  gəlməkdə görünür özünə 

daimi yaşayış yeri axtarırmış. Bəhmən Mirzə burada da qalmayıb mayın 

20-də Tiflisə gəlir və burada yaşamağı qət edir. Bu tarixlə də onun yaradı-

cılığının İran dövrü qurtarır və Azərbaycan dövrü başlayır. Bu hadisədən 

bir həftə sonra yəni 28 may tarixində onun 7 arvadı və həmin arvadlardan 

olan 19 oğul-uşağı Naxçıvana, oradan isə Tiflisə ailə başçılarının yanına 

gətirilirlər.  

Bəzi məlumatlara görə guya Bəhmənin tərki-vətən olduğunu görən 

qardaşı Nəsirəddin Mirzə öz səhvini başa düşüb onu əfv edir və geri qay-

tarılmasını xahiş edir. Lakin Bəhmən bir daha geri qayıtmadı. Rus çarı I 

Nikolaydan (1825-1855) hər il 9600 manat böyük məbləğli təqaüdlə  şi-

mali Azərbaycanda yaşamağa başladı. Yeri gəlmişkən qeyd etməliyik ki, 

Bəhmən Mirzə Tiflisdə uzun müddət yaşaya bilmədi və 1851-ci il oktyab-

rın 4-də Şuşa şəhərindən köçüb gedən Məlikbəyovların mülkünü aldı və 

ailəsi ilə oraya gəlib ömürlük bu gözəl şəhərdə qaldı. Onu da qeyd etməli-

yik ki, o, Şuşada yaşasa da bütün Qarabağın mədəni tədbirlərində yaxın-

dan iştirak edirdi. Tez-tez Azərbaycanın ən qədim şəhərlərindən biri olan 

Bərdəyə gəlirdi. Görünür bu şəhər onun çox xoşuna gəlirmiş. Qarabağda 

yaşadığı 24 il müddətində özünün yeni tarixi əsəri olan “Şükürnameyi Şa-

hənşahi” əsərini yazmağa başladı. Bu əsərdə alim ölkəmizə fatehçilik niy-




 

65

yətilə gələn Çingiz xandan başlamış XIX əsrə kimi olan böyük dövrün ta-

rixi hadisələrini ardıcıllıqla təsvir edirdi. Əsərini o, hicri tarixinin 1288-ci 

(miladi 1872) ilində yazıb başa çatdırdı. Qocalıb əldən düşdüyünü görən 

böyük alim və kitabdar 1880-ci il ərəfəsində sevdiyi şəhər Bərdədə özü 

üçün türbə inşa etdirdi və oğlanlarına vəsiyyət etdi ki, öləndə onu həmin 

türbədə  dəfn etsinlər. Böyük alim 1884-cü ilin fevral ayının 11-də  vəfat 

etdi. Vəsiyyətinə  əməl edən oğlanları atasının özü tərəfindən sağlığında 

inşa etdirdiyi və İmamzadədən 25 metr şərqdə olan türbədə dəfn etdilər. 

Mənbələrin söylədiyinə görə Bəhmən Mirzə İrandan gələrkən özü-

nün kitabxanasını 95 dəvəyə yükləyibmiş. İndiki yaşlı nəsil yaxşı bilir ki, 

bir dəvənin orta yükdaşıma qabiliyyəti 25 batmana, yəni 200 kiloqrama 

bərabərdir. Bir kitabın orta hesabla çəkisini 0,5 kiloqrama bərabər tutsaq 

onda hər dəvə yükündə 400 kitab gətirmiş olur. Biz hər dəvə yükünü 400-ə 

vursaq, onda Bəhmən Mirzənin kitabxanasının 38 000 kitabdan ibarət ol-

duğunu aydın görürük. Çox təəssüflər olsun ki, Bəhmən Mirzə kimi kitab-

darın ölümündən sonra onun kitabxanasını hərə bir yana dağıtdı. Hal-ha-

zırda həmin kitabların müəyyən hissəsi Tiflis şəhərində, qalanları isə 

Moskva, Leninqrad və Yerevan şəhərlərinin kitabxanalarında saxlanılır. 

Onun kitabxanasından olan bir neçə kitab da Azərbaycan Elmlər Akade-

miyasının Respublika Əlyazmaları fondundadır. Bəhmən Mirzənin “Təz-

kireyi Məhəmməd-Şahi” və  “Şükürnameyi-şahənşah” adlı  əsərlərinin  əl-

yazması Azərbaycan tarixinin ən dəyərli vasitəsi kimi adını  çəkdiyimiz 

elm mərkəzlərində mühafizə edilir. Yeri gəlmişkən qeyd etməliyik ki, hə-

min kitab və əlyazmalar Bəhmən Mirzənin özünün şəxsi möhürləri ilə təs-

diq edilmişdir. Mənbələrin verdiyi məlumata görə  Bəhmən Mirzə Qacar 

öldükdən sonra onun çoxlu oğlu, qızı, qohum-əqrəbası və tanışları qalmış-

dır. Hal-hazırda Bərdə rayonu ərazisində qalan “Böyük Qacar” və “Bala 

Qacar” kəndləri onun nəsil və törəmələrindən əmələ gəlmişdir. Sonradan 

onun oğlanları rus ordusunda yüksək zabit rütbəsilə xidmət etmişlər. 

Azərbaycan mədəniyyəti tarixinin öyrənilməsində şübhəsiz ki, Bəh-

mən Mirzənin xidməti də böyük olmuşdur. Üççatlı türbəsi önündən keçən 

hər kəs qoy onun haqqında olan bu kiçik məlumatı yadda saxlasın. 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin