Məhəmmədqızı A., Çərkəzoğlu Ş.
“Bərdə” - B: 2003
BƏHMƏN MİRZƏ TÜRBƏSİ
Bərdə şəhərində – İmamzadə memarlıq kompleksinin 25 metr şi-
mali şərqində üç gümbəzli tam orijinal bir memarlıq abidəsi var. Bu nadir
tikili bişmiş kərpicdən olub Arran memarlıq üslubu ilə çox bitkin bir for-
mada inşa edilmişdir. Onun gümbəzlər hissəsi istər xaricdən və istərsə də
daxildən çox böyük ustalıqla biri-birinə bənd edilmişdir. Girəcəkdən
üçüncü, həm də axırıncı otağın orta hissəsində ölən kəs dəfn edilmişdir.
Bir növ sərdabə üslubu ilə tikilmiş həmin qəbrin üstü tağvari formada ta-
mamlanmışdır. Gümbəzin daxili divarlarının til üstü hissəsində qara mər-
mər üzərində altı kitabə yerləşdirilmişdir. Kitabələr nəstəliq xəttilə yazıl-
mış və mətnlər əsasən Quranın ayələrindəndir. Kitabələrin birində isə
dəfn edilən kəsin ömrünün iztirab, təlaş, həsrət və sarsıntılarla dolu keç-
məsindən bəhs olunur və Allaha şikayət edilir. Sual oluna bilər, kimdir
burda dəfn edilən şəxs? Türbədə dəfn edilən şəxs Qacarlar sülaləsindən
olan, böyük kitabdar, alim və tarixçi Bəhmən Mirzədir. Dövrünün ağıllı,
savadlı, bacarıqlı adamlarından olan Bəhmən Mirzə ibn Naib Əs-səltənət
Abbas Mirzə göründüyü kimi hökmdar oğlu olmuşdur. Raudət üs-səfa-yi
Nasiriyə görə o, Abbas Mirzənin salamat qalmış 26 oğlunun yaş ardıcıllı-
ğına görə dördüncüsüdür. O hicri tarixinin 1225-ci ilində (miladi tarixinin
1810-cu ilində) anadan olmuşdur. Özünün hicri tarixinin 1247-ci ilində
(miladi 1831-32-1834) yazmış olduğu “Təzkireyi Məhəmməd-Şahi” əsə-
rində qeyd edir ki, hələ gənc yaşlarında atası onu Ərdəbilə hökmdar təyin
etmişdir. Müəllifin öz qeydinə görə bu kitabı o, hicri tarixinin 1250 (mi-
ladi 1835-36) ilinin rəcəb ayında böyük qardaşı Məhəmməd şahın xahişilə
yazmışdır. Hətta böyük qardaşının xahişilə sözün əsl mənasında işə giri-
64
şib tarix kitabı yazması haqqında bir neçə misradan ibarət fars dilində
şeiri də qalmışdır. Həmin şeirdə Bəhmən Mirzə belə deyir:
Elə ki, bu məsələni dedi Mərhəmətli şah.
Dostları ilə paylaş: |