BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə31/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   27   28   29   30   31   32   33   34   ...   542
81

 

BƏRDƏ  XALÇALARI 



 

Qarabağda xalq sənətkarlığı onun gözəl təbiəti kimi təkrarolunmaz 

dərəcədə zəngindir. Əlverişli iqlimin və xammal bazasının genişliyi xalq 

sənətkarlığının daha geniş inkişaf etməsinə şərait yaratmışdır.  

X  əsrin sonunda yaşamış  Əl-Müqəddəsi göstərirdi ki, Bərdədə is-

tehsal olunan xalçaların, kəlağayıların və baş örtüklərinin tayı-bərabəri 

yoxdur. X əsr ərəb alimi və səyyahı İbn Hövqəl də yazır ki, Bərdədən xa-

ricə, Xəzər dənizi vasitəsilə Curcana və oradan quru yolu ilə Hindistana 

boyaq kökü ixrac edilirdi və  Qərbi Avropa tacirləri Azərbaycanda pudu 

15-16 manata aldıqları ipək parçaları öz ölkələrində çox baha qiymətə 

sataraq, çoxlu gəlir əldə edirdilər. Məsələn, Azərbaycan ipəyinin bir pudu 

Rusiyanın Yaroslavl şəhərində 50-60 manata, Arxangelskdə isə 70 mana-

ta satılırdı.  

Azərbaycanda, o cümlədən, Qarabağda xalçaçılığın tarixi çox qə-

dimlərə aiddir. XV əsrdə ümumdünya bazarlarında qədim diyarın bu gö-

zəl sənətkarlıq malları geniş  şöhrət tapmışdı. Tədqiqatlar göstərir ki, bu 

xalçalar Qarabağda, xüsusilə, Şuşa, Ağdam, Bərdə, Tərtər, Cəbrayıl, Qu-

badlı, Lənbəran, Malıbəyli, Horadiz və s. yerlərin bədii  ənənəsindən və 

xammalından asılı olaraq, müxtəlif kompozisiyalara, bəzəklərə malik ol-

muş, müxtəlif üsullarla toxunmuşdur.  

Tarixdən məlumdur ki, Qarabağda ipəkçiliyin ən çox inkişaf etdiyi 

Bərdə rayonunun Lənbəran kəndində XVIII əsrdə toxunmuş  “Şəddə”nin 

bəzəkləri xoş təsir buraxır. Xalçanın eninə üfüqi şəkildə ardıcıl düzülmüş 

bir neçə qızıl quşla ova çıxan atlı və bir neçə dəvə fiquru rəsmlərindən iba-

rətdir. Sənətşünaslıq doktoru, Azərbaycan EA-nın müxbir üzvü R.Əfən-

diyevin təsvirinə görə bu xalçadakı rəsmlər nisbətən statistik bir səpkidə 

verilsə  də, xalq sənətinə xas olan rəngarəngliyi və  şərti dekorativliyi ilə 

diqqəti cəlb edəndir. Qarabağın Lənbəran kəndində XIII əsrdə toxunmuş 

“Şəddə” xalçası hazırda Kiyev şəhərində Qərb və Şərq İncəsənəti Muze-

yində saxlanılır. 

Qarabağın sənətkarlıq nümunələri xalqımızın zaman-zaman məşğu-

liyyətini, ölkəmizin gözəlliyini əks etdirir. Hazırda rayonumuzun ərazisin-

dəki qəbirüstü abidələrdə həkk olunmuş qoyun və digər heyvanların təs-

viri burada heyvandarlığın, sənətkarlığın geniş inkişafına dəlalət edir. 

Mənbələrdə göstərilir ki, XIX əsr və XX əsrin əvvəllərində Qarabağ 

xalçalarının ilk alıcıları erməni tacirləri olmuşdur. Xalça ustalarının toxu-

duqları məhsulları erməni tacirləri çox ucuz qiymətə alır, bəzən də onların 

toxunulduğu yerin adını dəyişərək Avropa bazarlarında çox baha qiymətə 

satırdılar. Qarabağ xalça və  gəbələri Avropa, Asiya və Amerika ölkələ-

rində bir çox dövlət xadimlərinin, fermer və digər varidatlı adamların ev-

lərinin bəzəyidir. 



 

82

 Xalça sənətkarlığı nümunələrini hazırda ABŞ-da yaşayan Berd An-

donyan, Berc Aqambekyan, Q. Yesayan və başqaları öz adlarına çıxmağa 

çalışırlar. 

Son illər ABŞ-da Qarabağın gəbə və xalçalarını əks etdirən albom, 

kataloqların çapı, xüsusi sərgilərin təşkili xeyli genişlənmişdir. 1985-ci 

ildə əvvəlcə Kimbella və Fort-Uartoda (Texas ştatı), sonra isə Vaşinqton-

da açılmış sərgilərdə Şuşada, habelə Malıbəyli, Daşbulaq, Lənbəran və s. 

yerlərdə toxunmuş xalça və gəbələr “Erməni gəbələri 1700-1917-ci illər-

də” adı ilə nümayiş etdirilmişdir. 

Şairə Xurşidbanu Natəvan tərəfindən hazırlanmış fincan örtüyü Qa-

rabağ xanı  Pənah xana aid edilən  əl ağacının üst bəzəyi olan belə  bədii 

tikmələr də xalça sənətinin Qarabağda geniş inkişaf etdiyini göstərir. Ta-

rixdən məlumdur ki, hələ 1882-ci ildə Nijni-Novqorodda Ümumrusiya 

bədii sənaye sərgisində Xurşidbanu Bəyim tərəfindən göndərilmiş parça-

lar birinci dərəcəli mükafata layiq görülmüşdür.  

Görkəmli xalçaşünas K.Əliyevin məlumatına görə, aşağıda adları 

göstərilən xalça ustaları öz sənətkarlıq qüdrətinə görə Qarabağda məşhur 

olmuşlar: 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin