83
MUSİQİ TARİXİMİZDƏ BƏRDƏ
Bərdə sehrkar musiqi diyarı kimi də məşhur olmuşdur. Yazın gəli-
şi həmişə burda toy-bayrama çevrilərdi. Coşub-daşan Tərtər çayının
ahəngdar səsi el şənliklərində, toyda çalıb-çağıran xanəndələrin gur və
məlahətli səslərinə qarışar, adamlarda xoş əhval-ruhiyyə yaradardı.
Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi Xan Şuşinski
(1901-1979) Bərdəyə tez-tez təşrif gətirərdi. Bu da səbəbsiz deyildi. Xa-
nın doğma bacısı Rüxsarə Aslanağa qızı Əliyeva (1904-1974) Bərdə şə-
hərində yaşayırdı. Məhz buna görə Xan Şuşinski tez-tez Qarabağa, Bərdə-
yə el şənliyinə başının dəstəsi ilə gələrdi. Xanın bacısı oğlanları Əşrəf və
Ərşad Əliyevlər də məlahətli səsləri ilə tanınmışdılar. Onların yanıqlı zən-
gulələri qəlbləri riqqətə gətirərdi. Qardaşlar məktəb yığıncaqlarında çalıb-
çağırardılar. Çox erkən, gənc yaşlarında vəfat etdilər. Qardaşlar İmamza-
də məscidi ətrafındakı ailə qəbiristanlığında dəfn olunmuşlar. O vaxtlar
Xan Şuşinskinin övladı yox idi. O, bacısı uşaqlarının baş daşlarını özü ha-
zırlatmışdı.
Xan Şuşinskinin Bərdəyə gəlişi həmişə toy-bayrama çevrilirdi. Qa-
rabağın bir çox xanəndə və sazəndələri onun başına toplaşardılar. Qara-
bağda məşhur olan gözəl sənətkar Cəlal Dadaş oğlu Zeynalov Xanın ya-
xın dostu idi. Onların dostluğu axıradək davam etmişdi. Cəlal toy və el
şənliklərində bir qayda olaraq ayaq üstə oxuyardı. Bu, indi də xatırlanır.
1940-50-ci illərdə Aşıq Cəlil, sonralar isə onun qardaşı Mürsəl ustad oxu-
yanlardan sayılırdı. Aşıq Cəlil çox zaman özü qoşduğu mahnılardan oxu-
yardı... Heç demirsiz aşıq Cəlil hardadır, Mənim gözüm kamançada,
Dostları ilə paylaş: