BəRDƏliləR


iriyеv V.   «Еlm və həyat» - 1984 - № 11



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə41/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   37   38   39   40   41   42   43   44   ...   542
iriyеv V. 

 «Еlm və həyat» - 1984 - № 11 

 

 

 

 

 

 



 

107

 

ƏBUBƏKR  BƏRDƏİ 

 

Azərbaycanın  ən qədim  şəhərlərindən biri olan Bərdə xalqımızın 

elminə, mədəniyyətinə, sənət və sənətkarlığına çox görkəmli şəxsiyyətlər 

bəxş etmişdir. Onlardan biri də IX əsrin sonu X əsrin birinci yarısında ya-

şayıb yaratmış  Əbubəkr Məhəmməd  İbn Abdullah Bərdəi olmuşdur. O 

təqribən 890-cı illərdə Bərdədə anadan olmuşdur. Gələcəyin görkəmli hü-

quqşünas və ortadoksal demokratı Əbubəkr ilk təhsilini doğma şəhərdə al-

mış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mə-

dəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, sə-

bəbsiz də deyildi. Ona görə ki, X əsrin ortalarından Bərdə şəhəri ziddiyət-

lərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və 

dövlətli Bərdədə böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedir-

di. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən 

yerli xristianlıq və ona xidmət edən  əhalinin gəlmə dinə müqaviməti, 

üçüncü tərəfdən çoxallahlılıqla  əlaqədar azlıqda qalan əhalinin öz dinini 

mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb 

gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə 

hərki-hərkiliyə səbəb olmuşdur. Belə ki, ziddiyətli dövrdə gənc mötəziləçi 

güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir. Əbubəkr 

Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatını özünün “Əlfih-

risti” (göstərici)  əsərində  təsvir etmiş  ərəb müəllifi Məhəmməd  İbn  İsaq 

Ən-Nədm Əl-Vərraq Əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haq-

qında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci il-

də görüşmüşlər. O öz əsərində yazırdı: “Mən Əbubəkr Bərdəini gördüm. 

Etdiyimiz ünsiyyətdən məlum oldu ki, o mötəzilə məzhəbinin üzvü, xari-

ciliyin fəqihlərindəndir.” Hələ dördüncü Xəlifə  Əlinin dövründə (656-

661) meydana gəlmiş xariciliyin mənfurəsində deyilir ki, Xəlifəliyin ümdə 

şərti onun ədalət və haqq tərəfdarı olmasıdır”. Onlara görə Xəlifə irsi ol-

mamalıydı. Hakimiyyətə  gələn hər kəsi Xəlifələrin qohumu və tanışları 

yox bütün müsəlmanlar seçməli idi. Onların fikrinə görə imam və ya hər 

hansı başçı müsəlman olan bütün şəxslərdən, habelə müxtəlif siniflərin və 

təbəqələrin nümayəndələrindən də seçilə bilərdi. Onlar tələb edirdilər ki, 

biz müsəlmanların ilk dövründə olduğu kimi demokratik seçki yolu ilə 

Xəlifəni seçməyə qayıtmalıyıq. Görkəmli Azərbaycan hüquqşünas alimi 

də bu partiyanın üzvü və əsas aparıcılarından biri olmuş və göründüyü ki-

mi öz əsərlərində Əbubəkr Bərdəi xeyli səmərə verən demokratik fikirlər 

irəli sürmüşdür. İbn ən-Nədm fikrini davam edərək yazırdı ki, bu məzhəb 

çox yerdə o cümlədən Əmman, Sicistan, Azərbaycan ölkəsi və şəhərlərin-

də geniş yayılmışdır. Heç şübhəsiz ki, bu demokratik fikirlərin, xüsusilə 

Bərdədə intişarında Əbubəkrin xidməti az olmamışdır. 




 

108

İbn ən-Nədminin yazmasına görə o olduqca çoxlu kitab yazmışdır. 

Görkəmli biblioqraf öz əsərində Əbubəkr Bərdəinin yazdığı aşağıdakı ki-

tabların adını çəkmişdir. “Kitab Əl-Mürşid fi-l fiqhə” (fəqihə dair rəhbər 

kitab), “kitab ər-rədd əla-əl müxalifinin fil fiqh” (fəqih barədə müxalifləri 

rədd etmə kitabı), “Kitab təzkirət Əl Qərib fil fiqh” (fəqih barədə qəribin 

xatiratı kitabı), “Kitab Ət-Təbəssür li-l mütəllimin” (öyrənənlər üçün dü-

şüncə kitabı), “Kitab Əl-ihticac ələ əl-müxalifin” (müxaliflərə dair etiraz 

kitabı), “Kitab əl-Camifi üsul əl-fiqh” (fəqihin əsaslarına dair məcəllə ki-

tabı), “Kitab Əd-dua” (dua kitabı), “Kitab Ən-nəsix və l-mənsux fi-l Qu-

ran” (Quranda ləğv edən və ləğv edilən haqqında kitab), “Kitab əs-sünnə 

və l-cəmaə” (sünnə və cəmaə kitabı), “Kitab əl-imamə” (imamətə dair ki-

tab), “ Kitab Naqd kitab İbn-ər-Rəvənli fi-l imamə” (imamətə dair İbn 

Rəvəndinin kitabı  əleyhinə kitab), “Kitab təhrim  əl-Müskir” (məstedici 

maddəni qadağan etmə haqqında kitab), “Kitab ər-rədd  əla mən qaləbi-l 

mütə” (mütəni təsdiqləyən kəsi rədd etmək barədə kitab), “Kitab Əl-iman 

və-n-nüzur” (iman və  vəd haqqında kitab). Adlarından göründüyü kimi 

kitablar orta əsr müsəlman şərqinin müxtəlif problemlərinə həsr edilmişdir. 

Əsərlərdə müəllif müsəlman şərqi üçün son dərəcə vacib olan məişət, tə-

sərrüfat, dini məfkurə və s. məsələlərini obyektiv mərhələdən anlamaq ki-

mi vacib məsələ qoymuşdur. O, özünün “Kitab təhrim əl-Müskir” (məstedi-

ci maddəni qadağan etmək haqqında kitab) kitabını  həlli indi də vacib 

olan məsələyə  həsr etmişdir. Bundan başqa öz dövrünün demokratizmi, 

siyasi, ictimai, iqtisadi, fəlsəfi və hüquqi problemləri haqqında yazılmış 

bu kitablar Bərdəi Əbubəkrə dünya şöhrəti qazandırmışdır. O da digər xa-

ricilər kimi ciddi siyasi təqiblərə  məruz qalmış  və zaman keçdikcə itib 

batmışdır. Onların müəllifi Əbubəkr Bərdəi isə o dövr ərəb şovinizminin 

təqib və  sıxıntılarına məruz qalmış, nəhayət hicri tarixinin 350-ci ilində 

(miladinin 961-ci ili) vəfat etmişdir. Yeri gəlmişkən təəssüflə qeyd etmək 

olar ki, xalqımızın bu görkəmli oğlunun ictimai-siyasi, hüquqi-demokra-

tik isri demək olar ki, bu gün belə öyrənilməmiş qalmışdır. Ancaq onun 

tərəfindən yazılan bu qədər kitablardan şübhəsiz ki, Şərqin qədim mədəni 

mərkəzlərinin əlyazma fondu, kitabxana və arxivlərində qalmamış deyil. 

Onları araşdırıb tapmaq, tədqiq etmək şübhə yox ki, Azərbaycanda fəlsəfi 

fikir tarixinin inkişafını  tədqiq edənlərə  və öyrənənlərə böyük bir töhfə 

olar. 



Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin