105
QAZİ MƏHİƏDDİN BƏRDƏİ
XV əsrin ortalarında yaşamış görkəmli dövlət xadimi Qazi Mə-
hiəddin Bərdəinin (Bərdəlinin) yaşadığı dövr Azərbaycanda daxili və xa-
rici vəziyyətin kəskinləşdiyi, feodal müharibələrinin şiddətləndiyi bir vax-
ta təsadüf edirdi. 1338-ci ildən etibarən burada türk-monqol tayfalarından
olan Çobani feodalları hökmranlıq edirdi. Onların zülmü ölkəni bərbad ha-
la salmış, aclıq və qorxulu xəstəliklərin yayılmasına səbəb olmuşdur. Ço-
bani nümayəndəsi Məlik Əşrəfin dövründə yaşamış Azərbaycan tarixçisi
Əbu-Bəkr əl-Qütbi əl-Əhəri 1345-1350-ci illərdən bəhs edərək göstərirdi
ki, indi Azərbaycanda üç şey bolluq təşkil edirdi: çobanilər zülmü, baha-
lıq və vəba xəstəliyi.
Çobani feodallarına qarşı aparılan mübarizənin fəal təşkilatçısı və
başçısı Məhiəddin Bərdəi olmuşdur. Dövrün yazılı məxəzlərinin əksəriy-
yətində onun fəaliyyətindən və Əşrəf Çobaniyə qarşı mübarizəsindən
bəhs edilir.
Məhiəddin Bərdəinin əsas məqsədi Azərbaycanı köçəri monqol
feodallarının apardığı ara müharibələrə meydan oxumaqdan qorumaq,
daxili ziddiyətlərin kəskinləşməsinə yol verməmək və öz xalqını Çobani
feodallarının zülmündən xilas etmək idi. Mənbələrin yazdığına görə, Mə-
hiəddin Bərdəi daxili vəziyyətin gərginləşdiyi bir zamanda (1344-cü il)
Çobani əmiri Əşrəfin fars vilayətindəki Təbrizə yürüş etməsinə çalışır.
Lakin Azərbaycanı əldən vermək istəməyən Məlik Əşrəf Təbrizə gəlir,
xalq kütlələrinin müqavimətini çətinliklə qırır, Təbriz üsyanını yatırır və
hakimiyyəti ələ alır.
Bu dövrdə Azərbaycanda Məlik Əşrəf ilə birlikdə başqa Çobani
əmirləri – Yağı Basdı, Surğan da var idi. Azərbaycan Məlik Əşrəf ilə hə-
min Çobani əmirləri arasında gedən mübarizənin meydanına çevrilmişdi.
Ara müharibələrinə son qoyulmasına cəhd göstərən Məhiəddin Bərdəi,
nəhayət, öz məqsədinə nail olur: 1344-cü ilin ortalarında hakimiyyət uğ-
runda mübarizə aparan Çobani əmirləri arasında bağlanan sülh, Azər-
baycan ərazisini növbəti qarətçilikdən xilas edir. Lakin Məlik Əşrəf bir
müddətdən sonra öz hiyləgər siyasəti sayəsində digər Çobani əmirlərini
kənarlaşdırıb Azərbaycanın faktiki hakimi oldu. Məlik Əşrəfin və ümu-
miyyətlə, Çobani feodallarının yeritdiyi siyasət yerli təsərrüfatları aradan
götürmək və köçəri feodal təsərrüfatlarını genişləndirməkdən ibarət idi.
Bu məqsədlə Çobani əmirləri yerli əyanları torpaq malikanələrindən məh-
rum edir və həmin yerləri öz aralarında bölüşdürürdülər. Nəticədə isə
məzlum xalq kütlələri başqa ölkələrə mühacirət etməli olurdular. Həmin
dövr üçün kütləvi surətdə vətəni tərk etmək feodal sinfinə qarşı aparılan
mübarizənin bir formasına çevrilmişdi. Lakin bu forma Çobani feodalları-
106
nın hakimiyyətdən salınması üçün kifayət deyildi. Güclü iqtisadi əsasa və
hərbi qüvvəyə malik olan Çobani feodallarını devirmək məqsədilə başqa
yollar axtarmaq lazım idi. Bunu dərindən dərk edən Məhiəddin Bərdəi
Qıpçaq (Qızıl Orda) dövlətinin yardımından istifadə etməyi qərara alır.
Bu məqsədlə o, 1356-cı ildə nümayəndələrlə birlikdə Qıpçaq dövlətinə
gedir. Yerli hakim Canı bəy ilə əlaqə saxlayır və onu Azərbaycana dəvət
edir. Məhiəddin Bərdəi bu məqsədlə Şirvanşah Kavusla Canı bəyi fik-
rindən döndərir və Məlik Əşrəfin öldürülməsini məsləhət görür. Onun ba-
şını kəsdirib Təbrizdəki Marağalılar məscidinin qapısından asırlar. Belə-
liklə, Azərbaycan Çobani müstəbidinin zülmündən azad olur.
Qeyd etmək lazımdır ki, Qıpçaq dövləti Azərbaycanı ələ keçirmək
üçün Hülakilər dövləti ilə (Azərbaycanda 1258-1356-cı illərdə mövcud
olmuş dövlətdir) bir əsrə yaxın mübarizə aparmış və onların bu məqsədlə
etdiyi əvvəlki bütün yürüşlər müvəffəqiyyətsizliyə uğramışdır. Canı bəyin
yürüşü isə Azərbaycanın Qızıl Orda dövlətinə tabe olması ilə nəticələndi.
Canı bəyin qələbəsinin əsas səbəbi Azərbaycanın yerli oturaq əyanlarına
və məzlum kütlələrinə arxalanması oldu. Canı bəy Azərbaycana yürüş et-
məklə öz məqsədinə – Azərbaycanı ələ keçirmək niyyətinə nail oldusa da,
digər tərəfdən ölkəni Çobani feodallarının istibdadından xilas etdi. Bunun
əsl səbəbkarı Bərdəi Qazi Məhiəddin olmuşdur.
P
Dostları ilə paylaş: