109
MƏKKİ BƏRDƏYİ
X əsri Bərdədə elmi intibah dövrü adlandırsaq, bizcə səhv etmərik.
Göstərilən yüzillikdə burada yetişmiş alimlərdən Məhəmməd İbn Abdul-
lanın, Əbubəkr Bərdəyinin, Əbdüləziz ibn-əl Həsən əl-Bərdəyinin, Əbu-
səyid Əhməd ibn Hüseyn Bərdəyinin, Səid ibn Qasım Bərdəyinin, Mə-
həmməd İbn Xalid Bərdəyinin, Əbülhəsən Əhməd ibn Ömər ibn Abdullah
Bərdəyinin və digər görkəmli elm, sənət və peşə adamlarının adlarını çək-
mək olar. O dövrün sadaladığımız alimləri içərisində öz elmi, savadı, bili-
yi və saf məfkurəsi ilə böyük ad-san qazananlardan biri də Məkki ibn Əh-
məd ibn Sadəvəy əl-Bərdəyi olmuşdur. Bu görkəmli alim IX əsrin sonu X
əsrin əvvəlində orta əsr müəlliflərinin bu vilayətin Bağdadı adlandırdığı
qədim tarixli Bərdədə anadan olmuşdur. İlk təhsilini də o Bərdədə, öz
doğma şəhərində almışdır. Sonrakı illərdə isə gənc Məkki təhsilini davam
etdirmək məqsədi ilə Şərqin mədəni mərkəzlərindən sayılan Bağdada get-
mişdir. Bərdəli gənc Məkki ibn Əhməd bu böyük elm mərkəzində elmin
bir çox sahələrini dərindən öyrənmişdir. Onun diqqətini daha çox o dövr
əhalisinə sirr kimi görünən səma səltənəti və planetlərin hərəkəti qanu-
nundan bəhs edən elm daha çox cəlb edirdi.
Bunun xatirinə o astronomiya və nücum elmlərini dərindən öyrə-
nir və təbii ki, xalq arasında onun qanunauyğun hərəkətindən söhbətlər
açırdı. Yeri gəlmişkən qeyd etməliyik ki, təbiətşünaslığın bu obyektiv qa-
nunlarını şərh etmək, ona ilahi sirr kimi baxan müsəlman şərqi adamlarına
günəş, ay, zöhrə ulduzu və səma səltənətinin digər üzvlərindən söhbət aç-
maq, onların əsrlərdən bəri qıfıllı qalan qapılarını açıb geniş dəhlizinə da-
xil olaraq, o sirli-sehirli qanunu xalqa başa salmaq o qədər də asan iş de-
yildi. X əsrdə ilahi qüvvə sayılan Günəş, Ay guya Allah-Təala tərəfindən
düzələn ulduzların təbii qanunundan bəhs edən hər kəs, din xadimləri tə-
rəfindən cəza da ala bilərdilər. Şübhəsiz bu cəza və maneələrə Məkki də-
rin elmilə cavab verməliydi. Bunun üçün o çoxlu müşahidələr aparmalı
idi. Özü də onun müşahidələri müxtəlif yerlərdən olmalıydı. Belə etdikdə
alim indi həm də dönüb səyyah olurdu. Özünün səyahətləri zamanı o, Şər-
qin bir çox ölkələrini – İranı, İraqı, Orta Asiya və bir çox ölkələri gəzmiş-
dir. Onların elmi və mədəniyyət mərkəzi olan Bağdad, Dəməşq, Nişapur,
Xorasan və digər şəhərlərində xeyli yaşamışdır. Adlarını çəkdiyimiz ölkə
və şəhərlərdə Məkki Bərdəyi yerli xalqların adəti, ənənəsi və sənətkarlığı,
təsərrüfat həyatı, tarixi və etnoqrafiyası haqqında çoxlu məlumatlar topla-
mışdır. Alim həm də öz dövrünün görkəmli yazıçısı idi. O çox da uzun ol-
mayan ömrü boyu həddən-ziyadə çoxlu kitablar yazmışdır. XIII əsrdə ya-
şamış görkəmli ərəb tarix və coğrafiya alimi Yaqud Həməvi yazırdı: –
Məkki İbn Əhməd əl-Bərdəyi ağılasığmaz dərəcədə çoxlu kitablar yaz-
110
mışdı. Salnaməçiyə görə bu əsərlər elmin müxtəlif sahələrini əhatə edirdi.
Çox mənalı ömür keçirən Məkki 965-ci ildə vəfat etmişdir. Onun əsərləri
üzərində müəyyən qədər iş görülür və şübhəsiz ki, o öz səmərəsini gələcək-
də verəcəkdir. Alimin elmi və ədəbi-fəaliyyəti haqqında görkəmli tarixçi-
lər, coğrafiya alimləri, şəqşünaslar qismən iş aparmışlar. Belə alimlərdən
mərhum tarixçi Z.İ.İbrahimi, coğrafiya alimi N.K.Kərəmovu göstərmək
olar. Gənc şərqşünas-filosof Z.C.Məmmədov, arxeoloq Q.M.Əhmədov da
yeri gəldikcə Məkki haqqında öz qiymətli mülahizələrini söyləmişlər.
Dostları ilə paylaş: