102
SƏDULLAH BƏRDƏİ
Bərdədə aparılan arxeoloji işlərin nəticəsi sübut edir ki, Hülakilər
dövründə (1256-1357) şəhərin üç əsrlik tənəzzülündən sonra yenidən
tərəqqi etməsi dövrü başlanır. Təbii ki, belə yüksəliş şəhərdə sənət və sə-
nətkarlıq, incəsənət və mədəniyyətlə yanaşı, elm və tədrisəmeylli adamla-
rın da yetişməsinə səbəb olmuşdur.
Bu zaman Bərdə şəhərində müxtəlif janrlarda yazan şairlər, gör-
kəmli dilçilər, bilikli hüquqşünaslar da yetişmişlər. Həmin dövrdə yaşayıb
yaratmış alim, şair, dilçi, özünəməxsus dəsti-xəttə malik, təmiz yaradıcı-
lıq təfəkkürü olan sənətkarlardan biri də Sadəddin Sədullah Bərdəi olmuş-
dur.
Bu görkəmli alim təqribən XVI əsrin ikinci yarısında Bərdədə
anadan olmuşdur. Sədullah özünün yay istirahətini doğma Kəpki adlı gö-
zəl yaylaqlarda keçirərdi. Azərbaycan EA Respublika Əlyazmaları İnsti-
tutunda onun həmin yaylaqlara yazmış olduğu çoxlu şeirləri saxlanılır.
Ərəb dilində yazılmış bu şeirlər Sədullahın öz dövrünün dərin bilikli və
həssas poetik təbə malik şair olmasına dəlalət edir. XIV – XV əsrlərin
qüdrətli şairlər dəstəsinə daxil olan Sədullah öz şeirlərində yaşadığı di-
yarın gözəlliklərini, saf və ülvi məhəbbətini, zamanın haqsızlıqlarını, özü-
nün keçirdiyi təlaş, iztirab və kədəri həssaslıqla tərənnüm etmişdir. Şair
özünün “Hədaiq – dəqaiq” adlı əsərində bayatı da yazmışdır.
Həmin bayatılar eşq, məhəbbət, sədaqət, dostluq, vətənə sevgi,
gəncliyin tərbiyəsi kimi son dərəcə nəcib mənəvi-sosial problemlərə həsr
edilmişdir. Bu bayatıların əksəriyyəti altılıq üslubu ilə tamamlanmışdır.
Burada birinci qoşa misra dövrün ictimai haqsızlığı və bərabərsizliyinə,
ikinci azad sevgi, saf məhəbbət, sevmək və sevilmək kimi arzuya, üçüncü
sətir qoşası isə etibarsız, namərd, səbatsız adamların ifşasına və bəzən də
tərbiyəvi mövzuya həsr edilmişdir. Həmin bayatılardan bir neçəsini oxu-
culara təqdim etmək yəqin ki, maraqlı olardı:
Dostları ilə paylaş: