“Bərdə. Tarixin aynasında” - Bakı: 1998
99
MƏHƏMMƏD BƏRDƏİ
Məhəmməd ibn Abdulla Bərdəi X əsrin ən böyük alimi olmuşdur.
O, Bərdə şəhərində anadan olmuş və 961-ci ildə Bərdədə vəfat etmişdir.
Məhəmməd ibn Abdulla Bərdəi Azərbaycanın böyük mütəfəkkiri və
hüquqşünası olmuş, Bərdə və Bağdad şəhərlərində yaşamışdır. 961-ci ildə
Bərdəi ilə görüşən ərəb alimi ibn əl-Nadim yazmışdır ki, Bərdəi mötəzilə
fəlsəfi cərəyanın nümayəndəsi, xaricilik hərəkatının üzvü idi. Bərdəi mü-
səlman hüququndan bəhs edən əsərin müəllifidir. Bərdəinin əsərləri hələ-
lik tapılmasa da (mötəzilə və xaricilik tərəfdarları təqib olunduğundan
Bərdəinin əsərləri gizli yazılırdı) onlarda mütərəqqi cəhətlər və demokra-
tik fikirlər olduğu ehtimal olunur.
ŞƏMSƏDDİN BƏRDƏİ
Dövrünün görkəmli alimi olan Şəmsəddin Bərdəi yaradıcılığının
çoxu Əfqanıstanın Herat şəhəri ilə əlaqədardır. Çox güman ki,
Herat şəhə-
rində Şəmsəddin Bərdəinin əsərlərinə rast gəlmək olar.
Bərdə alimləri Yaxın və Orta Şərq ölkələrinə gedir, onların elm
xadimləri ilə əlaqə saxlayır, yazışırdılar.
Bu dövrdə Azərbaycanın digər iri şəhərləri ilə yanaşı, Bərdədə də
mədrəsələr mövcud idi. Bu mədrəsələrdə Şərq dilləri, məntiq, hüquq elm-
ləri tədris edilirdi. Burada əsasən feodal və ruhani uşaqları təhsil alırdı.
FATMA BƏRDƏİ
Abdulla Bərdəi, Gülşən Bərdəi, Şəmsəddin Bərdəi və bir çox baş-
qa alim, şair və din xadimləri kimi Fatma Bərdəi də Bərdədə anadan ol-
muş, Ərdəbildə yaşamışdır. Görkəmli alim Mirzə Məhəmmədəli Tərbiyə-
tin (1875-1940) məlumatına görə F.Bərdəiyə iti qələm sahibi idi.
Məlumatlardan aydın olur ki, həmyerlimiz Fatma Bərdəi dövrünün
ən kamil, şəxsiyyətli qadınlarından biri olmuş, orta əsrlərdə bütün Şərq
aləmində tanınmışdır.
ƏBUSƏİD ƏHMƏD BƏRDƏİ
Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (?-929) hüquqşünas və ila-
hiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrü-
nün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: “O,
100
ziyarətçi kimi Bağdada gəlmiş, sonra isə orada yaşamışdır. Qazi Əbu Ab-
dulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu
Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə
Əbülhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmir Təbəri və başqaları təhsil
alırdılar”. Əbusəid illərlə Bağdadda qalıb dərs dedi. İbn-əl-Nadim (?-
1047) Əbusəid Əhməd Bərdəidən söz açarkən onun kitabları olduğunu
qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir çox əsərlər
yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanı-
na gedib-gəldiyini və ondan çox faydalandığını göstərirlər.
Əbusəid Əhməd Bərdəi mənbələrdə hənəfiliyin və mütəzilliyin
görkəmli nümayəndəsi kimi səciyyələndirilir.
Dostları ilə paylaş: