BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə22/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   18   19   20   21   22   23   24   25   ...   542
60

 

BƏRDƏ  ŞƏHƏR  CÜMƏ  MƏSCİDİ 

 

Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşir. Əsas giriş qapısı-

nın üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib. Ehtimal ki, bu ta-

rix məscidin bərpa edildiyi tarixdir. Məscidin kim tərəfindən tikildiyi ba-

rədə  dəqiq məlumat yoxdur. Bu məscid  əsrin  əvvəllərindən 1990-cı ilə 

qədər gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə olunub. Lakin 

1990-cı ildən sonra məscid yerli sakin Məşədi Ramazanın şəxsi təşəbbüsü 

və yerli camaatın vəsaiti hesabına təmir olunub. 

Düzbucaqlı formada olan məscid binası başdan-başa bişmiş  kər-

piclə işlənib. İbadət zalının sahəsi 14x12 metr, hündürlüyü isə 5 metrdir. 

Məscidin minbəri yeddipilləli olub, taxtadan düzəldilmişdir. Mehrabının 

hündürlüyü isə 2,5 metr tağvari formadadır. Damın örtüyü ağ dəmir təbə-

qədəndir. Məscidin minarələri də bişmiş kərpicdən hörülüb, damdan ucal-

dılmışdır (5 metrdir). Minarələr dəyirmi formada olub, qübbəsi ağ dəmir 

təbəqə ilə işlənib.  

Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. Məscidin qadınlar 

şöbəsi birinci və ikinci mərtəbədədir. İkinci mərtəbənin sahəsi 12x4 metrdir. 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin