149
ƏLİYEV FİKRƏT
HÜSEYN OĞLU
1941-ci il dekabr ayının 2-də Bərdə rayo-
nunun Qayalı kəndində dünyaya göz açıb.
1949-cu ildə Qayalı kənd ibtidai mək-
təbinə daxil olub.
1953-cü ildə həmin məktəbdə ibtidai təh-
silini başa vurduqdan sonra, Mehdixanlı
kənd orta məktəbinin beşinci sinfinə daxil
olub. 1959-cu ildə Mehdixanlı kənd orta mək-
təbini yüksək qiymətlərlə bitirmişdir.
1961-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Univer-
sitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin
fakültəni bitirərək kimyaçı ixtisasına yiyələnmişdir.
İlk əmək fəaliyyətinə Yevlax tütün fermentasiya zavodunda qa-
pançı vəzifəsində başlamışdır (orta məktəbi bitirdikdən sonra). Sonrakı
əmək fəaliyyətini Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri el-
mi-tədqiqat İnstitutunda davam etdirib.
Daha sonra D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (in-
diki ADİU) müəllim vəzifəsinə keçib.
1972-ci ildə istehsalatdan ayrılmamaq şərtilə Azərbaycan EA
Qeyri-üzvi və Fiziki kimya İnstitutunun aspiranturasına daxil olmuş,
1978-ci ildə müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi al-
mışdır.
80-dən çox elmi əsərlərin müəllifidir.
Hal-hazırda Azərbaycan Respublikası İqtisad Universitetinin Kim-
ya kafedrasında dosent vəzifəsində çalışır.
Dostları ilə paylaş: |