BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə73/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   69   70   71   72   73   74   75   76   ...   542
 

 

 


 

150

 

 

 

 

ƏLİYEV  KAMRAN 

HÜSEYN  OĞLU

 

 



1938-ci il may ayının 20-də  Bərdə rayo-

nunun Qayalı  kəndində anadan olmuşdur. 

1948-ci ildə Qayalı ibtidai kənd orta mək-

təbinə daxil olmuş  və 1951-ci ildə  həmin 

məktəbin dördüncü sinfini bitirdikdən sonra 

Yevlax şəhər 2 saylı orta məktəbin 5-ci sinfi- 

nə daxil olmuş, 1958-ci ildə həmin məktəbi 

əla qiymətlərlə bitirmişdir. 

1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İns-

titutunun alman dili şöbəsinə qəbul olmuş, 1965-ci ildə həmin şöbəni mü-

vəffəqiyyətlə bitirmişdir. Pedagoji fəaliyyətinə Yevlax şəhərində başlayan 

Kamran müəllim sonradan (1968-ci ildən etibarən) Bakı şəhərinə köçmüş, 

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunda müəllim 

vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublika Müəllimləri Təkmil-

ləşdirmə  İnstitutunda  əvvəlcə metodist, sonra isə ömrünün axırına kimi 

inspektor vəzifəsində çalışmışdır. 

Lap uşaqlıq illərindən Kamran Əliyevin  şeirə,  ədəbiyyata çox 

böyük həvəsi olmuşdur. Məktəbdə oxuduğu illərdə bir neçə  şeiri Yevlax 

rayonunun “Təşəbbüs” qəzetində  nəşr edilmişdir. Tələbəlik illərində isə 

onun şeirləri “Ulduz” jurnalında, “Azərbaycan müəllimi” və başqa qəzet-

lərdə dərc edilmişdir. Azərbaycan Xalq şairləri Rəsul Rza, Bəxtiyar Va-

habzadə onun yaradıcılığına “uğurlu yol” yazmışlar. 

1998-ci ildə vəfat edib.  

Ölümündən sonra şeir kitabı işıq üzü görmüşdür. 

 

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin