Başa düşülən olmaq: Lider hökmünü məntiq çərçivəsində verməli, öz düşüncələrinin alternatiflərini müqayisə etməli və ondan sonra qərar verməlidir. Düşüncələrini açıq və aydın şəkildə ifadə etməlidir.
İnanmaq: Bir lider, yanındakı adamlarına və onları yönəltdiyi məqsədə inanmaq məcburiyyətindədir. Özünün inanmadığı bir şeyə, yanındakılarıda inandırmaq və səhvlərinə ortaq etmək səhvinə düşməməlidir. Amma inandığı bir şeyində arxasından sonuna qədər bütün təhlükələrə baxmayaraq getməlidir.
Güclü xarakter: Liderlər – stressli və gərgin vəziyyətlərdə mühiti ələ almağı bacaran insandır. Bütünlüklə hadisələrə baxan, tənzimləyici rolunu boynuna götürən, qarşılaşdığı çətinliklərə müdriklik və soyuqqanlılıqla yaxınlaşan kəslərdir.
Çətinliklərdən qorxmamaq: Lider, zamana nəzarət edən, zamana qarşı təsirli qərar alan və çətinlikləri məğlub etməyi sevən adamdır. O, ən çətin görünən problemləri həll etməkdən zövq alan və o, bu inancı insanlara yayan adamdır.
Həvəs: Lider, hər zaman aktiv və enerjili adamdır. O, əksəriyyətlə optimist və dəyişiklik yaradar. Ümumiyyətlə dinamikdir, yerində dayana bilməz, hər zaman üçün yeni bir şeylər yaratmaq üçün yorulmadan qətiyyət göstərər.
Şüurluluq: Hər zaman üçün mükəmməlliyə istiqamətli yüksək standartları və ən yaxşını etməyə istiqamətli yüksək daxili istəyi vardır. Öz içində isə, daima daxili intizamını qorumağa istiqamətli şüurlu davranış və əxlaqi dəyər nümayiş etdirər.
Məsuliyyətlilik: Lider, İctimai olaraq məsuliyyətli bir quruluşdadır. Başqalarının məsuliyyətinin üzərində olduğunun şüuruyla hərəkət edər. Bu xüsusiyyət ona hadisələrə qarşı güc verər.
Fikri güclülük: Yaxşı lider praktikdir, məntiqlidir və hədəfə istiqamətlidir. Emosional hisslərə özünü qapdırıb hərəkətə keçmə meyli aşağıdır, tənqidlərə qarşı dayanıqlıdır. Tənqidi inkişafının parçaları olaraq görər. Özünə inamı olduqca yüksəkdir.
Komanda Şüuru: Komanda şüuru yaradan hər lider güclü lider deyil. Əhəmiyyətli olan komanda şüurunun həmrəylikçi quruluşda olması və komandanın qərarlara təsirli iştirakının təşkil edilməsidir. Güclü lider, öhdəsindəki fərdləri komanda ruhu içində yaradıcı edən liderdir.
Ümumiyyətlə isə , lider ola bilmək üçün insanın özünü, yaxın və uzaq çevrəsini bir birinə tam şəkildə bağlaya biləcək bir hədəfi olmalıdır. Hədəfinizin nə olduğunu bilmirsinizsə, gördüyünüz işin zaman itkisindən və daha başdan müəyyən müvəffəqiyyətsizlikdən kənar mənası olmaz.
“Mən nə qədər uzağa hədəf qoya bilərəm?” “Mən kiməm ki böyük hədəflərim olsun, böyük ideyaların dalınca qaçam, mənə icazə verməzlər, məni bu yolda əngəlləyərlər, mənə kiçicik hədəflər bəs edər “ deyən bir insanın liderlik yolundakı qətiyyəti nə qədər təsirli ola bilər ki?