Nəzarət bacarığı: Lider kontrolu bacarandır. Lider, hər nə qədər hadisələrin içində olsa da hadisələrin axınına özünü salmaz, hər zaman üçün onun bir tərəfi hadisələrin xaricində nəzarətçi rolundadır. Lider həmişə situasiyaya kənardan baxmağı bacarmalı, situasiyanın qurbanına çevrilməməli və situasiyanı özünə tabe etməyi bilməlidir. Hadisələr içində öhdəliyində olanları təqib edər və işin öhdəsindən gəlmək tərzlərini güclü təqib sezgisiylə izlər. Müvəffəqiyyətli nəticənin fərdlərin (komandanın hər bir üzvünün) ortaq zəhmətinin və müvəffəqiyyətinin bəhrəsi olduğunu görüb, hər üzvün doğru yolda və doğru hədəfdə olmasına köməklik göstərər.
İstəkli olmaq: Uzun iş saatları liderlik mövqeyinin gərəyidir. Lider, keçmişin rahatlığını düşünməz, onun üçün əhəmiyyətli olan şey gələcəyin gətirəcəyi müvəffəqiyyət və insanların üzündə görəcəyi bacarmaq sevincidir.
İdarəçilik: İnsanlar təriflənməkdən və təqdir edilməkdən xoşlanarlar. Liderlər –insanları hər kəsin içində tərifləyər, motivasiya verər, görülən hər bir işi qiymətləndirər və əldə olunan hər bir uğura görə təbrik etməkdən çəkinməzlər. Lakin lazım olduğunda da xəbərdarlıqdan etməkdən də qaçmamalıdırlar. Amma xəbərdarlıq işini yerinə yetirərkən qəlb qırıcı olmamalı, hədəfdən yayınmalardakı faktlara vurğu edilməlidir. İnsanlar arasında doğulacaq olan qarşıdurmaları görməməzlikdən gəlməməli, anında müdaxilə etməli, performansa təsir etmədən mütləq həllinə çatmalıdır.
Özünü Yeniləmə: Sürətli dəyişən dünya liderin davamlı olaraq yeni məlumatlara yiyələnməsini və özünü davamlı inkişaf etdirməsini zəruri edər. Lakin bir liderdən hər şeyi bilməsi gözlənilməzdir. Lider, özündən daha məlumatlı şəxslərin məlumatlarını ortaq məqsəd istiqamətində istifadə etməsi üçün insanları təşviq edən adamdır. Güclü liderlik insanların güclü motivasiyası və hədəf istiqamətində bir-birlərini inkişaf etdirmək səviyyəsi ilə də ölçülə bilir.
Zamanını seçmək: Lider, köhnəlmiş düşüncələrə ilişib qalmadan onları bir kənara buraxıb, yeni fikir və məsləhətlərə açıq olmalı, özünü davamlı yeniləməlidir.