kı Heydər Əliyev adına
mədəniyyət və istirahət
parkında 6 aprel –Dünya
Fiziki Aktivlik Günü ilə
bağlı “Sağlamlığını qoru”
mədəni-kütləvi aksiya ke-
çirilib.
Azərbaycan da daxil olmaqla,
dünyanın bir sıra ölkələrində
insanlar daha çox oturaq həyat
tərzi keçirir ki, bu da nəticədə
qeyri-infeksion xəstəliklərin in-
kişafına və ümumilikdə dünya
əhalisinin sağlamlığına təsir
edir.
Gənclər və İdman Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan Res-
publikası Prezidentinin 2011-
ci il 7 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Pla-
nına uyğun olaraq Gənclər və
İdman Nazirliyinin,
Binəqədi
Rayon
İcra Hakimiyyətinin,
Səhiyyə
Nazir-
liyinin
İctimai
Səhiyyə və İsla-
hatlar Mərkəzinin,
Binəqədi
Rayon
Gənclər və İdman
İdarəsinin və “İnkişaf naminə
idman” İctimai Birliyinin birgə
təşkilatçılığı
ilə
keçiriləcək
mədəni-kütləvi
aksiyanın
məqsədi məhz əhali, xüsusilə
də məktəblilər arasında fiziki
aktivliyi və sağlam həyat tərzini
təbliğ etməkdir.
Fləşmobla başlayacaq tədbirin
rəsmi açılışından sonra estafet
(kisələrlə tarazlıq, vitamin, fut-
bol, xokkey, tennis və basketbol)
və ailəvi (ata, ana və uşaq) ya-
rışlar keçirilib.
Eləcə də fiziki aktivliklə bağlı
bir sıra müsabiqələr keçirilib.
Müsabiqələrdə orta məktəb
şagirdləri ilə bərabər, sağlamlıq
imkanları məhdud olan uşaqlar,
gənc ailələr də iştirak edib.
Bədii
musiqili
hissədə
müğənnilərin,
akrobatların
nümunəvi çıxışları və s. təşkil
olunub.
Sonda iştirak edən bütün
məktəb şagirdləri sertifikat və
medallarla təltif olunub.
Birinci, ikinci və üçüncü yerləri
tutan məktəblər isə diplom, ku-
bok və digər hədiyyələrlə müka-
fatlandırıldı.
Festival çərçivəsində, həmçinin
əhalinin fiziki aktivliklə bağlı
maarifləndirilməsi
məqsədilə
təşkilatçılar tərəfindən hazır-
lanmış və çap edilmiş stolüstü
təqvim, dəftərçə paylanıldı.
Dostları ilə paylaş: |