Tibb Universitetində Rentgenologiya-
Radiologiya təlimi keçirildi
“Beş günlük rezident ol” layihəsinin
qaliblərinə sertifikatlar təqdim olundu
Amerikalı
alim ATU-
da mühazirə
oxudu
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dina-
mik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin
yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirdi. Ölkə
iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin
həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən
çox artığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz
yüksəldiyini vurğuladı, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil
etdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir
və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi
müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon
insanın bu müayinədən keçdiyini deyən dövlətimizin başçısı üçüncü regional, o cümlədən
Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əhəmiyyətindən
danışdı. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması
ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanda investisiya
mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini
bildirdi. Dövlətimizin başçısı dedi ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili
məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz
mövqelərini daha da möhkəmləndirmişdir. “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır
və beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən dövlətimizin başçısı bütün bunların
ölkəmizə böyük rəğbət yaratdığını qeyd etdi. İlin əvvəlindən etibarən xaricə səfərlərində,
iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi
olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli
keçdiyini vurğuladı...
Ãÿçåò
1933 - úö èëäÿí ÷ûõûð.
№ 07 (1582) 15 aprel 2014 - úц èë Ãèéìÿòè 40 ãÿïèê