Beş günlük rezident ol


ATU-da xarici qonaqlarla görüş olub



Yüklə 10,77 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix30.12.2021
ölçüsü10,77 Mb.
#1916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   31
ATU-da xarici qonaqlarla görüş olub

Saatlı rayonunun sakinləri pulsuz 

müayinə və müalicə olunacaqlar

 Aprelin  9-da  ATU-da  yeni 

yaradılmış Kurikulum komissiyasının ilk 

toplantısı keçirilmişdir. 

Toplantını giriş sözu ilə universitetin tədris 

işləri üzrə prorektoru, ə.e.x., professor Sabir 

Əliyev açaraq inteqrasiyalı proqram əsasında 

aparılan tibb təhsili, onun üstünlükləri barədə 

danışmış,  eləcə də müasir tibb təhsilində

dünyanın əksər tibb universitetlərində bu tipli 

tədris proqramlarının tətbiqini qeyd etmişdir. 

Bunu nəzərə alaraq ATU-nun Mərkəzi Metodik 

Komissiyasında inteqrasiyalı təhsil proqramı 

hazırlamağın zəruriliyi haqqında qərar qəbul 

edilmiş və buna müvafiq olaraq universitetin 

rektoru, akademik Əhliman Əmiraslanovun 

müvafiq əmri əsasında tərkibi 59 nəfərdən 

ibarət Kurikulum komissiyası yaradılmışdır. 

Komissiyanın tərkibinə müvafiq fənlərin ən 

bacırıqlı müəllimləri daxil  edilmişdir.

Sonra Komissiyanın baş koordinatoru, 

Tədris metodik və innovasiya şöbəsinin mü-

diri  professor Akif Qurbanov çıxış edərək, 

İnteqrasiyalı təhsil proqramı haqqında ge-

niş məlumat vermişdir. O qeyd etmişdir ki, 

inteqrasiyalı təhsil tibb elmini ayrı-ayrı  fənlər 

şəklində deyil, onların məqsədyönlü və ardıcıl 

birləşdirilməsi nəticəsində hazırlanmış bir 

proqram əsasında aparılmasını nəzərdə tutur. 

Belə bir proqram tələbələrin aldıqları biliklərin 

onların mövcud bilik çərçivəsinə asanlıqla 

yerləşməsini, güclənməsini və  digər biliklərlə 

inteqrasiyasını təmin edir. Belə ki, kiçik 

və təcrid olunmuş hissələr (fənlər) şəklində 

olduqda əvvəlki hissələr sonrakılarla əlaqələnə 

bilmir.

Toplantının sonunda Komissiya üzvləri 

ilə nəzərdə tutulan proqramın hazırlanması 

prinsipləri haqqında müzakirələr aparılmışdır.




Yüklə 10,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin