Beş günlük rezident ol



Yüklə 10,77 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix30.12.2021
ölçüsü10,77 Mb.
#1916
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   31
Qaranlıq fobiyası

Bağlı,  qaranlıq  və  sıxlıq  olan  yerlərdə  duyulan 

qorxudur.  Bu  vəziyyətlərdə  tipik  nümunələr  ara-

sında lift, bağlı tavanlı otaqlar və dəhlizlər, qapıla-

rı  bağlı  və  sıxlıq  olan  avtobuslar,  yeraltı  keçidlər, 

metro  sayıla  bilər.  Əsas  qorxuları  bu  yerlərdə  sı-

xılıb qalmaq, çıxa bilməmək, nəfəs ala bilməmək, 

boğulmaqdır. Belə insanlar kinoya və teatra gedə 

bilməz,  getsələr  də  qıraq  kreslolarda  oturar.  Bo-

ğazlı geyimlərdə narahat ola bilərlər.



Nələrdən qorxuruq?

Obyektiv  fobiya:  həşərat,  kəpənək,  it,  iti  uclu 

əşya və s.

Vəziyyət fobiyası: Bağlı yer, açıq yer, lift, yüksək 

yer, qaranlıq və s.

Funksiya fobiyası: Yerini islatma, qaz çıxarma, 

tərləmə və s.

Bu  vəziyyətləri  yaşayan  bir  çox  insan  həkimə 

müraciət  etmir.  Bunun  da  ən  əhəmiyyətli  səbəbi 

fobiyaların xəstəlik deyil, xasiyyət, ya da şəxsiyyət 

xüsusiyyəti  olduğunu  düşünüməsidir.  Fobiyanın 

müalicə edilə bilmədiyinin düşünülməsi də bir baş-

qa əhəmiyyətli faktordur. Halbuki, spesifik fobiya-

ların müalicəsi mümkündür, üstəlik, müvəffəqiyyət 

nisbətləri  yüksəkdir.  Bu  qorxuların  müalicəsində 

dərmanların rolu azdır.

Fobiyalarımıza  özümüz  də  qalib  gələ  bilərik, 

sadəcə istəmək kifayətdir.



qadın.net

“Nevrologiya: praktiki məşğələlər” dərsliyi ən yeni elmi 

nailiyyətlər əsasında, nevrologiya elmi tarixinin təcrübəsi 

və digər müasir elm sahələrində aparılan araşdırmaların 

nəticələri nəzərə alınmaqla yazılmışdır.

Nevrologiya  -  sinir  sisteminin  normal  və  patoloji 

vəziyyətləri  barədə  elmdir.  Klinik  nevrologiya  isə  tibbin 

sinir  sistemi  xəstəliklərinin  klinik  təzahürünü,  epidemio-

logiyasını  və  patogenezini  öyrənən,  xəstəliklərin  diaqno-

zu,  müalicəsi  və  profilaktikası  üçün  metodlar  hazırlayan 

sahəsidir.

Nevrologiya  -  ən  vacib  tibb  sahələrindən  biridir.  Sinir 

sisteminin patologiyası orqanizmdə bir sıra funksional po-

zuntulara səbəb olur ki, bu da əksər hallarda xəstəliklərin 

yaranmasına gətirib çıxarır. Hal-hazırda klinik nevrologiya 

sahəsində elmi araşdırma üsullarının differensasiyası və 

inteqrasiyası prosesləri gedir ki, bu da yeni tədqiqat me-

todlarının yaranması ilə bağlıdır.

Kliniki  nevrologiyanın  əsaslarının  öyrənilməsi  ümumi 

profilli  həkimlər  üçün  də  vacibdir.  Bu  təkcə  bir  sıra  hal-

larda, xüsusilə təxirəsalınmaz vəziyyətlərdə sinir sistemi, 

onun normal və patoloji vəziyyətlərdə yerinə yetirdiyi funk-

siyanın  rolu  ilə  deyil,  həm  də  sinir  sistemi  xəstəliklərinin 

tibbi-sosial  xarakteri  ilə  müəyyən  olunur.  Əvvəllər  yalnız 

diaqnoz qoyula biləcək sinir xəstəlikləri artıq son onillikdə 

ən çox öyrənilmiş xəstəliklər sırasına daxil olmuşdur.  İn-

san beyni kimyəvi, anatomik, fizioloji, inkişaf nəzəriyyəsi 

və psixoloji yanaşma metodlarından istifadə edilməklə ən 

müxtəlif səviyyələrdə öyrənilir.

Ali tibb məktəblərində sinir sistemi xəstəlikləri kursunun 

tədrisi  zamanı  qarşıya  qoyulan  məqsədlər  tələbələrə  si-

nir sistemi xəstəliklərinə düçar olmuş xəstənin müayinəsi, 

bu zaman nevroloji əlamətlərin müəyyənləşdirilməsi, pa-

toloji prosesin xarakteri və lokalizasiyasının müəy yənləş-

dirilməsi,  köməkçi  tədqiqat  metodlarının  nəticələrinin 

düz gün  şərh  edilməsi,  ən  geniş  yayılmış  sinir  siste-

mi  xəstəliklərinin  diaqnozunun  qoyulması  və  onların 

müalicə və profilaktikası metodlarının əsaslarının mə nim-

sənilməsindən ibarətdir.

Dərslik Azərbaycanın və Rusiyanın tanınmış nevroloqu 

professor Zəhra Məmməd qızı Salayevanın xatirəsinə it-

haf edilmişdir.




Yüklə 10,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin