yüksəklik qorxusu
İkinci ən məşhur spesifik fobiya növüdür. İnsan
yüksək binalara çıxa bilməz, yüksəkdən baxa
bilməz, hətta otaqda pəncərəyə yaxın otura bilməz.
Bir çox insan üçün keflə oturub istirahət edəcəyi
eyvanlar belə insanlar üçün əziyyətdir.
Qan və yaralanma fobiyası
Xalq arasında “qan tutması“ olaraq da adlanan
vəziyyətdir. Qan görəndə narahatlıq hissi çox in-
sanda rast gəlinən bir xüsusiyyətdir. Bu zaman hu-
şun itməsi baş verə bilər. Belə fobiklər həyat qurta-
rıcı müdaxilələrdən belə qaçarlar. Bir çox insan bu
qorxuya görə xəstəxanaya getməz, xəstə insanlara
baxa bilməz, tibbi mövzularla əlaqədar televiziya
proqramlarını seyr etməz. Bu cür insanlar həkimlik
və tibb bacısı peşəsini seçməzlər.
Udma fobiyası
Bu xəstələrin tək qorxusu bir şey udarkən boğul-
maqdır. Yemək yeyərkən, su içərkən boğazlarında
nəsə qalar və boğular deyə qorxurlar. Yemək və
içməkdən qorxduqları şeylərin siyahısı ola bilər.
Çox vaxt ləpələrdən, fındıq, qoz və s. kiçik dənəli
şeylərdən uzaq durarlar. Yemək-içməkdən qaçma-
ğın nəticəsində çox arıqlayarlar.
Dostları ilə paylaş: |