Я.Щаъыйев,
факцлтя цзря ТЕЪ-ин елми рящбяри
u
Aprelin 7-də tibbi biologiya kafedrasında I müalicə-
profilaktika fakültəsinin nəzəri təbabət bölməsi üzrə Tələbə
elmi Cəmiyyətinin konfransı keçirilib.
Konfransı fakültənin dekanı, professor Abuzər Qazıyev açaraq
bildirib ki, uzun illərdir Azərbaycan Tibb Universitetində Tələbə
Elmi Cəmiyyətinin konfranslarını keçirməkdə əsas məqsəd
gələcəkdə həkim olmaqla yanaşı, həm də elmi tədqiqatlara
həvəs göstərən bacarıqlı gənc tələbələrə şərait yara
tmaqdır. Bu konfranslar ilk növbədə tələbələrin elmi tədqiqatla
məşğul olmaq səriştəsini üzə çıxarır.
Formalaşmış alim potensialının böyük əksəriyyətinin tələbə
vaxtı ilk addımlarını TEC-də atdığını söyləyən dekan qeyd edib
ki, bu günkü konfransda da yer tutan tələbələrin tərcümeyi-
halına bir cümlə əlavə olunacaq: “Tələbə vaxtı TEC-in işində
fəal iştirakına və maraqlı çıxışına görə diplomlar alıb”.
Dekan münsiflər heyətini tədbir iştirakçılarına təqdim edib və
konfransın işinə uğurlar arzulayıb.
Bundan sonra söz tədqiqatçı tələbələrə verilib. Ümumilikdə 7
məruzə dinlənilib.
İctimai fənlər kafedrası üzrə I müalicə-profilaktika fakültəsinin
I kurs, 104
a
qrup tələbəsi Fariz Cəfərov, II kurs, 110
a
qrup
tələbəsi Səxavət Yusifli, II kurs, 120
a
qrup tələbəsi Leylan
Məmmədova, tibbi biologiya və genetika kafedrası üzrə I
müalicə-profilaktika fakültəsinin I kurs, 75
b
qrup tələbəsi Vasim
Qurbanzadə və II müalicə-pofilaktika fakültəsinin I kurs, 273
a
qrup tələbəsi Məhərrəm Alimli diploma layiq görülüblər. İctimai
fənlər kafedrası üzrə I müalicə-profilaktika fakültəsinin I kurs,
77
b
qrup tələbəsi Ümid Rüstəmli, I kurs, 80
a
qrup tələbəsi Mehdi
Həsənzadə və I kurs, 78a qrup tələbəsi Leyla Vəliyevaya isə
sertifikatlar təqdim olunub
.
Dostları ilə paylaş: |