15 aprel 2014-ъц ил
http://www.amu.edu.az
3
T
ürkiyə Respublikası
Baş nazirinin Türk
Əməkdaşlıq və
Koordinasiya Agentliyi
(TİKA), Bakı Proqram
Koordinatorluğu, yerüzü
Doktorları təşkilatı
və Azərbaycan Tibb
Universitetinin birgə
əməkdaşlığı ilə təşkil
olunmuş “Rentgenologiya-
Radiologiya üzrə
mövzusunda təlimin açılış
mərasimi keçirildi.
Toplantıda giriş nitqi söyləyən
ATU-nun rektoru, millət vəkili, aka-
demik Əhliman Əmiraslanov təlimdə
seçilən mövzunun aktuallılığını xüsusi
qeyd edərək, bunun praktiki cəhətdən
əhəmiyyətli məsələ olduğunu vur-
ğuladı. Bir qədər əvvəl Kanadada
olduğunu xatırladan rektor orada bir
sıra görüşlər keçirdiyini və gələcəkdə
Kanada universiteti ilə əməkdaşlıq
etmək üçün fikir mübadiləsi aparıldı-
ğını iştirakçıların diqqətinə çatdırdı.
Qonaqları yeni istifadəyə verilmiş
klinika barədə məlumatlandıran uni-
versitetin rəhbəri burada yaradılan
şəraitlə də onları yaxından tanış etdi.
Belə tədbirlərin mütəxəssislərimiz üçün
böyük əhəmiyyət daşıdığını söyləyən
akademik Ə.Əmiraslanov bildirdi ki,
bu təlimlərin təkcə mərkəzdə deyil, o,
cümlədən regionlarda da keçirilməsi
nəzərdə tutulub. Gəncə və Şəmkir
bölgəsində aprelin 3-dən 10-a qədər
eyni mövzuda işini davam etdirəcək.
Mərasimdə iştirak edən millət vəkili
Məlahət Həsənova rentgenologiya və
radiologiya üzrə təlimlər keçirilməsinin
ölkəmizdə bu sahə üzrə peşəkar
həkimlərin yetişməsinə öz müsbət
təsirini göstərəcəyini bildirdi. O, son
3 ildə türkiyəli həkimlərin qayğısı
sayəsində şəmkirli mütəxəssislərin
təcrübələrini artırmaq məqsədilə
Türkiyə universitetlərində olduqla-
rını dilə gətirdi. Millət vəkili bu
təlimlərin davamlı olaraq gələcəkdə
də keçirilməsi üçün bir sıra əməli
tədbirlərin planlaşdırıldığını da
diqqətə çatdırdı və təlim iştirakçılarına
bu xeyirxah işdə uğurlar dilədi.
Konfransdan sonra xarici
mütəxəssislərlə universitetimizin
radiologiya sahəsində çalışan həkimləri
arasında dəyirmi masa keçirildi. Onlar
dünyada Rentgenologiya- Radiologiya
sahəsindəki son yeniliklər haqqında
işgüzar müzakirələr apardılar.
Konfransda Türkiyə Respublika-
sı Baş nazirlik Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyinin (TİKA)
Bakı Proqram Koordinasiya Ofisinin
Koordinatoru Mustafa Haşim Polat,
TİKA Bakı Proqram Koordinasiya
Ofisinin Koordinatorunun müavini
İsmail Gürlek, Kanadanın Dalhousie
Universitenin əməkdaşı, doktor Müni-
re Gündoğan, Toronto Universitetinin
Tibbi Vizualizasiya Departamentinin
əməkdaşı, St. Mişel Hospitalının radio-
loqu doktor Errol Colak, ATU-nun elmi
işlər üzrə prorektoru, professor İbrahim
İsayev, ATU-nun beynəlxalq əlaqələr
şöbəsinin rəhbəri, dosent Rəhimə Qa-
bulova, Tədris Terapevtik Klinikasının
direktoru, professor Surxay Musayev
və universitetin radiologiya sahəsində
çalışan əməkdaşları iştirak ediblər
.
Dostları ilə paylaş: