15 aprel 2014-ъц ил
http://www.amu.edu.az
5
Fotolar Cənnətalı Çingizindir
u
Martın 31-də əczaçılıq fakültəsinin Tələbə
elmi Cəmiyyətinin 82-ci konfransı keçirilmişdir.
Konfransın işinə başlanmazdan əvvəl fakültə dekanı,
professor Tahir Süleymanov 31 mart tarixinin Dünya
Azərbaycanlılarının soyqırım günü olduğunu qeyd etdi
və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla
yad edildi. Konfransın işində fakültənin professor-
müəllim heyəti və tələbələr iştirak etdilər.
Konfransa 21 tələbə 17 məruzə ilə qatılmışdı. Qiy-
mət ləndirmə münsiflər heyəti tərəfindən obyektiv
keçirildi. Hər bir tələbə diqqətlə dinlənildi və tələbələrə
mövzu ətrafında suallar verildi. Məmmədzadə Aysel
İlham qızı və Ələkbərova Aysel Aydın qızı (ƏTTİ
kafedrası, elmi rəhbər dosent S.Mehralıyeva) I
yerə, Hacıyeva Sərvinaz Faiq qızı və Parfyonova
Yana Vyaçeslavovna (farmakoqnoziya və botanika
kafedrası, elmi rəhbərlər professor Y.Kərimov,
professor Ü.Həsənova) II yerə, Novruzov Tural
Sürəddin oğlu və İsmayılova Gülnar Azad qızı (ƏTTİ
kafedrası, elmi rəhbər baş müəllim S.Tağıyev) III
yerə layiq görüldülər. Bu il əczaçılıq fakültəsinin
konfransını “Herba Flora” şirkəti dəstəkləyib
spon sorluq etdi. Qaliblər elmi rəhbərləri ilə birgə pul
mükafatı və hədiyyələrlə mükafatlandırıldılar.
10 elmi iş 2-ci tura vəsiqə qazandı. Bunlar
aşağıdakı tələbələrin elmi işləridir: Məmmədzadə
Aysel İlham qızı və Ələkbərova Aysel Aydın qızı,
Hacıyeva Sərvinaz Faiq qızı və Parfyonova Yana
Vyaçeslavovna, Novruzov Tural Sürəddin oğlu və
İsmayılova Gülnar Azad qızı, Fərzullayev Səid Yaşar
oğlu, Abdullayeva Nilufer Qəribağa qızı, Qədimli
Aydan İsrafil qızı, Fərəcova Jalə Aftandil qızı, Əzizli
Xumar Tərlan qızı, Janah Panah Shahzad Akbar və
Hacıyeva Nuranə Əfqan qızı.
Ümumilikdə konfransın işi əczaçılıq fakültəsinin
müəllim və tələbə heyəti tərəfindən yüksək
qiymətləndirildi.
A.İSMAyILOVA
Konfrans 2 bölmədən-kliniki və xarici dillər
bölməsindən ibarət olub, müvafiq olaraq ATU-nun
Stomatoloji Klinikasında və xarici dillər kafedrasın-
da keçirilib.
Fakültənin dekanı, professor Zöhrab Qaraye-
vin sədrliyi ilə açılan kliniki bölmədə 11 məruzə
dinlənilib. Məruzələrin hamısı kliniki xüsusiyyətlərə
malik olub, stomatologiyanın müxtəlif sahələrinin
aktual problemlərinə həsr edilib.
Konfransda terapevtik stomatologiya üzrə 3, ağız
və üz-çənə cərrahiyyəsi üzrə 3, uşaq stomatolo-
giyası üzrə 3 və ortopedik stomatologiya üzrə 2
məruzə dinlənilib.
Məruzəçi tələbələr kliniki materiallarını, gördükləri
işləri əyani surətdə kompyuter görüntüləri ilə nüma-
yiş etdiriblər.
Münsiflər heyətinin rəyinə görə Günel Abbasova,
Bayram Süleymanlı, Məmməd Əmin Məmmədli və
Nərgiz Piriyeva məzmunlu çıxışları ilə ilk yerləri tu-
tublar.
Konfransa yekun vuran fakültənin dekanı, pro-
fessor Zöhrab Qarayev edilən çıxışlara münasibət
bildirərək məruzəçilərin və elmi rəhbərlərin işlərini
müsbət qiymətləndirib. Konfransda fərqlənən
məruzəçilər diplom və sertifikatlarla təltif olunublar.
Kliniki bölmədə fərqlənən tələbələrin məruzələri
gənc həkimlərin və tələbələrin I Beynəlxalq Tibb
Konqresinə təqdim olunub.
Dostları ilə paylaş: