Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə104/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

15. Qeyri-maddi aktivlərinuçotu

15.1.

Qeyri-maddi aktivlərin kapital qoyuluşu nəticəsində əldə edilməsi üzrə;

241

243

15.2.

Qeyri-maddi aktivlərin malsatan və sair kreditorlardan əldə edilməsi üzrə;

241

301, 309

15.3.

Qeyri-maddi aktivlərin əvəzsiz olaraq əldə edilməsi üzrə;

241

631-3

15.4.


Satış məqsədi ilə saxlanılan qeyri-maddi aktivlərin “Satış məqsədi ilə saxlanılan digər aktivlər” hesabına keçirilməsi üzrə;

125

241

15.5.


Eyni zamanda satış məqsədi ilə saxlanılan qeyri-maddi aktivlərin istifadə müddəti ərzində yığılmış amortizasiya məbləği qədər azaldılması üzrə;

242

125


15.6.

Satılmış qeyri-maddi aktivlərin dəyərinin xərcə aid edilməsi üzrə;

741, 742, 743

125

15.7.

Əvəzsiz verilmiş qeyri-maddi aktivlərin dəyərinin xərcə aid edilməsi üzrə;

741, 742, 743

125

15.8.

Tam aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş qeyri-

242

241




maddi aktivlərin silinməsi üzrə;






15.9.


Aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş qeyri- maddi aktivlərin dəyərinin xərcə silinməsi üzrə;

741, 742, 743


241


15.10.


Eyni zamanda aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş qeyri-maddi aktivlərin istifadə müddəti ərzində yığılmış amortizasiya məbləğinin silinməsi üzrə;

242


741, 742, 743



1511.


Aşılanmış və ya istifadəsi mümkün olmadığından yararsız hala düşmüş qeyri- maddi aktivlərin silinməsi

nəticəsində kapital ehtiyatlarının azaldılması üzrə;



535


801

15.12.


Hesabat dövrünün sonunda (dekabr ayının sonuncu iş günü) qeyri-maddi aktivlərə görə amortizasiya məbləğlərinin hesablanması üzrə;

122-5

242


15.13.

Podrat üsulu ilə qeyri-maddi aktivlərin əldə edilməsi üzrə;

243

301, 309

15.14.

Təsərrüfat üsulu ilə qeyri-maddi aktivlərin əldə edilməsi üzrə;

243

301, 307, 308, 309,

335

15.15.


Podrat və ya təsərrüfat üsulu ilə hazırlanmış qeyri-maddi aktivlərin sifarişçi tərəfindən uçotda (balansda) əks etdirilməsi üzrə.

241

243


16. Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin uçotu

16.1.


Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin malsatan və sair kreditorlardan əldə edilməsi üzrə;

251

301, 309

16.2.


Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin əvəzsiz olaraq əldə edilməsi üzrə;

251

631-3


16.3.

Satış məqsədi ilə saxlanılan sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin “Satış məqsədi ilə saxlanılan digər

125

251




aktivlər” hesabına keçirilməsi üzrə;






16.4


Satılmış sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin dəyərinin xərcə aid edilməsi üzrə;

741, 742, 743


125

16.5


Əvəzsiz verilmiş sair uzunmüddətli qeyri- maliyyə aktivlərinin dəyərinin xərcə aid edilməsi üzrə;

741, 742, 743


125

16.6


İstifadəsi mümkün olmadığından yararsız hala düşmüş sair uzunmüddətli qeyri- maliyyə aktivlərinin dəyərinin xərcə silinməsi üzrə;

741, 742, 743


251

16.7.


İstifadəsi mümkün olmadığından yararsız hala düşmüş sair uzunmüddətli qeyri- maliyyə aktivlərinin silinməsi nəticəsində kapital ehtiyatlarının azaldılması üzrə.

535

801


17. Qısamüddətli kreditor borclarının uçotu

17.1.


Qısamüddətli və uzunmüddətli aktivlərin alınması üzrə;

121, 126, 231, 233,

234, 236, 238, 241,

251

301, 302, 305, 309



17.2.

Qısamüddətli kreditor borclarının birbaşa məsrəfə hesablanması üzrə;

122, 123

301. 302. 304, 305,

306, 307, 308, 309


17.3.


Qısamüddətli kreditor borclarının əmək haqqından tutulmalar şəklində hesablanması üzrə;

307


308 №-li hesabın müvafiq subhesabları

17.4.


Qısamüddətli kreditor borclarının ödənilməsi üzrə.

301, 302, 304, 305,

306, 307, 308, 309



101, 103, 104 №-li

hesabların müvafiq subhesabları



18. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu:

18.1.


Daxil olmuş pul vəsaitlərinə görə qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin baş verməsi üzrə;

103

311, 312, 314, 317

18.2.


Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərə görə faiz xərclərinin hesablanması üzrə;

122

311, 312, 314, 317


18.3.

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin ödənilməsi üzrə.

311, 312, 314, 317

103 №-li hesabın müvafiq










subhesabları

19. Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu:

19.1.

Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin məsrəflərə hesablanması üzrə;

122

321, 323, 324

19.2.


Qısamüddətli qiymətləndirilmiş öhdəliklərin ödənilməsi üzrə.

321, 323, 324



103 №-li hesabın müvafiq subhesabları

20. Sair qısamüddətli öhdəliklərin uçotu

20.1.

Sair qısamüddətli öhdəliklərin məsrəflərə hesablanması üzrə;

122

331, 335

20.2.


Sair qısamüddətli öhdəliklərin ödənilməsi üzrə;

331, 335


103 №-li hesabın müvafiq subhesabları

20.3.


Daxil olmuş pul vəsaitlərinə görə yaranmış sair qısamüddətli öhdəliklər üzrə;

103 №-li hesabın müvafiq subhesabları

332, 333

20.4.


Cari hesabat dövründə büdcə təşkilatlarına verilmiş məqsədli maliyyələşmələr üzrə məbləğlərin gəlir kimi tanınması üzrə.

334

621, 622


21. Uzunmüddətli kreditor borclarının uçotu

21.1.


Qısamüddətli və uzunmüddətli aktivlərin hesabat dövründən artıq müddətə (adətən 12 aydan artıq müddətə) alınması üzrə;

121, 122, 123, 126,

231, 233, 234, 236,

238, 241, 251

401, 402, 403, 405



21.2.

Faizlər üzrə uzunmüddətli kreditor borclarının faiz xərclərinin silinməsi üzrə;

721-2

404

21.3.


Uzunmüddətli kreditor borclarının ödənilməsi üzrə.

401, 402, 403, 404,

405


103 №-li hesabın müvafiq subhesabları

22. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu:

22.1.


Daxil olmuş pul vəsaitlərinə görə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin baş verməsi üzrə;

103


411, 412, 414, 416,

418

22.2.


Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərə görə faiz xərclərinin hesablanması üzrə;

721-2


411, 412, 414, 416,

418

22.3.


Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin ödənilməsi üzrə;

411, 412, 414, 416,

418


103 №-li hesabın müvafiq subhesabları

23. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu

23.1.

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin məsrəflərə hesablanması üzrə;

122

422, 424

23.2.


Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin ödənilməsi üzrə;

422, 424


103 №-li hesabın müvafiq subhesabları

24. Nizamnamə (nominal) kapitalının uçotu:

24.1.

Nizamnamə (nominal) kapitalının ümumi dəyəri üzrə;

111-10

501

24.2.

Təsisçi-təşkilat tərəfindən nizamnamə (nominal) kapitalının ödənilməsi üzrə;

103-7

111-10

24.3.

Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi üzrə.

502

111-10

25. Geri alınmış kapitalın uçotu

25.1.

Təşkilata məxsus olan kapitalın (səhmlərin) verilməsi üzrə;

521

105

25.2.

Verilmiş kapitala (səhmlərə) görə gəlirin tanınması üzrə;

111-10

633-3

25.3.

Verilmiş kapitalın (səhmlərin) nominal dəyərinin gəlirdən çıxılması üzrə;

633-3

521

25.4.

Verilmiş kapitala (səhmlərə) görə alınmış pul vəsaitlərinin ödənilməsi üzrə;

103-7

111-10

25.6.

Təşkilata məxsus olan kapitalın (səhmlərin) geri qaytarılması üzrə;

105

521

25.7.

Təşkilata məxsus olan geri qaytarılmış kapitalın (səhmlərin) ödənilməsi üzrə.

521

103-7

26. Kapital ehtiyatlarının uçotu

26.1.


Yenidənqiymətləndirmə nəticəsində yaranmış və aktivin ilkin dəyərindən artıq olan məbləğlər üzrə;

231, 234, 236, 241,

251

631-2

26.2.


Eyni zamanda, yenidənqiymətləndirmə nəticəsində aktivin ilkin dəyərindən artıq olan məbləğlərin kapital ehtiyatlarına aid edilməsi üzrə;

631-2

531-1, 531-2, 531-3


26.3.

Yenidənqiymətləndirilmiş aktiv üzrə yaranmış qiymətdəndüşmə zərəri üzrə;

631-2

231, 234, 236, 241,

251

26.4.


Yenidənqiymətləndirilmiş aktiv üzrə yaranmış qiymətdəndüşmə zərərinin kapitalın azalmasına aid edilməsi üzrə;

531-1, 531-2, 531-3


631-2

26.5.


Yenidənqiymətləndirilmiş aktiv üzrə yaranmış qiymətdəndüşmə zərərinin xərcə aid edilməsi üzrə;

701, 702, 703, 731,

732, 733, 741, 742,

743

631-2


26.6.

Qanunvericiliyə əsasən yaradılmış ehtiyat fondları üzrə;

801

533

26.7.

Qanunvericiliyə əsasən yaradılmış ehtiyat fondlarının istifadəsi üzrə;

533

Müvafiq hesabların subhesabları

26.8.

Digər ehtiyat fondlarının yaradılması üzrə;

801

535

26.9.

Yaradılmış digər ehtiyat fondlarının istifadəsi üzrə;

535

Müvafiq hesabların subhesabları

27. Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin uçotu

27.1.

Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin yaradılması üzrə;

801

541

27.2

Bölüşdürülməmiş mənfəətin və ya ödənilməmiş zərərin istifadəsi üzrə;

541

Müvafiq hesabların subhesabları

27.3.


Uçot siyasətinə dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı yaranmış mənfəət üzrə;

542

541

27.4.


Uçot siyasətinə dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı yaranmış zərər üzrə;

541

542

27.5.


Hesabat dövrünün ilin sonunda (31 dekabr daxil olmaqla) istifadə edilməmiş xalis mənfəət qalığı üzrə;

541

543


27.6.

Keçmiş illərə görə bölüşdürülməmiş mənfəətin istifadəsi üzrə;

543

Müvafiq hesabların subhesabları

28. Birja əməliyyatlarından gəlirlərin uçotu

28.1.


Birja əməliyyatlarına görə tanınmış gəlirlərdən xərclərin çıxılması üzrə;

611 №-li hesabın müvafiq subhesabları

701, 702, 703, 721,

722, 725

28.2.


Birja əməliyyatlarına görə tanınmış gəlirlərdən əldə olunmuş mənfəət üzrə;

611 №-li hesabın müvafiq subhesabları

801

28.3.


Birja əməliyyatlarına görə tanınmış gəlirlərdən əldə olunmuş zərər üzrə;

801


611 №-li hesabın müvafiq subhesabları

28.4.


Satılmış malların qaytarılmasına görə əməliyyatlar üzrə;

612


111 №-li hesabın müvafiq subhesabları

28.5.

Satılmış malların qaytarılmasına görə malların mədaxili üzrə;

124

701

28.6.

Satılmış malların qaytarılmasına görə mənfəətin azaldılması üzrə;

801

612

28.8.


Alıcılar və sifarişçilərə tətbiq edilmiş güzəştlər üzrə;

613


111 №-li hesabın müvafiq subhesabları

28.8.


Alıcılar və sifarişçilərə tətbiq edilmiş güzəşt məbləğlərinin zərərə aid edilməsi üzrə;

801

613


29. Qeyri-birja əməliyyatlarından gəlirlərin uçotu

29.1.

Qeyri-birja əməliyyatlarına görə tanınmış gəlirlərdən xərclərin çıxılması üzrə;

621, 622, 623, 624,

625


731, 732, 733, 721,

722, 725


29.2.

Qeyri-birja əməliyyatlarına görə tanınmış gəlirlərdən əldə olunmuş mənfəət üzrə;

621, 622, 623, 624,

625


801

29.3.

Qeyri-birja əməliyyatlarına görə tanınmış gəlirlərdən əldə olunmuş zərər üzrə.

801

621, 622, 623, 624,

625


30. Digər gəlirlərin uçotu

30.1.


Digər əməliyyatlara görə tanınmış gəlirlərdən xərclərin çıxılması üzrə;

631 №-li hesabın müvafiq subhesabları

741, 742, 743, 721,

722, 725


30.2.

Digər əməliyyatlara görə tanınmış

631 №-li hesabın

801




gəlirlərdən əldə olunmuş mənfəət üzrə;

müvafiq subhesabları



30.3.


Digər əməliyyatlara görə tanınmış gəlirlərdən əldə olunmuş zərər üzrə;

801


631 №-li hesabın müvafiq subhesabları

30.4.

Fəaliyyətin dayandırılmasından qazanclara görə xərclərin tanınması üzrə;

741, 742, 743

125

30.5.


Fəaliyyətin dayandırılmasından qazanclara görə tanınmış gəlirlərdən xərclərin çıxılması üzrə;

632

741, 742, 743

30.6.


Fəaliyyətin dayandırılmasından pul vəsaitlərinin daxil olması üzrə;

103 №-li hesabın müvafiq subhesabları

632


30.7.

Fəaliyyətin dayandırılmasından tanınmış zərərlər üzrə;

801

632

30.8.

Keçmiş illərin gəlirləri üzrə;

333, 334, 335

631-5

30.9.

Ümidsiz borcların bərpası üzrə;


111 №-li hesabın müvafiq subhesabları

631-6


30.10.

Eyni zamanda bərpa olunmuş ümidsiz borcların mənfəətə aid edilməsi üzrə;

631-6

801

30.11.


Silinmiş ehtiyatların bərpasına görə xərcin azalması (gəlirin artması) hesablanması üzrə;

127

631-7

30.12.


Eyni zamanda silinmiş ehtiyatların bərpasına görə mənfəətin hesablanması üzrə;

631-7



801

30.13.

Faiz gəlirinin hesablanması üzrə;

111-7

633-1

30.14.

Qiymətdəndüşmüş borclara görə faiz gəlirinin hesablanması üzrə;

111-7

633-2

30.15.

Dividendlərə görə gəlirin hesablanması üzrə.

111-7

633-3

31. Xərclərin uçotu

31.1.

Birja əməliyyatına görə tanınmış xərclər üzrə;

701, 702, 703

122

31.2.

Qeyri-birja əməliyyatına görə tanınmış xərclər üzrə;

731, 732, 733

122

31.3.

Sair mənbələr hesabına tanınmış xərclər üzrə;

741. 742, 743

122

31.4.

Maliyyə xərclərinin tanınması üzrə.

721, 722,725

309, 335

32. Mənfəətin (zərərin) uçotu







611, 521, 622, 623,




32.1.

Hesabat dövründə tanınmış mənfəət üzrə;

624, 625, 631, 532,

801







633













611, 521, 622, 623,

32.2.

Hesabat dövründə tanınmış zərər üzrə;

801

624, 625, 631, 532,










633, 801

Mühasibat uçotu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



I F Ə S İ L
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Qanunun təyinatı


    1. Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə – mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.

    2. Azərbaycan Respublikasının ərazisində qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar, habelə, tövsiyə xarakteri daşıyan sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilər.

M a d d ə 2. Əsas anlayışlar


    1. Bu qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir:

      1. Uçot qaydaları – bu qanuna əsasən maliyyə hesabatlarını Milli Mühasibat Uçotu Standartlarına müvafiq hazırlamalı olan mühasibat uçotu subyektləri üçün ilkin sənədlərin və uçot registrlərinin formasını müəyyənləşdirən qaydalardır.

      2. Qrup – əsas təsərrüfat cəmiyyəti (ortaqlığı) və onun bütün törəmə cəmiyyətləridir.

      3. Maliyyə hesabatlarının beynəlxalq standartları – Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq

olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi Komitənin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləridir.

      1. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları – Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq olunmuş mühasibat uçotu standartlarıdır.

      2. Milli Mühasibat Uçotu Standartları – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır.

      3. Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə Şərhlər və Tövsiyələr

  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən Milli Mühasibat Uçotu Standartlarının müddəalarının şərh olunması məqsədilə işlənib hazırlanmış və təsdiq edilmiş metodoloji təlimatlardır.

      1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları – müvafiq icra hakimiyyəti orqanı tərəfindən kiçik sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması üçün müəyyən edilmiş xüsusi qaydalardır.

      2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır.

      3. İctimai əhəmiyyətli qurumlar – kredit təşkilatları, sığorta şirkətləri, investisiya fondları, qeyri-dövlət (özəl) sosial fondları, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır.

2.2. Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və mövcud olan başqa qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

M a d d ə 3. Mühasibat uçotunun məcburiliyi

Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu qanunda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

I I F Ə S İ L



MÜHASİBAT UÇOTU SAHƏSİNDƏ TƏNZİMLƏNMƏ

M a d d ə 4. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi




    1. Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimlənməsinin əsas məqsədi kommersiya təşkilatları üçün maliyyə hesabatlarının beynəlxalq standartlarını və onlara əsaslanan Milli Mühasibat Uçotu Standartlarını, qeyri-kommersiya təşkilatları üçün isə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsaslanan Milli Mühasibat Uçotu Standartlarını hazırlamaqla və tətbiq etməklə ölkədə mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və maliyyə hesabatlarında şəffaflığı təmin etməkdən ibarətdir.

    2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

    3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı:

      1. Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının Azərbaycan dilinə tərcüməsini və Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası, Mühasiblərin Beynəlxalq Federasiyası və ya digər aidiyyəti orqanlardan bu tərcümələrin Azərbaycan dilinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının rəsmi mətnləri kimi təsdiq edilməsini təşkil edir;

      2. Milli Mühasibat Uçotu Standartlarını, Milli Mühasibat Uçotu Standartlarının Tətbiqi üzrə şərhləri, tövsiyələri və uçot qaydalarını işləyib hazırlayır və təsdiq edir;

      3. İcra hakimiyyəti orqanlarının və büdcədənkənar dövlət fondlarının səlahiyyətləri daxilində onlar tərəfindən işlənib hazırlanmış mühasibat uçotu sahəsində normativ hüquqi aktların və tövsiyə xarakteri daşıyan sənədlərin tətbiq edilməsinə razılıq verir;

      4. Maliyyə hesabatlarının beynəlxalq standartlarında və İctimai Sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarında dəyişikliklərin izlənilməsi və bu dəyişikliklərin Milli Mühasibat Uçotu Standartlarında vaxtlı-vaxtında əks olunması məqsədilə Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası və Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi ilə əməkdaşlıq edir;

      5. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydalarını hazırlayır və təsdiq edir;

      6. Milli Mühasibat Uçotu sisteminin təkmilləşdirilməsi məqsədilə, peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq edir;

4.4. Kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

M a d d ə 5. Mühasibat Uçotu üzrə Məsləhət Şurası




    1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına mühasibat uçotu və maliyyə hesabatı sahəsində məsləhətlər vermək məqsədilə Mühasibat Uçotu üzrə Məsləhət Şurası yaradılır.

    2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Maliyyə hesabatlarının beynəlxalq standartlarının və İctimai Sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi, Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və Azərbaycan Respublikasında mühasibat uçotunun inkişafına dair mühüm məsələlər üzrə qərar qəbul etməzdən əvvəl Mühasibat Uçotu üzrə Məsləhət Şurası ilə məsləhətləşməlidir.

    3. Mühasibat Uçotu üzrə Məsləhət Şurası Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq

Standartlarının tətbiqində maraqlı olan təşkilatların və şəxslərin Milli Mühasibat Uçotu Standartlarının hazırlanması prosesində iştirakını təmin etməklə dövlət hakimiyyəti orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının, mühasib peşəsini təmsil edən mütəxəssislərdən və tədris müəssisələrinin nümayəndələrindən ibarət olmalıdır.

    1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının bütün üzvləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları haqqında əsaslı biliklərə malik olan mütəxəssislərdən seçilməlidir.

    2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tərkibinə sədr və ya üzv kimi daxil edilə bilməzlər.

    3. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsi, sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

    4. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının maliyyələşdirilməsi mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına təmin edilir.

I I I F Ə S İ L

MÜHASİBAT UÇOTU STANDARTLARI

M a d d ə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları



    1. Bu qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları aşağıdakılardır:

      1. Bu qanunun 8.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən tam şəkildə istifadə edilmək məqsədilə qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara dəyişikliklər yalnız

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən sonra qüvvəyə minir;

      1. Bu qanunun 10.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları. Bu standartlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. Maliyyə hesabatlarının beynəlxalq standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavəsində açıqlanmalıdır;

      2. Bu qanunun 13.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları. Bu standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları arasında mövcud olan hər hansı

digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavəsində açıqlanmalıdır;

      1. Bu qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları.
M a d d ə 7. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi

    1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin dərc olunmasını və bütün maraqlı tərəflərdən 60 gün ərzində həmin layihəyə dair rəylərin alınmasını təşkil edir.

    2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanunun 7.1-ci maddəsində qeyd olunan rəylərin nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin qəbul edilməsi barədə qərar verir. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarını və ya mövcud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişi ilkin layihədə dərc edildiyi kimi təsdiq etdikdə, həmin standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.

    3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər etmək qərarına gəldikdə, yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin dəyişdirilmiş layihəsini hazırlayır və təsdiq edir, həmin standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.

    4. Təklif edilən ilkin layihənin düzəlişlə birlikdə və ya düzəlişsiz təsdiq edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya İctimai Sektor üçün Mühasibat Uçotunun

Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsini nəzərə alır.

Qəbul edilən Milli Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu Standartlarına düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və ya Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsindən fərqli olduqda, mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı Milli Mühasibat Uçotu Standartlarının və ya Milli Mühasibat Uçotu Standartlarına düzəlişin qəbul edilməsinə dair qərarın əlavəsində bu fərqləri göstərməli və onun səbəblərini açıqlamalıdır.



    1. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

I V F Ə S İ L

KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI

M a d d ə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib edilməsi



    1. Bütün ictimai əhəmiyyətli qurumlar bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

    2. Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidir.

    3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:

      1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi barədə yekdilliklə razılığa gəldikdə;

      2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;

      3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;

      4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
M a d d ə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib edilməsi

    1. Kiçik sahibkarlıq subyektləri:

      1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun qaydalarına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidir və ya

      2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib edə bilər.
M a d d ə 1 0 . İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərtib edilməsi

    1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatları:

      1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidir və ya

      2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilər.

    1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya

təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qrupun göstəriciləri (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği), həmin hesabatların tərtib olunduğu tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müvafiq meyar göstəricilərinin (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) ikisindən yuxarı olduqda, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edir.

    1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya təşkilatlarından, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının bu qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməsi tələb olunmadıqda, onlar bu hesabatları Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir.

    2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kommersiya təşkilatları, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə tərtib etməyə bilər:

      1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri (iştirakçıları, səhmdarları), səsvermə hüququ olmayanlar da daxil olmaqla, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə yekdilliklə razılığa gəldikdə;

      2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;

      3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;

      4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq dərc etdirdikdə.

M a d d ə 1 1 . Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün
hesabat dövrü

    1. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

      1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

      2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;

      3. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.
M a d d ə 1 2 . Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təqdim və dərc edilməsi qaydası

    1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim edir. Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    2. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada təqdim edir.

    3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:

      1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində dərc olunması;

      2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması;

      3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması.

    4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına cavabdehdir.

V F Ə S İ L

QEYRİ-KOMMERSİYA TƏŞKİLATLARININ MALİYYƏ HESABATLARI

M a d d ə 1 3 . Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərtib edilməsi



    1. Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir.

    2. Qeyri-hökumət təşkilatları bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edir.
M a d d ə 1 4 . Qeyri-kommersiya təşkilatları üçün hesabat dövrü, maliyyə hesabatlarının təqdim və dərc edilməsi qaydası

    1. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    2. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən edilir.

    3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu qanuna uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını əvəz etmir, onlara əlavə edilir.

    4. Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    5. Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını bu qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirirlər.

V I F Ə S İ L

YEKUN MÜDDƏALAR

M a d d ə 1 5 . Mühasibat məlumatlarının məxfiliyinin qorunması




    1. İlkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.

    2. Dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış olmaq hüququ vardır.

    3. Mühasibat uçotu subyekti tərəfindən audit yoxlamasına cəlb olunmuş auditorun qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat uçotu sənədləri ilə tanış olmaq hüququ vardır.
M a d d ə 1 6 . Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət

Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

M a d d ə 1 7 . İcra müddəti




    1. Mühasibat uçotu subyektləri bu qanunun 8-ci, 9-cu, 10-cu və 13-cü maddələrində göstərilmiş tələbləri aşağıda müəyyən edilmiş tarixlərdən gec olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidirlər:

      1. bu qanunun 8-ci və 10-cu maddələrində göstərilmiş bütün mühasibat uçotu subyektləri – 2008-ci il 1 yanvar tarixdən;

      2. bu qanunun 9-cu maddəsində göstərilmiş bütün mühasibat uçotu subyektləri – 2006-cı il 1 yanvar tarixdən;

      3. bu qanunun 13-cü maddəsində göstərilmiş bütün mühasibat uçotu subyektləri – 2009-cu il 1 yanvar tarixdən.

M a d d ə 1 8 . Keçid müddəaları


    1. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları qüvvəyə minənədək mühasibat uçotu ilə bağlı mövcud olan normativ hüquqi aktlar qüvvədə qalır.

    2. Bu qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları qüvvəyə mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ hüquqi aktlar ilə Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları arasında ziddiyyət yarandığı halda, Milli Mühasibat Uçotu Standartları və ya uçot qaydaları tətbiq edilir.

    3. Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    4. 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq

Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim

etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı bu qanun qüvvəyə mindikdən sonra bir il müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir.

M a d d ə 1 9 . Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2004-cü il



№ 716-IIQ


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



  1. 28 oktyabr 2008-ci il tarixli 711-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, №279, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, №12, maddə 1049)

  2. 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, №82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №4, maddə 265)

  3. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, №81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №04, maddə 276)

  4. 1 may 2012-ci il tarixli 350-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 06 iyun 2012-ci il, №123, “Azərbaycan” qəzeti 07 iyun 2012-ci il, №124)

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT





      1. Azərbaycan Respublikasının Konstitusiyası

      2. “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı-2004

      3. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı-2003

      4. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli fərmanı.

      5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu və onun tətbiq edilməsi ilə əlaqədar qüvvəyə minmiş normativ-hüquqi aktların TOPLUSU. Bakı-2010

      6. “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”. Bakı-2012

      7. “A.R.Vahid büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 №-li Qərarı. Bakı- 2004

      8. “Büdcə təşkilatlarında uçot və hesabat” tədris proqramı. Bakı-2012

      9. B.A.Xankişiyev “Büdcə idarələri və müəssisələrində mühasibat uçotu”. Bakı-1979

      10. B.A.Xankişiyev “Büdcə uçotu və hesabatı” dərs vəsaiti. Bakı-1987

      11. B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərs vəsaiti). Bakı-1992

      12. B.A.Xankişiyev “Maliyyə orqanlarında büdcə uçotu və nəzarəti” (dərs vəsaiti), Bakı-1996

      13. B.A.Xankişiyev, B.İ.Babayev, Ş.H.Əliyev “Büdcə və elmi idarələrdə mühasibat uçotu” (dərslik). Bakı-1996

      14. B.A.Xankişiyev, M.Mirzəyev “Dövlət maliyyəsi” dərs vəsaiti. Bakı-1998

      15. B.A.Xankişiyev “Büdcə uçotu” dərs vəsaiti. Bakı-2000

      16. B.A.Xankişiyev “Maliyyə nəzarəti” dərs vəsaiti. Bakı-2002

      17. B.A.Xankişiyev “Büdcə prossesi və büdcə təsnifatı”. Bakı-2002

      18. Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” dərs vəsaiti. Bakı-2011

      19. Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov “Büdcə sistemi” (dərslik). Bakı-2003

      20. N.R.Quliyev “Beynəlxalq maliyyə kredit və valyuta münasibətləri”. Bakı-2010

      21. H.X.Əsədov, S.T.Talıbov “Dövlət Xərclərinin idarə edilməsi və xəzinədarlığın təşkili problemləri”. Bakı-2005

      22. M.Novruzov, E.İbrahimov “Büdcə sistemi” (dərslik). Bakı-2012

      23. A.Q.Mirzəyeva “Maliyyə hüququ” (dərslik). Bakı-2008

      24. А.С.Бакаев «Нормативное обеспечение бухгалтерского учета». Москва-1996

      25. С.Г.Борисова «Бухгалтерский учет в бюджетных организациях» (учебное пособие). Москва- 2007

      26. В.Ф.Палий «Теория бухгалтерского учета: современные проблемы». Москва-2007

      27. В.В.Ковалев “Финансы” учебник. Москва, 2012
Bəybala Xankişiyev, Şahrza Əliyev

BÜDCƏ TƏŞKILATLARINDA

UÇOT VƏ HESABAT
Şərq-Qərb” Nəşriyyat Evinin məhsuludur

www.eatwest.az www.fb.com/eatwest.az


Buraxılışa məsul SEVİL İSMAYILOVA

Texniki redaktor GÜLTƏKİN YUSİFOVA

Səhifələyici XƏQANİ RƏRZALIYEV Dizayner ELYAS ZEYNALOV Korrektor FƏRİDƏ SƏMƏDOVA

Nəşriyyat direktoru RASİM MÜZƏFFƏRLİ

Çapa imzalanmışdır: 29.12.2012. Format 70x100 1/16. Ofis çapı Fiziki çap vərəqi 20,0. Sifariş N 12 136. Tiraj 1500


Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.


AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel. (+99412) 974 83 43, Faks: (+99412) 370 18 49

Şərq-Qərb” Nəşriyyat Evinin bütün kitablarının toplusu:


http://www.eastwest.az/az/books/ ünvanda

BƏYBALA ASLAN OĞLU XANKIġIYEV 1939-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuĢdur. Orta təhsilini doğma kəndində almıĢdır. 1958-ci ildə Maliyyə-kredit texnikumunu, 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmiĢdir. 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı Ġnstitutunun aspiranturasını bitirərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almıĢdır. 1976-cı ildə dosent və 1991-ci ildə professor elmi adına layiq görülmüĢdür.

1958-1961-ci illərdə Azərbaycan SSR Maliyyə Nazirliyi sistemində, 1961-1999- cu illərdə isə Təhsil Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalıĢmıĢdır. 1999-

2008-ci illərdə Maliyyə Nazirliyində müĢavir, Ģöbə müdiri vəzifələrində çalıĢmıĢdır.

1990-cı ildə Respublikanın əməkdar iqtisadçısı fəxri adına layiq görülmüĢdür. 1966-cı ildən Azərbaycan Dövlət Ġqtisad Universitetində əvəzçilik üzrə əvvəl müəllim, sonralar dosent professor vəzifələrində çalıĢmıĢdır.

Hazırda həmin universitetin professorudur. Çoxsaylı elmi məqalələrin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

ƏLIYEV ġAHRZA HACI OĞLU (1961) iqtisad elmləri üzrə fəlsəfə doktoru. 1997-ci ildə Azərbaycan Dövlət Ġqtisad Universitetində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində kadr hazırlığına xərclərin uçotu və təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiĢdir. 1 dərsliyin, 2 dərs vəsaitinin və 25-dən artıq elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikasında təhsil sahəsində islahatların aparılmasında, xüsusilə də ümumi təhsil müəssisələrində və ali təhsil müəssisələrində adambaĢına maliyyələĢdirmə prinsipi əsasında yeni maliyyələĢmə

mexanizmlərinin həyata keçirilməsi, bu mexanizmlərin hüquqi, təĢkilatı metodoloji əsaslarının hazırlanması, təhsil müəssisələrində beynəlxalq standartlar əsasında Milli Mühasibat Uçotu Standartlarının tətbiqi iĢində xüsusi xıdmətləri vardır.

Ġqtisadiyyat həyat”, “Azərbaycan məktəbi” jurnallarının bir çox dövri nəĢrlərin redaksiya heyətinin üzvüdür.



Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ġqtisadiyyat Ģöbəsinin müdiridir, qabaqçıq təhsil iĢçisidir.

Azərbaycan təhsilinin inkiĢafında xidmətlərinə görə 2010-cu ildə “Dövlət qulluğuna fərqlənməyə görə” medalı ilə təltif edilmiĢdir.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin