Alman məktəbinin elmi tərəfi mühasibat uçotunun təsərrüfat prosesinin hesablama üsulunu xüsusi riyazi dilə çevirmişdir. Belə ki, mühasibat üsulunun əsasında balans bərabərliyi durur:
aktivlər = passivlər,
Alman məktəbində olduğu kimi hesablamada dəyişikliklər balansdan hesaba aparılıb. Tərəflərin məzmununa ziddiyyət kimi baxılırdı: aktiv hesabların debeti – çoxalma, krediti – azalma, passiv hesablarda isə əksinə. Lakin ödəniş hesabı üzrə qeydlərin izahı verilmirdi.
Yanaşmanı bütövlükdə “uçot strukturu” adlandırmaq alman müəllifləri üçün daha düzgündür. Onun fərqli xüsusiyyəti – bütöv strukturun öyrənilməsi hadisəsi kimi baxılmasıdır. Əgər italyan və fransız məktəbləri xüsusilikdən ümumiliyə doğru, yəni induksiya yolu ilə addımlayırdısa, almanlar isə təsərrüfat həyatının
əsaslarını ümumilikdən xüsusiliyə hərəkət edərək öyrənirdi, yəni deduksiya yolu ilə hesabdan balansa deyil, balansdan hesaba doğru. Alman məktəbinin nümayəndələri bir çox müəssisənin istehsal toplusunu bütünlüklə 3 qrupda təsnifləşdirmişdi: birməhsullu birdəyişənli, birməhsullu çoxdəyişənli və paralel tsiklli, sonradan toplanmış istehsallar (Şer İ.F.).
1910-1940-cı illər ingilis-amerikan məktəbinin inkişaf dövrünün başlanğıcıdır. Onların arasında Şpruqa Ç.E., Littlton A.Ç., Paton B.E., Mey O., Harrison Ç., Piksel F., Sviney Q., Hiqqins D., Entoni R. kimi görkəmli nümayəndələri qeyd etmək vacibdir.
Dostları ilə paylaş: |