Büdcədənkənar dövlət fondları – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondlarıdır.
Büdcədənkənar dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikası büdcəsindən kənar əməliyyatlar –müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənarda əldə etdikləri gəlirlər və həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatlarıdır.
İcmal büdcə –dövlət büdcəsinin (büdcə təşkilatlarının büdcədənkənar əməliyyatları da olmaqla) Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin büdcə təsnifatına uyğun paraqraflar səviyyəsində əks etdirilən maliyyə sənədidir.