Bəybala xankiŞİyev şahrza əLİyev


İkili mühasibatın meydana gəlməsi şərtləri



Yüklə 0,67 Mb.
səhifə16/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

İkili mühasibatın meydana gəlməsi şərtləri – ərəb rəqəmlərinin və onluq sisteminin geniş yayılmasıdır.

Mühasibatın formalaşması orta əsrlərdə Avropada müxtəlif növ inventarizasiyanın inkişafı ilə başladı. VIII əsrin sonuna və IX əsrin əvvəllərinə aid olan inventarizasiyaya klassik misal Böyük Karlın kapitulyariyasını göstərmək olar. Orada kənd təsərrüfatı uçotunu aparmağa dair təlimat var idi.

Digər məsələlərlə yanaşı, kapitulyariyada ildə bir dəfə gəlir haqqında hesabatın, Milad günü üçün gəlirlər haqqında haqq-hesab təqdim edilməsinin, müəyyən olunmuş qaydada sahibkara pul köçürməsinin və müəyyən xərclərin uçotunun aparılmasının iki növü göstərilmişdir: sahibkarlıq və təsərrüfat xərclərinin məbləği. Burada xüsusi olaraq bildirilir ki, qalıqları ayrı-ayrı siyahıda müəyyən etmək, hesablamaları isə qiymət növləri üzrə aparmaq lazımdır.

Maraqlı bir detal diqqəti cəlb edir: xərc əməliyyatlarını bir şəxs, daxilolmaları digər, göstərilən qalıqları üçüncü şəxs yerinə yetirə bilər. Bu, o zamanın tipik bir nəzarət forması idi. Heç kəs, sahibi istisna olmaqla (çox vaxt məhz o üçüncü şəxs qismində olur), işlərinin əsl vəziyyətini bilməməli idi.

Uçot məlumatlarına nəzarət formalarının inkişafı təsərrüfat fəaliyyətinin yüksəlməsinə təkan vermişdir. Auditorlar bu cür yaranmışdır. Bu, XIII əsrin

sonlarında İngiltərədə baş vermişdir. Belə ki, o zamanlar vəzifəli şəxslərin əksəriyyəti savadsız idi, sənədlər yoxlanmaya o qədər də məruz qalmırdı, belə ki, şifahi ifadələrin yoxlanılması (“auditor”) sözü də burdan götürülüb. Nəticə belə sözlərlə başlanırdı: “aşağıda imzalanan auditorlar tərəfindən dinlənilib”.

1492-ci ildə, Paçolinin kitabları işıq üzü görməmişdən iki il öncə, Xristofor Kolumb ispan gəmisində Amerika sahillərinə yola düşdü. Maraqlısı odur ki, Kolumb əslən Genuyadan idi və bizə məlum olan ilk mühasibat qeydləri məhz bu şəhərdə tapılmışdır, daha maraqlısı isə, bu səyahətdə onu saxtakarlığın qarşısının alınması üçün ispan məhkəməsi tərəfindən təyin olunan auditor müşayiət edirdi.

XIX əsrin sonlarında nəzəriyyə praktikadan ayrılmışdır, ilk hesablayıcı cihazlar meydana çıxmış, uçotun iqtisadi baxışları güclənmişdir.

1944-cü ildə mühasiblərin beynəlxalq gerbi təsis olunmuşdur: çevrənin kənarında – “Elm. Vicdan. Müstəqillik” sözləri yazılmışdır. Gerbin içində təsvir edilmiş günəş – “mühasibat uçotu bütün təsərrüfat fəaliyyətini işıqlandırır”; tərəzi


  • balans”; Bernulli əyrisi – bax: Bernullinin sitatı “mühasibat uçotu bir dəfə meydana gələrək, həmişə mövcud olacaq” mənasını verir.

Buxalter sözünün əmələ gəlməsi maraq doğurur. Kitablarda hesab aparılır (“kitab sahibi” – mühasib). Mühasibat uçotu – “kitabları tərtibetmə bacarığıdır”.

1494-cü ilə qədər Almaniyada hesablama işlərinin tərtib edilməsini idarə edən şəxslər yazar adlanırdılar (Schreiber, ... Camerschreiber) və yalnız bu ildən “mühasib” adı tədricən “vətəndaşlıq” hüququnu qazanmışdır, hansı ki, XVI əsrdə hesablama üzrə ədəbiyyatların bir çoxunun inkişafına imkan yaratmışdır.

Müqavilə münasibətləri mühasibin görünüş dairəsindən “vətəndaşlıq” şəxsiyyəti tədricən yox etdi, hüquqi konstruksiya yararlığının gələcək inkişafını tapmadı. Bunun əvəzinə müəyyən olundu ki, mühasib hüquqşünas deyil – iqtisadçıdır. Bu baxışları daha dolğun fransız məktəbi ifadə etdi, o, öz başlanğıcını Jak Savarinin (1622-1690) təlimindən almışdır. Savarinin tədqiqat mərkəzində hesabların sintetik və analitik hesab bölgüsü aparılırdı.

Cari qiymətlərlə qiymətləndirilən balansa sahibkarın xüsusi mülkiyyəti də daxil edilirdi, belə ki, sahibkarın bütün mülkiyyətinə iddia ilə müraciət oluna bilərdi. Savari də fərdi müəssisənin elmi banisi oldu. O, idarəetmə funksiyası kimi mühasibat təfsirini qəbul edirdi və idarəetmə uçotu yaradıcılarından biri hesab edilə bilər. Prudon P.J., Leote E., Gilbo A., Dümarşe J.B., Panqlo Ş., Delaport R., Burnisyon J., Tom A. fransız məktəbinin baxışlarını hərtərəfli qəbul etdilər.

Bütün dəyərlər maya dəyəri üzrə qeydə alınır. Fransız məktəbinə görə, gəlir yalnız pul daxilolmaları hesab edilə bilər. Məsələn, alıcıya göndərilən mal satılmış, gəlir isə qəbul olunmuş hesab edilə bilməz, belə ki, onlar ödənilməyib. Mühasibat uçotunun əhatə dairəsinin siyasi iqtisadiyyatın sərhədlərinə qədər genişləndirilməsi və milli iqtisadiyyatın yaradılması fransız məktəbini məcbur etdi ki, xalq təsərrüfatının bütün sahələri üçün uçot qurulanadək mühasibat uçotu metodologiyasını təkmilləşdirsin.

Əgər İtaliya məktəbi mühasibat uçotunu hüquq əsasında izah edirdisə (“Uçot – bu, cəbri hüquqdur”), fransız məktəbi siyasi iqtisad (“Uçot – dəqiq iqtisadi siyasətdir”) əsasında izah edirdi.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin