Anlaşıqlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti istifadəçilər tərəfindən anlaşılmalıdır. Eyni zamanda istifadəçilər Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Münasib informasiya onun mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılması və ya anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır.
Müqayisəlilik:İstifadəçilər üçün maliyyə hesabatları arasında müqaviləliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqaviləsi hesab olunur. İstifadəçilər tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatın müxtəlif dövrlərə aid olan maliyyə hesabatlarının və ayrı-ayrı təşkilatların maliyyə hesabatlarının müqayisə edilə bilməsi üçün təşkilatların maliyyə vəziyyətindəki və fəaliyyətlərinin maliyyə nəticələrindəki meyilləri müəyyən etmək imkanı yaradır.
Ardıcıllıq:Ardıcıllıq müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən hesab olunur. Müqayisəlik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini tələb edir. İnformasiyanın ardıcıllığı təşkilat tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır. İnformasiyanın müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunmuş uçot siyasəti haqqında istifadəçilərin məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı dəyişiklər edildikdə, bu dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır.
Münasiblik:Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun mahiyyəti və əhəmiyyətlərindən asılır.