Azərbaycanda mühasibat uçotu standartlarına əsaslanan prinsiplər
Mühasibat uçotunun aparılması zamanı Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsaslanan ehtimallara (prinsiplərə), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına üstünlük verilir. Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktlarında əks olunan tələblərin və ya təşkilatın iş xüsusiyyətinin dəyişdirilməsi ilə əlaqədar, dövlət büdcəsindən maliyyələşən təşkilatın uçot siyasətinin müvafiq müddəalarında da düzəlişlər aparılmalı və istifadəçilərin diqqətinə çatdırılmalıdır.
Mühasibat uçotunun hesablama metodu dedikdə əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (və yalnız pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zaman deyil) uçota alınması başa düşülür. Mühasibat uçotunun hesablama prinsipi əsasında uçota alınan maliyyə hesabatlarının elementləri (aktivlər, öhdəliklər, xalis aktiv/kapital, gəlirlər və xərclər) onların baş verdiyi zaman aid olduğu dövrlər üzrə maliyyə hesabatlarında tanınır. Təşkilatın fəaliyyətinin fasiləsizliyi konsepsiyası dövlət büdcəsindən maliyyələşən təşkilatın fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin, həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Dövlət büdcəsindən maliyyələşən təşkilatın fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır. Əgər təşkilatın ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadə olunmalıdır.
Maliyyə hesabatlarında təqdim edilən informasiyaları istifadəçilər üçün daha yararlı edən keyfiyyət xüsusiyyətləri aşağıdakı amillər hesab edilə bilər:
Dostları ilə paylaş: |