Bəybala xankiŞİyev şahrza əLİyev


Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar münasibətləri şəraitində aparılan uçota keçid



Yüklə 0,67 Mb.
səhifə21/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar münasibətləri şəraitində aparılan uçota keçid

Hal-hazırda keçmiş sosialist ölkələri islahat və təsərrüfatın mərkəzləşmiş planlaşma sistemindən bazar iqtisadiyyatına keçid prosesini həyata keçirirlər.

Bu istiqamətdə ilk addım qərb partnyorlar ilə birgə müəssisələrin yaradılması idi. Bir çox ölkələrdə özəlləşdirmə proqramının həyata keçirilməsi, bazar münasibətlərinə müvafiq dövlət müəssisələrin özəlləşdirilməsi aparılır, iqtisadi və hüquqi infrastruktur yaranır. Bazar iqtisadiyyatının mərkəzləşmiş planlaşma iqtisadiyyatından fərqi resursların qiymət mexanizmi vasitəsi ilə bölüşdürülməsindən ibarətdir.

Xammal, material, əmtəə və xidmətlər, iş gücü, maliyyə resursları bazarda rəqabət şəraitində alınıb satılır.

Müəssisələrin uğurları və mövcudiyyəti ayrı-ayrı sazişlərin səmərəliliyindən asılıdır. Bu şəraitdə mühasibat uçotu iqtisadi informasiyanın əlaqələndirici və ötürücü formasıdır, mühasibat uçotunun standartları isə sahibkarlıq fəaliyyətinin ümumi iqtisadi və hüquqi şərtlərini əks etdirir.

Hal-hazırda bu şərtlərin dəyişdirilməsi, şübhəsiz, mərkəzləşdirilmiş idarəetmə və planlaşma sistemində yaradılmış uçot sistemini qəbul etmir.

Uçotun islahatı hüquq və iqtisadi sahələrdə mühüm islahat elementi sayılır, maliyyə bazarlarına çıxış üçün zamindir, xarici investisiyaların cəlb edilməsi, şirkət və firmaların uğurlu fəaliyyətini təmin edir. Şərqi Avropa ölkələrində elə uçot standartlarını işləyib hazırlamaq lazımdır ki, onlar bazar iqtisadiyyatı ölkələrində olan ümumi qəbul edilmiş prinsiplərə uyğun gəlsin.

Mühasibat uçotunun məqsədi – maliyyə informasiyasını istifadə edənə qərarlar qəbul etmək üçün məlumat verməkdən ibarətdir. Mühasibat uçotu sistemini hansı dərəcədə istifadəçinin ehtiyacını ödəməyə təyin olunması müvafiq iqtisadi sistemin təsiri ilə formalaşan mühasibat uçotu və hesabdarlığın əsas konsepsiyası və vəzifələri məsələləri asılıdır.

Mərkəzləşdirilmiş planlaşdırma sistemində iqtisadiyyatda mühasibat uçotunun və hesabdarlığın məqsədi – xalq təsərrüfatında mərkəzləşdirilmiş planlaşma və nəzarət həyata keçirmək üçün informasiya təqdim edilməsidir. Maliyyə uçotu isə dövlət orqanlarında planlaşma, resursların bölgüsü və planın yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinə köməklik göstərən informasiya sisteminin elementidir. Beləliklə, müəssisələrin hesabatı ilk növbədə dövlət orqanları üçün nəzərdə tutulur. Əksər hallarda hesabatlar – hökumət orqanlarına kəmiyyət göstəricilərinin səmərəliliyinə nəzarəti həyata keçirməyə imkan verən statistik məlumatlardan ibarətdir.

Bu səbəbdən də mərkəzləşdirilmiş planlaşma sistemi olan ölkələrdəki əsas uçot prinsipləri bazar iqtisadiyyatında olan uçot prinsiplərindən fərqlənir. Misal

üçün, təsərrüfat sazişləri həyata keçirilən zaman nəticələrin qəbul edilməsini təmin edən hesablama üsulu bütün hallarda tətbiq edilmir.

Çox hallarda təsərrüfat əməliyyatlarının uçotu kassa üsulu ilə aparılır, yəni gəlir və xərclər pul vəsaitlərinin daxilolma və ödənilməsi ilə nəzərə alınır. Bu halda mənfəətin hesablanması bazar iqtisadiyyatında istifadə edilən uçot sisteminə uyğun gəlmir.

Bazar iqtisadiyyatında maliyyə uçotu və hesabdarlığın əsas vəzifəsi müəssisənin ümumilikdə fəaliyyət nəticələri, onun maliyyə vəziyyəti, ayrı-ayrı istifadəçilərə, fəaliyyət göstərən və potensial investorlara, malgöndərənlərə və alıcılara, fəhlə və qulluqçulara, dövlət orqanlarına bu vəziyyətin dəyişdirilməsi barədə informasiya təqdim etməkdən ibarətdir.

Maliyyə mühasibatlığından daxil olan informasiya müəssisə daxilində də istifadə olunur və ilk növbədə müəssisəyə qarşı kənar hesab edilən istehlakçı qrupuna yönəldilir. İstehlakçıların hər bir qrupu öz mənafeyini gözləyir və müəssisələrin fəaliyyəti haqda informasiyaya qarşı müəyyən tələblər irəli sürürlər.

Şirkətin sahibkarı olan səhmdarları qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi maraqlandırır. Maliyyə hesabatının göstəriciləri əsasında onlar fond bazarında fəaliyyətə dair qərar qəbul etməlidirlər: həmin müəssisənin səhmlərini saxlamaq, satmaq və ya almaq.

Səhmdar kapitalının potensial investorları da zəruri informasiyanı almalıdırlar. Müəssisələr üçün bu qrup istifadəçilər çox vacibdir, belə ki, fond bazarında yeni buraxılmış səhmlərin alınmasında əlavə kapitalın akkumulyasiyasının mümkünlüyünə imkan yaradır. Müəssisələrin kreditorlarını verilmiş ssudaların bazar şəraitinə uyğun faizlərlə qaytarılmasının mötəbərlik dərəcəsi maraqlandırır. Alıcılar zəruri məhsulun alınma şərtlərini və perspektivlərini bildirməlidilər. Müəssisədə çalışan fəhlə və qulluqçu üçün iş yeri, əsas yaşayış vasitəsi və sosial təminatı olduğuna görə işçi heyət də fəaliyyət nəticələri ilə tanış olmalıdır.

İstifadəçilər maliyyə hesabatından aşağıdakı informasiyaları almaq istəyirlər:


  • Müəssisənin gəlirliyi və mənfəətlilik potensialı haqqında informasiya;

  • Maliyyə vəziyyəti haqqında informasiya;

  • Pul resursları və onların hərəkəti haqqında informasiya;

  • Fondların hərəkəti və maliyyələşdirilməsi haqqında informasiya;

  • Maliyyə riskləri haqqında informasiya.

Bundan əlavə, daha ətraflı hazırlanmış konkret informasiya, nəzarət və idarəetmə həllinin qəbul edilməsi menecerlər üçün vacibdir.

İdarəetmə uçotu müəssisənin təsərrüfatdaxili proseslərinə xidmət edir. Burada uçot və hesabat müəssisənin idarə olunması üzərində daxili nəzarəti təşkil edir.

Operativ idarəetmə həllinin qəbul edilməsi üçün vacib olan informasiya ilk növbədə məsrəflərə aiddir. Bu informasiya çox qısa bir zamanda daxil olmalıdır, o, idarəetmənin tələbatlarına uyğun olaraq ətraflı hazırlanmalı və ümumiləşdirilməlidir; həmçinin müəssisənin perspektiv inkişafı məsələlərinə uyğun olaraq formalaşmalıdır.

İdarəedici firmadaxili istehsal uçotunun təşkilinin prinsipləri müəssisə tərəfindən onun konkret tələbatlarına uyğun olaraq sərbəst müəyyən edilir. Eyni zamanda, aralarında olan fərqə baxmayaraq, maliyyə və istehsal uçotu qarşılıqlı əlaqəlidirlər. İstehsal uçotunda maliyyə uçotunun göstəriciləri istifadə olunur, öz növbəsində idarə uçotu maliyyə mühasibatlığında istifadə edilən, misal üçün, mal- material ehtiyatları qiymətləndirdikdə, göstəriciləri təqdim edir.

İdarə uçotu xərclərin və səmərəliliyin qarşılıqlı əlaqəsi üçün zəminlər yaradır. İdarə uçotu menecmentin mühüm məsələlərini təmin etməlidir:


  • uzunmüddətli planda müəssisə siyasətinin formalaşdırılması və proqnozlaşdırılması;

  • qısa müddətə planlaşdırma.

Müəssisə rəhbərliyi inkişaf strategiyası məsələlərini həll edərkən mühasibatlıqdan daxil olan satış həcmi, maya dəyəri, qiymət və mənfəət barədə informasiyadan istifadə edir.

Alternativ variantların təhlili üçün, məsələn, xərclərin hesablanmasına haşiyə yanaşma kimi və idarə uçotunun digər spesifik iş üsulları istifadə edilir.

İdarə mühasibatlığı üçün təşkilati baxış hədsiz dərəcədə vacibdir. Ayrı-ayrı bölmələrin hüquq və vəzifələrinin düzgün bölüşdürülməsi üçün struktur yaradılır. Təşkilati baxış, birincisi, müvafiq smeta (büdcə) üzərində nəzarət və onların planlaşdırılmasını təmin etməlidir; ikincisi, fəaliyyətin səmərəliliyinin yüksəlməsi və istənilməz kənarlaşmağın aradan qaldırılmasında istehsal prosesinə operativ müdaxilə tələbatlarına cavab verməlidir.

İdarə uçotunun əsas məsələlərindən biri bütün mərhələlərdə şirkətin ayrı-ayrı bölmələrinin fəaliyyətinin əlaqələndirilməsidir. Maliyyə resurslarının öz təyinatı üzrə istifadə edilməsi, istehsalın həcmi və satış həcmləri ilə bağlılığı tələb olunur. Əlaqələndirmənin məqsədləri smetaların icrasına nəzarət vasitəsi ilə həyata keçirilir.

İdarə uçotunun digər vacib aspekti – informasiyanın idarəetmənin ayrı-ayrı səviyyələrinə ötürülməsi, idarəetmə sisteminin müxtəlif hissələri arasında informasiya mübadiləsinin təşkili, yəni əlaqə yaratmaqdır. Bu məsələ bir çox müəssisələrdə geniş inkişaf etmiş idarəetmənin informasiya sisteminin təşkili vasitəsi ilə həll edilir.


    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin