Bəybala xankiŞİyev şahrza əLİyev


Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq təşkilatlar və onların rolu



Yüklə 0,67 Mb.
səhifə22/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq təşkilatlar və onların rolu

Beynəlxalq uçot standartları sahəsində hazırda bir sıra ictimai təşkilatlar fəaliyyət göstərir.

Mühasibat uçotunun beynəlxalq standartlarını işləyib-hazırlayan və onların tətbiqinə kömək edən təşkilatlar:


    • Beynəlxalq mühasibat standartları üzrə Komitə

    • İnternational Accounting Standarts Committee (IASK)

    • Birləşmiş Millətlər Təşkilatı

    • İqtisadi və Sosial Şura

    • Transmilli şirkətlər üzrə Komissiya

    • Uçot və hesabatın beynəlxalq standartları üzrə ekspertlərin hökumətlərarası işçi qrupu

    • İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı

    • Avropa Birliyi

    • Peşəkar mühasiblərin digər regional təşkilatları

    • Qiymətli kağızlar və birjalar üzrə Komissiya

    • Maliyyə uçotu standartları üzrə Şura Financial

Beynəlxalq mühasibat standartları üzrə Komitə 1973-cü ildə Avstraliyanın, Kanadanın, Fransanın, AFR-ın, Yaponiyanın, Meksikanın, Hollandiyanın, Böyük Britaniyanın, İrlandiyanın və ABŞ-ın peşəkar mühasibat təşkilatları tərəfindən yaradılmışdır. Hal-hazırda bu Komitədə 76 ölkədən 100-dən artıq peşəkar mühasibat birlikləri və assosiasiyaları iştirak edir. Komitə müstəqil, qeyri-hökumət təşkilatıdır. Rəhbər orqan İdarə heyətidir, ona 13 ölkənin milli mühasibat təşkilatları daxildir.

Beynəlxalq mühasibat standartları üzrə komitənin əsas vəzifələri aşağıdakılar hesab edilir:



  • maliyyə hesabatı tərtib olunarkən ictimaiyyət üçün maraq kəsb edən standartları işləyib-hazırlamaq və dərc etmək;

  • onların yayımına, qəbul edilməsinə və onlara əməl olunmasına beynəlxalq səviyyədə şərait yaratmaq;

  • uçotun, mühasibat standartlarının və uçotun və hesabatın prosedurlarının milli tənzimlənməsinin təkmilləşdirilməsi və uzaqlaşdırılması (harmonizasiyası) üzrə işlər həyata keçirmək.

Məqsədlərinə nail olmaq üçün Komitə müxtəlif ölkələrdə uçotun və hesabatın mövcud təcrübəsinin icmallarını həyata keçirir, milli uçot standartlarının tənqidi qiymətini və bu standartların tətbiqi üzrə tövsiyələr verir.

Komitə öz işində standartlar üzrə milli Komitələrlə qarşılıqlı fəaliyyət göstərir. Komitənin fəaliyyəti təkcə peşəkar mühasiblər və maliyyə analitiklərini təmsil edən təşkilatlar tərəfindən yox, həm də həmkarlar təşkilatları, fond birjaları, maliyyə institutları, sahibkarlar ictimaiyyətləri tərəfindən dəstəklənir və tanınır.

Dünya səviyyəsində Komitə – mühasibat uçotu standartları buraxan rəsmi tanınmış yeganə təşkilatdır.

Standartların işlənib-hazırlanması və buraxılışı üsulu bir neçə mərhələdən ibarətdir. Katiblik idarə heyətində müzakirə edilən və sonra işçi-orqana problemə əsas yanaşmaları müəyyən edən və onları araşdırmaya təqdim edən hazırlıq komitəsinə göndərilən gələcək beynəlxalq standartların mövzusunu hazırlayır. Hazırlıq komitəsi idarə heyətindən iradları alaraq maraqlanan ictimaiyyətə təqdim edilmək üçün idarə heyətinin səslərinin 2/3-ci ilə bəyənilmiş standartın layihəsinin ilk variantını dərc edir. 6 ay ərzində istənilən mütəxəssis sonra idarə heyəti tərəfindən nəzərdən keçirilən öz irad və təkliflərini verə bilər. Son layihə idarə heyəti tərəfindən bəyənilir (onun iştirakçılarının səslərinin 3-4-dən az olmayaraq), tərcümə və dərc olunma üçün Komitənin bütün üzv-ölkələrinə göndərilir. Bu təxminən 3 il çəkir. Yalnız bundan sonra standart qüvvəyə minir.

Hər bir standarta daxildir:

– onun vəzifələrinin və konsepsiyalarının şərhi;



  • onun əhatə etdiyi problemlər dairəsi;

  • terminologiya;

  • həmin standartın tətbiqi meyarları;

  • qiymətləndirmə bazaları və uçot metodları;məlumatın açıqlanması üsulları və izahlar.

İdarə heyəti daxilində konsensusa nail olmaq (səslərin 2/3 və 3/4), habelə təklif olunan standartlara yerli uçot sistemlərinin uyğunlaşması zamanı kompromis axtarışları tələb olduğundan standartların qəbul edilməsi prosesi uzunsürən və mürəkkəbdir. Beynəlxalq standartlar çevikliyi ilə fərqlənirlər və bir qayda alaraq, eyni məsələlərin alternativ həllərini təklif edirlər. Lakin bu cür uzlaşdırma üsulu yetərincə səmərəli deyil, buna görə də öz təsirinin artması üçün Komitə alternativ variantların aradan götürülməsi üçün cəhdlər edir.

Standartların tətbiqi müxtəlif şəkildə aparıla bilər: standartların bütövlükdə və ya onun ayrı-ayrı müddəalarının milli qanunvericiliyə daxil edilməsi yolu ilə; onların milli mühasib assosiasiyalarının tövsiyələri ilə və müşahidəsi altında və ya fond birjalarının işi üçün məsul olan orqanların nəzarəti altında tətbiqi; nəhayət, ən liberal yolla – müəssisələrin təklif olunan normalarına əməl etməyə könüllü qərarı ilə.

Komitə peşəkar mühasiblərin regional birliklərinin, eləcə də Mühasiblərin Beynəlxalq Federasiyasının dəstəyindən istifadə edir. Sonuncu 1977-ci ildə yaradılmışdır.

O, Komitənin fəaliyyətini təkrarlamır, mühasibat fəaliyyətinin etik və təhsil problemlərini, həmçinin auditor məsələləri ilə məşğul olur; uçot sənətini beynəlxalq aləmdə təmsil edir, maliyyə hesabatının mühasibat uçotunun beynəlxalq standartlarına uyğunluğunu təsdiq edir.

Beynəlxalq mühasibat standartları üzrə Komitənin BMT-nin hökumətlərarası ekspert qrupu tərəfindən bəyənilmiş standartları gələcəkdə məcburi hesab edilə

bilər və BMT-nin üzv-hökumətləri onların milli səviyyədə lazımi nizamlanmasını təmin etməlidirlər.

Mühasibat uçotunun və hesabatın standartlaşdırılması işində BMT-dən fərqli olaraq, əsasən, sənaye cəhətdən inkişaf etmiş ölkələrlə məşğul olan İƏİT iştirak edir.

Avropa birliyində ümumi inteqrasiya prosesləri çərçivəsində vergiqoyma, pul və maliyyə sistemləri, şirkətlər haqqında qanunvericiliyin uzlaşdırılması prosesi gedir. Uçot, maliyyə hesabatı və auditor nəzarəti sahəsində tənzimləmənin uzlaşdırılması üzrə tədbirlər bu istiqamətin bir hissəsidir. Bu sahədə direktivlərin məqsədi səhmdarların, fəhlə və qulluqçuların, şirkətlərə nisbətən üçüncü olan şəxslərin və qrupların bütün birlik çərçivəsində tarazlaşdırmış müdafiəsidir. Direktivlər təkcə fond birjalarında öz qiymətli kağızları məzənnələşdirən şirkətlər üçün nəşr olunmur, prinsipcə məhdud məsuliyyəti bütün şirkətlərə aiddir.

Direktivlər işlənib-hazırlanarkən Komissiya Avropa diplomlu mühasiblər assosiasiyası ilə sıx əməkdaşlıq edir, direktivlərin layihələrinin müzakirəsində biznesin, bankların, birjaların nümayəndələri, hüquq mütəxəssisləri və bütün marağı olan təşkilatlar və şəxslər iştirak edirlər.

AB və Beynəlxalq uçot standartları üzrə Komitə arasında güclənən qarşılıqlı fəaliyyət beynəlxalq standartların hüquqi nizamlanması prosesinə müsbət təsir göstərir.

1990-cı ilin əvvəlində Komissiya uçotun standartlaşdırılması prosesində iştirak edən bütün tərəflərin nümayəndələrini (milli və ümumavropa təşkilatları, akademik dairələr, maliyyə informasiyasının istifadəçiləri) birləşdirən Uçot üzrə Məsləhətçi Forumun təşkil olunması barədə qərar qəbul etmişdir.

Forumun vəzifəsi – Komissiyanı dünya təsərrüfatının inkişafının tendensiyalarını əks etdirən mühüm problemlər ilə əlaqədar (direktivlərə kifayət qədər tam nəzərə alınmamış, məsələn, xarici valyutaya əməliyyatlar, maliyyə lizinqi, uzunmüddətli kontraktlar, hökumət qrantları, yeni maliyyələşdirmə alətləri

və s.) məsləhətləşmələr aparmaq, uçot və hesabatın uzlaşdırılması üçün səylərin bu tendensiyalarla eyni olmasını izləməkdir.

Bəzi mütəxəssislər və praktiklər, ümumiyyətlə, uzlaşdırmanın nəticələrinə şübhə ilə yanaşırlar, hesab edirlər ki, uçot sisteminə prinsipial dəyişiklər daxil edilməmişdir. Lakin uçotun inteqrasiyası və standartlaşdırılması yolunda mövcud olan obyektiv və subyektiv çətinliklərə baxmayaraq, bu istiqamətdə səylərin və işlərin davam etməsinin zəruriliyini etiraf etmək lazımdır.



    1. Yüklə 0,67 Mb.

      Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin